İslam İnqilabı Keşikçiləri Korpusu Qüds Qüvvələrinin komandanı Suriyaya səfər edib

Şənbə 18 Mart 2023 - 16:16
https://az.iswnews.com/?p=19907

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı zəlzələdən zərərçəkənlərə yardımın göstərilməsi prosesini izləmək üçün Suriyaya səfər edib.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı Sərdar İsmayıl Qaani martın 17-də Suriyaya səfər edib və Hələb və Latakiya əyalətlərinin bir sıra şəhərlərində olarkən Suriyada zəlzələdən zərərçəkənlərə yardım əməliyyatları prosesini yaxından izləyib.

İran İslam Respublikası Suriyadakı zəlzələdən sonra Hələb, Dəməşq və Latakiya hava limanları vasitəsilə bu ölkəyə 16 mərhələdə 447 ton humanitar yardım göndərib.

Qeyd edək ki, bu, İran İslam İnqilabı Keşikçiləri Korpusu Qüds Qüvvələri komandirinin bu ölkədə baş verən son zəlzələdən sonra Suriyaya ikinci səfəridir. Bundan əvvəl Sərdar Qaani Suriyadakı zəlzələdən bir neçə gün sonra bu ölkəyə səfər etmişdi. 2023-cü il fevralın 6-da Suriyada baş vermiş son dəhşətli zəlzələ nəticəsində 1400-dən çox insan həyatını itirib, ən azı 2349 nəfər yaralanıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir