Gürcüstan qərbyönlüləri əleyhinə rusyönlülərin uğursuzluğu

Cümə 17 Mart 2023 - 16:34
https://az.iswnews.com/?p=19889

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, ötən həftə Gürcüstanda silsilə iğtişaşlar yaşanıb və qərbyönlü müxalifət rusyönlü hökumət və parlamentə qarşı toplanaraq yürüşlərə başlamışdır.

Rusyönlü Gürcü Arzusu partiyası parlamentdə çoxluq təşkil edir və “Xarici agentlər haqqında qanun” adlı plan layihəsini bu ölkənin Milli Məclisində müzakirəyə çıxarıb. Bu qanuna əsasən, gəlirlərinin 20%-dən çoxunu xaricdən alan bütün insanlar dövlət nəzarəti altında olacaqdılar və onlara xarici agent statusu veriləcəkdi. Qərbyönlü müxalifət partiyaları, o cümlədən keçmiş prezident Saakaşvilinin Vahid Milli Hərəkatı partiyası xalqı bu qanunun təsdiqinə qarşı durmağa çağırmışdır. İctimai etirazlar və nümayişlər bu qanunun təsdiqinə mane oldu və Gürcüstan prezidentinin parlamentə video müraciəti ilə bu qanun ləğv edildi.

Bu qanun qərbyönlü partiyaların və hökumət təşkilatlarının ABŞ və Avropa İttifaqından yardım almasına mane olur. Təbii ki, bu qanunun mənfi tərəfi gürcü vətəndaşlarının xaricdə işlədiyi və gəlirini öz ailəsinə göndərdiyi şəxslərə aiddir. Gürcüstanın gənc təbəqəsinin böyük bir hissəsi hərbi xidmətdən sonra Rusiya, Türkiyə, Ukrayna və Aİ ölkələrinə işləməyə gedir.

Qeyd edək ki, qərbyönlülərin Gürcüstandakı etirazları Azərbaycan hökuməti tərəfindən müsbət qarşılanmış və ölkə mediasının dəstəyini almışdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir