BƏƏ: “Biz zəmanət veririk ki, heç kim bizim torpaqlarımızdan İrana qarşı hücum edə bilməz”.

Cümə axşamı 16 Mart 2023 - 08:30
https://az.iswnews.com/?p=19867

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Tehrandakı səfiri Seyf Məhəmməd Əbiduz-Zabi deyib: “Biz zəmanət veririk ki, heç kim bizim torpaqlarımızdan İrana qarşı hücum edə bilməz”.

BƏƏ-in Tehrandakı səfiri Seyf Muhəmməd Əbiduz-Zabi, martın 15-də İranın İslami Şura Məclisinin sədri Muhəmmədbaqir Qalibaf ilə görüşdə deyib: “BƏƏ İrana zərər dəyməsinin əleyhinədir və heç kimin BƏƏ-də mövcudluğundan sui-istifadə edərək İrana hücum edə bilməyəcəyinə zəmanət verir. Ümid edirik ki, İran və BƏƏ arasındakı danışıqlar, Misir, İordaniya və Bəhreyn ölkələri ilə “əlaqələr zənciri” yaradacaq”.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir