Amerika koalisiyasının Deyr əz-Zordakı mövqelərinə raket zərbələri endirilib
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Deyr əz-Zor əyalətində yerləşən Əl-Ömər neft yatağında Amerika qüvvələrinin bazası raket hücumu ilə hədəfə alınıb.
Əl-Ömər neft yatağında yerləşən Amerika koalisiyasının mövqeləri martın 13-də raket hücumu ilə hədəfə alınıb. Bu hücumdan sonra Amerika qırıcıları və pilotsuz təyyarələri ərazidə kəşfiyyat uçuşu həyata keçirib.
Bu hücum Amerika terrorçularının Qərbi Asiyadakı qərargahının komandirinin Suriyaya səfərindən iki gün sonra baş verib. Hələlik heç bir qrup bu hücuma görə məsuliyyəti üzərinə götürməyib, lakin əvvəlki hücumları nəzərə alsaq, bu hücumun müqavimət dəstələri tərəfindən həyata keçirildiyi ehtimal edilir.
Bununla əlaqədar olaraq ABŞ-ın Qərbi Asiyadakı Terror Qərargahı (CENTCOM) raket hücumu xəbərini təsdiqləyən bəyanat yayıb və elan edib ki, “yerli vaxtla saat 20:23-də (13 mart) Əl-Ömər neft yatağının ətrafına iki raket düşüb. Bu hücum heç bir itki ilə nəticələnməyib və Amerika qüvvələri bu hücumu araşdırır”.
Qeyd edək ki, fevralın 18-də Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində yerləşən Əl-Ömər neft yatağında amerikalı işğalçıların mövqeləri raket zərbələrinə məruz qalmışdır.
Rəy