Rusiya qırıcıları Amerika pilotsuz təyyarəsini vurublar + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, ABŞ Avropa Qüvvələri Komandanlığı (EUCOM) MQ-9 pilotsuz təyyarəsinin Qara dənizdə Rusiya ordusuna məxsus iki Sukhoi 27 qırıcısı tərəfindən vurulduğunu açıqlayıb.
ABŞ Avropa Qüvvələri Komandanlığı (EUCOM) bir bəyanatda Rusiya ordusuna məxsus iki Sukhoi 27 qırıcı təyyarəsinin Qara dənizdə Amerikanın MQ-9 pilotsuz təyyarəsini təqib edərək onu ələ keçirdikdən sonra hücuma keçdiyini və onu vurduğunu açıqlayıb.
Bəyanatda deyilir: “Səhər saat 7:30 radələrində (yerli vaxtla) Rusiyanın Sukhoi tipli qırıcılarından biri MQ-9 PUA-sı ilə toqquşub. Amerika qüvvələri MQ-9 pilotsuz təyyarəsini Qara dənizdəki beynəlxalq sulara atmağa məcbur olub. Bu toqquşmadan əvvəl başqa bir Sukhoi qırıcısı qeyri-peşəkar şəkildə MQ-9 PUA-sı üzərinə yanacaq tökərək ətraf mühitə ziyan vurub”.
Lakin Rusiya Müdafiə Nazirliyi bir bəyanatda bu hadisədə rus qırıcılarının heç bir təsiri olmadığını bildirib: “ABŞ pilotsuz təyyarəsinin Krım üzərində uçuşu hava məkanından istifadə rejiminin ərazisinin sərhədlərini pozaraq transponderlər söndürülməklə həyata keçirilib. Pilotsuz təyyarə aşkar edildikdən sonra növbətçi hava hücumundan müdafiə qüvvələrinin rus qırıcıları havaya qaldırılıb. Qəfil manevr nəticəsində ABŞ-a məxsus pilotsuz uçan aparat yüksəklik itkisi ilə nəzarətsiz uçuşa çıxıb və suya düşüb. Rus qırıcıları ona heç bir müdaxilə etməyib”.
Rəy