Ayətullah Qəvvami Azərbaycan Araşdırma Mərkəzinin ofisində olub + FOTO
Şənbə 11 Mart 2023 - 09:01
https://az.iswnews.com/?p=19731
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran İslam Respublikasında İslami İdarəetmə Fondunun rəhbəri Ayətullah Seyyid Səmsamuddin Qəvvami, Səbuhi Səlimovun şəhadəti ilə əlaqədar olaraq başsağlığı məqsədilə Hüseyniyyun Azərbaycan İslam Müqavimətinin nəzdində olan Azərbaycan Araşdırma Mərkəzinin ofisində olub.
Azərbaycan Araşdırma Mərkəzinin fəaliyyətləri ilə yaxından tanış olan Ayətullah Qəvvami, xüsusilə axirəzzamanda aydınlatma cihadının və zülm əleyhinə qiyamın Allahın dəyişməz vaciblərindən olduğunu vurğuladı.
Sonda Şəhid Səbuhi Səlimovun ruhuna dualar oxundu və ehsan süfrəsi açıldı.
Görüş 10 mart 2023-cü il tarixində axşam saatlarında baş tutub.
Rəy