İngiltərə mediası: İran Rusiyaya böyük artilleriya silahları göndərib + FOTO

Cümə axşamı 9 Mart 2023 - 17:04
https://az.iswnews.com/?p=19699

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İngiltərənin Sky News telekanalı təhlükəsizlik mənbəsinə istinadən İranın artilleriya silahlarını Xəzər dənizi vasitəsilə Rusiyaya göndərdiyini iddia edib.

İngiltərə telekanalı Sky News-un təhlükəsizlik mənbəsinə istinadən verdiyi xəbərə görə, İran gizli şəkildə Rusiyaya çoxlu sayda mərmi, raket və minaatan göndərib. Bu sursat paketi 10 və 12 yanvar 2023-cü il tarixlərində İranın Mazandaran əyalətinin Əmirabad limanından Rusiya bayrağı altında üzən iki “Musa Cəlil” və “Beygi” yük gəmiləri ilə Türkmənistan sahillərinə gedib və iki günlük dayanmadan sonra yola düşüb. Yanvarın 27-də Rusiyanın Həştərxan limanına çatıb. Bu yükə bütün növ yüngül və yarı yüngül silahlar üçün 100 milyon mərmi, 300 000 107 mm-lik raket və minaatan mərmisi, həmçinin 10 000 jilet və dəbilqə olan 200 konteyner daxil olub.

Mənbə bildirib ki, Rusiya İran silah-sursatını böyük həcmdə istifadə edir və sursatın pulunu nağd şəkildə ödəyib.

Ukraynanın İngiltərədəki səfiri Vadim Pristayko bu xəbərə cavab olaraq İrana xəbərdarlıq edərək, İranın Rusiyaya silah göndərməsinə təəccüblənmədiyini və bu dəstəyin artacağını gözlədiyini, ancaq İrandan tarixin yanlış tərəfində olmamasını istəyib.

İngiltərəli hərbi analitiklər hesab edirlər ki, İran silahlarının göndərilməsi Qərbdə narahatlıq yaratmır, çünki bu silahlar müharibənin indiki mərhələsində Rusiya ordusunun gündəlik tələbatıdır, lakin çinlilər Rusiyaya silah göndərsə, bu məsələ təhlükəli olacaq. Bu məsələ barəsində ABŞ Çinə ağır nəticələlərlə üzləşəcəyi ilə əlaqədar xəbərdarlıq edib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir