Gürcüstanda etirazlar başlayıb + VİDEO

Cümə axşamı 9 Mart 2023 - 10:12
https://az.iswnews.com/?p=19661

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Gürcüstan paytaxtı Tbilisinin mərkəzində parlament yaxınlığında etirazçilarla polis arasında qarşıdurma iki gün davam edib.

Məlumata görə, martın 7-də başlayan bu etiraz aksiyalarında hüquq-mühafizə orqanları gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edərək kütləni həmin yeri tərk etməyə çağırıb, lakin etirazçılar buna məhəl qoymayıblar.

Əraziyə xüsusi təyinatlılar çağırılıb, onlar parlament binasını mühafizə edib. Əlavə olaraq binadan deputatların təxliyəsi aparıldığı bildirilmişdir.

Şəhərdə vəziyyət parlament üzvləri “xarici agentlər” haqqında qanun layihəsini ilk oxunuşda qəbul etdikdən sonra gərginləşmişdir.

Aksiyalarda etirazçılar parlamentin yaxınlığında polisin qurduğu barrikadanı da yarmışlar.

Bu barədə ABŞ Dövlət Departamenti bildirib: “ABŞ Gürcüstan hakimiyyətinə qarşı sanksiyaların tətbiq edilməsini istisna etmir”.

Gürcüstan parlamenti qarşısında toplanan etirazçıların sayı minlərlə olduğu bildirilir.

Parlament qarşısında keçirilən aksiyalarda “Rusiya qanunlarına yox” şüarları səsləndirilib.

Hətta etiraz aksiyalarında iştirakçılar polis avtomobilini də aşırdıblar.

Bu etiraz aksiyalarında çox sayda saxlanılan şəxslər olub. Gürcüstan DİN bildirdiyinə görə saxlanılan 133 etirazçı azad edilmiş və məlum qanun ləğv edilmişdir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir