Beyrutda Şəhid Sabuhi Səlimovun xatirəsi ehtiramla yad edildi
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Livanın paytaxtı Beyrutda keçirilən “Beynəlxalq Siyasi Analitiklər Assosiasiyası”ın beynəlxalq konfransının iştirakçıları şəhid Səbuhi Səlimovun xatirəsini ehtiramla yad ediblər.
Bu konfransda çıxış edən iranlı siyasi təhlilçi Əhməd Kazimi çıxışının əvvəlində Azərbaycan xalqının antisionist ruhuna toxunaraq Şəhid Səbuhi Səlimovun mübarizəsindən və şəhidliyindən söz açıb.
Dünyanın bir çox ölkələrindən dəvət olunmuş konfrans iştirakçıları uzun sürən aclıq aksiyasından sonra Bakıda apelyasiya məhkəməsi zamanı şəhid olan Səbuhi Səlimovun ruhuna dualar edərək, Azərbaycan Respublikası xalqının anti-sionist mübarizəsinə öz dəstəklərini ifadə ediblər.
Bu konfransda Avrasiya məsələləri üzrə baş elmi işçi Dr. Əhməd Kazimi diqqətləri Azərbaycanın geosiyasi, geoiqtisadi və geomədəni əhəmiyyətinə çəkərək, sionist israil rejimin əsas məqsədinin Azərbaycan Respublikasını sionizmin regional bazasına çevirmək olduğunu vurğulayıb.
O, İkinci Qarabağ Müharibəsinin məqsədlərindən biri kimi Azərbaycan xalqı arasında sionist rejimin mənfur imicini bərpa etmək olduğunu bildirib.
Avrasiya məsələləri üzrə tədqiqatçı əlavə edib: “Sionist israil rejimi, Azərbaycan xalqının kimliyinin İslam və İran sivilizasiyası ilə iç-içə olmasını bu ölkənin sionizmin regional bazasına çevrilməsi qarşısında əsas maneə hesab edir.”
Əhməd Kazimi əlavə edib: “NATO, xüsusilə İngiltərə və sionist rejim, Qərbi Asiya və Avrasiya regionunun Rusiya, Çin və İran mərkəzli yeni sistemə keçməsindən çox narahatdır.”
Dr. Kazimi vurğulayıb ki, Qafqaz gələcəkdə, yeni regional nizama keçid uğrunda mübarizə prosesində qızğın bölgələrdən biri olacaq.
Xatırladaq ki, Mart ayının 7-i Livanın mədəniyyət nazirinin çıxışı ilə işinə başlayan Ümumdünya Siyasi Analitiklər Assosiasiyasının beynəlxalq konfransı İran, Livan, İraq, Suriya, Yəmən, Fələstin, Əlcəzair, İordaniya və Türkiyədən olan onlarla siyasi ekspertin iştirakı ilə martın 9-dək davam edəcək.
Rəy