İsrail aviasiyası Hələb hava limanına hava zərbələri endirib + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejim qırıcılarının Hələb şəhərinə hava hücumundan sonra Hələb beynəlxalq hava limanına maddi ziyan dəyib və onun fəaliyyəti dayandırılıb.
Suriya Müdafiə Nazirliyinin bəyanatına görə, bu gün səhər saat 02:07-də (yerli vaxtla) İsrail qırıcı təyyarələri Aralıq dənizindən və Latakiya vilayətinin qərbindən Hələb beynəlxalq hava limanını hədəf alıb. Bu hücum hava limanına maddi ziyan vurub və onun istifadəsinin dayandırılmasına səbəb olub.
Hələb Beynəlxalq Hava Limanı Suriyanın şimalında zəlzələdən zərər çəkənlərə başqa ölkələrdən humanitar yardımların qəbulu məntəqələrindən biridir. Şübhəsiz ki, bu hava limanının fəaliyyətinin dayandırılması zəlzələdən zərər çəkənlərə və suriyalı qaçqınlara yardımların göstərilməsi prosesini çətinləşdirəcək və onların daha çox əziyyət çəkməsinə səbəb olacaq.
“İslam Dünyası Xəbərləri”nin araşdırmalarına görə, bu, İsrail ordusunun 2022-ci il 21 mart tarixindən indiyədək Suriyaya qarşı həyata keçirdiyi 25-ci hücumudur.
Qeyd edək ki, fevralın 19-da sionist rejim ordusu işğal olunmuş Colan təpələrindən bir neçə raketlə Dəməşq şəhəri və ətrafı, o cümlədən mülki yaşayış məntəqələrindəki hədəflərə hücum etmiş və bu hücum zamanı 5 nəfər şəhid olmuş, 15 nəfər yaralanmışdır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani zalım sionist rejiminin Hələb hava limanına təcavüzkar və qeyri-insani hücumunu qətiyyətlə pisləyib və beynəlxalq qurumları bu rejimin cinayətlərinin dayandırılması üçün təcili və təsirli addımlar atmağa çağırıb.
İsrailin Hələbə hava hücumuna cavab olaraq Suriya Xarici İşlər Nazirliyi bəyan edib: “İsrailin Hələb Beynəlxalq Hava Limanını hədəf alması ikiqat cinayətdir, çünki bu mülki hava limanı həm də bu ölkənin zəlzələdən zərər çəkmiş xalqına humanitar yardımın göndərilməsi üçün zəruri marşrutdur”.
Rəy