Amerika terror ordusunun baş qərargah rəisi Suriyaya səfər edib + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Amerika terrorçu ordusunun birgə qərargah rəisi öncədən elan olunmamış səfərdə Suriyanın şimal-şərqindəki Amerika qüvvələrinin bazasına daxil olub.
Amerika terrorçu ordusunun birgə qərargah rəisi Mark Milley, martın 4-də Suriyaya gizli səfər edib və Suriyanın şərqində yerləşən Amerika işğalçı qüvvələrinə baş çəkib. Bildirilir ki, bu səfərin bəzi məqsədləri arasında İŞİD terror qruplaşmasına qarşı əməliyyatların qiymətləndirilməsi və Amerika qüvvələrinə qarşı hücumlar əleyhinə qoruyucu tədbirlər və müdafiə planlarının araşdırılması daxildir.
Milley jurnalistlərə vurğulayıb ki, o, Amerika qüvvələrinin və Suriya Demokratik Qüvvələrinin (SDQ) İŞİD-in daimi məğlubiyyətinin təmin edilməsində yaxşı irəliləyiş əldə etdiyinə inanır.
Amerika terrorçu ordusunun birgə qərargah rəisi, müxbirin Suriyadakı Amerika qüvvələrinin missiyasının riskə getməyə dəyər olacaq qədər vacib olub-olmaması ilə bağlı sualına cavab olaraq deyib: “Əgər siz hesab edirsiniz ki, ABŞ-ın təhlükəsizliyi və onun müttəfiqlərinin olması vacibdir, deməli, sualınızın cavabı müsbətdir”.
Bu səfər bundan bir gün əvvəl Mark Millinin işğal olunmuş Fələstinə səfəri zamanı sionist rejimin bir sıra rəsmiləri ilə görüşüb söhbət etdiyi vaxt baş tutub. İsrail mediasının məlumatına görə, ABŞ terror ordusunun birgə qərargah rəisi ilə İsrail rəsmiləri arasında keçirilən görüşdə, İran məsələsi diqqət mərkəzində olub.
Rəy