Türkiyənin Sincarın ətrafına dron hücumu; Həşd-Şəəbinin cəbhə komandiri şəhid oldu + FOTO

Çərşənbə axşamı 28 Fevral 2023 - 14:18
https://az.iswnews.com/?p=19433

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Türkiyəyə məxsus dronların İraqın Sincar şəhərinin ətrafındakı hədəflərə hücumu nəticəsində biri cəbhə komandiri olmaqla 3 Həşd-Şəəbi qüvvəsi şəhid olub.

Fevralın 27-də Türkiyə dronları Neynəva əyalətinin qərbində yerləşən Sincar şəhərinin ətrafındakı Xanə-Sur bölgəsində avtomobili hədəfə alıb və bu zaman Həşd-Şəəbinin 80-ci briqadasının komandiri digər iki qüvvə ilə birlikdə şəhid olub.

Həşd-Şəəbi Təşkilatının 80-ci Briqadasının komandiri Bir Cekonun şəkli

Digər tərəfdən, İraq Kürdüstan Bölgəsinin Terrorla Mübarizə İdarəsi elan edib: “Bu gün yerli vaxtla saat 12:10-da Sincar şəhərinin Xanə-Sur bölgəsində Türkiyəyə məxsus dron PKK ünsürlərinə məxsus avtomobili hədəfə alıb. Bu hücumda bir komandir və iki PKK qüvvəsi öldürülüb”.

Kürdüstan Bölgəsinin Terrorla Mübarizə İdarəsinin açıqlamasına görə, bu şəxslərin bir müddət sonra İraqın Həşd-Şəəbi Təşkilatının 80-ci Briqadası formasında təşkil edilən keçmiş Sincar Müqavimət Qüvvələrindən (YBS) olduğu görünür.

Bu hücumdan sonra Əhrar Əl-İraq İslami müqavimət dəstəsi Türkiyənin Sincara dron hücumu ilə bağlı açıqlama yayaraq reaksiya verib. Bu dəstənin Türkiyə ordusunun Şimali İraqdakı mövqelərinə hücumlarının qeydlərinə görə, çox güman ki, Əhrar Əl-İraq briqadası bu hücuma cavab olaraq İraqdakı türk bazalarına qarşı hücumlar təşkil edəcək.

Əhrar Əl-İraq İslami müqavimət dəstəsinin bəyanatı

Qeyd edək ki, bu, Türkiyənin Neynəva vilayətində Həşd-Şəəbi Təşkilatının 80-ci Briqadasının (keçmiş YBS qüvvələri) qüvvələrinə qarşı bu il ilk hədəfli dron hücumudur. Bundan əvvəl 21 yanvar 2022-ci il də türk dronları Sincar şəhərinin ətrafındakı “Bab Şalo” ərazisində YBS qüvvələrinin iki maşınına hücum etmiş, bu zaman bir cəbhə komandiri və bir YBS qüvvəsi həlak olmuş, bir neçə nəfər yaralanmışdı.

Daha çox oxuyun: Türk PUA-ları Sincarda YBS üzvlərinə qarşı terror aktı törədiblər

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir