Xocalı Soyqırımı Şəhid Çingizin kamerasından – Beşinci və sonuncu hissə

Yılmaz
Yazar:Yılmaz
Çərşənbə axşamı 28 Fevral 2023 - 23:50
https://az.iswnews.com/?p=19418

Oxuyacağınız məqalədə azərbaycanlı jurnalist, şəhid Çingiz Mustafayevin bənzərsiz şəxsiyyətindən bəhs edilir. Bir neçə hissədən ibarət olan bu məqalə, Qarabağ müharibəsi hadisələrini işıqlandırarkən, Xocalı soyqırımının həqiqi təfərrüatlarını açıqlayır.

Çingiz və silahdaşlarının iddiaları ilə bağlı Azərbaycanın müdafiəsi / Xocalı; Jurnalistlərin qəssabxanası

Meyitlərin olmaması deyilən problem!!!
Aşağıdakı şəkil Xocalı Soyqırımının ildönümünü qeyd etmək üçün İlham Əliyevin həyat yoldaşı Mehriban xanım Əliyevanın YUNESKO rəhbərinə göndərdiyi kartpostaldır.

Mehraban Əliyevanın Xocalı Soyqırımının ildönümünü qeyd etmək üçün YUNESKO rəhbərinə göndərdiyi kartpostal
Xocalı Soyqırımının ildönümü münasibətilə keçirilən etiraz aksiyasında eyni şəkil (aşağıda).
Eyni şəkil Azərbaycanın nəşr etdiyi “Erməni terrorizmi” adlı kitabda (yuxarıda)
Eyni meyitlərin rəngli təsviri
Google-da şəkil axtarış metodundan istifadə edərək ağ-qara və rəngli şəkil axtarışının nəticəsi
Sağda: Xocalı Soyqırımı (ağ-qara şəkil)
Solda: Kosovoda serb cinayətləri (rəngli şəkil)

Göründüyü kimi, bu şəkil Xocalıda deyil, Kosovoda törədilən qırğındır.
Azərbaycan mediasının bu cür saxtakarlıqlarına dair çoxlu misallar çəkmək olar və onların hamısı ilə məşğul olmaq bu məqalənin hüdudlarından kənardadır.
Digər nümunələrə baxmaq üçün aşağıdakı linkə müraciət edin:

Forgery and falsifications

Soyqırımda azərbaycanlıların iştirakı ilə bağlı iddialara Azərbaycan rəsmilərinin reaksiyası:
Azərbaycanda dövlət mediaları sosial şəbəkələrin rolu daha təsirli olmamışdan əvvəl bu ittihamlardan qaçmaq siyasəti yeritməklə, əsas məsələni “Soyqırımda azəri qüvvələrinin rolu olması ittihamı”ndan bəhs etmədən, rəvayətləri saxtalaşdırmağa çalışaraq Seyidağa Mövsümov adlı [Azərbaycan hərbçisi və Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı] şəxsdən videolar istifadə edərək bununla bağlı Xocalı Soyqırımı adlı bir neçə hissəli sənədli film yaradaraq bu ittihamlara dolayısı yolla cavab verməyə çalışıblar.

Amma sosial şəbəkələrin rolundan və bu məsələni Eynulla Fətullayev adlı tanınmış blogger və jurnalistin ictimaiyyətə təqdim etməsindən sonra və CNN müxbiri və Çingiz Mustafayevin ANS şəbəkəsindəki keçmiş həmkarı Sevinc Osmanqızı Mirzəyevanın məsələ haqqında öz Facebook səhifəsində sənədləri dərc etməsindən sonra, hökumətyönlü medialar bu mövzuda birbaşa mövqe tutmağa məcbur oldular.

Çingiz videolarına istinadən Osmanqızının Xocalı faciələri haqqında açıqladığı Facebook yazısına keçid: burada

Əslində Osmanqızının Facebook paylaşımı bu mövzudan video ilə bəhs edən ilk paylaşım idi, baxmayaraq ki, Eynulla Fətullayev artıq Xocalı Soyqırımının Azərbaycan qüvvələri tərəfindən qətlə yetirildiyini açıq-aydın bəyan etmişdi, lakin Osmanqızının Çingizin videolarına istinad etməsi Azərbaycan hakimiyyəti üçün işi çox çətinləşdirdi.

Aşağıdakı iki videoda hökumətyönlü mediaların müdafiəsinin əsas hissəsi açıq şəkildə toplanıb. Hətta Çingiz, Osmanqızı və digərlərinin Soyqırımda Azərbaycan qüvvələrinin məsuliyyət daşıdığına dair fikirləri birbaşa qeyd edib.

“Xocalı Soyqırımı”
“Xocalı Soyqırımı” saxta sənədli filminin üçüncü hissəsi
Xəbərdarlıq: çox narahatedici səhnələr var; İstəyirsinizsə YouTube-da izləyin:
https://youtu.be/-LQphVECiyM

Azərbaycan Müdafiə Nazirliyinin döyüş operatoru Seyidağa Mövsümovun müsahibəsi (Çingiz və onun silahdaşlarının qırğında Azərbaycan qüvvələrinin məsuliyyət daşıdığına dair fikirinə birbaşa istinad)

İstəyirsinizsə YouTube-da izləyin:
https://youtu.be/wSurxoUZIFM

Xocalı Soyqırımı sənədli filminin və Seyidağa Mövsümovun müsahibəsinin mübahisəli məqamları:

İddia: Seyidağa Mövsümov Soyqırımı Çingizdən daha tez və fevralın 26-da çəkdiyini iddia edir (videonun alt yazısında 26 fevral 1992-ci il tarixi də qeyd olunub), lakin Çingiz 29 fevral və 3 mart tarixlərində Soyqırımı lentə alıb!
Fakt: Həqiqət Xocalı Soyqırımı kitabı ilə bağlı 1 və 2 nömrəli faylıdır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi tərəfindən nəşr olunub və yerləşdiyi yer Prezident Kitabxanasıdır.

♦️ Fayl №1 – “Xocalı Soyqırımı” məqalələr toplusu, 2011-ci il nəşri: yüklə

♦️ Fayl №2 – “Xocalı Soyqırımı” məqalələr toplusu, 2017-ci il nəşri: yüklə

Hər iki nəşrdə Seyidağa Mövsümovun adı yoxdur. Misal olaraq 2017-ci il buraxılışında Çingiz Mustafayevin adı düz 22 dəfə çəkilib. Çingizin adı tez-tez filmi lentə alan ilk şəxs, igid və səcur xüsusiyyətlərinə malik bir şəxs kimi hallanır. (o cümlədən, 31-ci səhifənin sonuncu sətirində, 101-ci səhifənin üçüncü abzasında və s.)

İddia: Seyidağa Mövsümov və onunla olduğunu iddia edən şəxs həm fevralın 26-da (yəni qətlə yetirilən gün) Əlif Hacıyevin cəsədinin necə tapılıb təhvil verilməsini, həm də tapılması haqqında çox təkid edir.
Fakt: Məqalənin ikinci hissədə deyildi ki, Əlif Hacıyev əməliyyat keçirilən gecə Xocalı müdafiə qüvvələrinin hərbi komandiri olub, həmin gecə Xocalıdan qaçarkən öldürülüb.

Tomas Qoltz (Thomas Goltz)
Washington Post qəzetinin müxbiri və Azərbaycan Xatirələri ( Azerbaijan diary) kitabının müəllifi

Kitabında o, Xocalıya Soyqırımdan bir müddət əvvəl getdiyini və onunla Əlif Hacıyevin arasında yaxın münasibət yarandığını və onunla birgə içki içdiklərini və … izah edir.
Tomas Qoltz kitabında dəqiq izah edir ki, o, Soyqırımdan sonra Ağdam şəhərində Hacıyevin cənazəsinin gəlməsini bir neçə gün gözlədi və nəhayət, bir həftə sonra!!! Cəsəd dağlarda qalıb çürümüş halda tapılıb və ermənilərə 100 litr benzin verilərək dəyişdirilib (səh. 127). O, Soyqırımdan sonra Hacıyevin belaruslu arvadı Qala ilə Ağdam şəhərində görüşməkdən tutmuş, Bakıda dəfn mərasimində iştiraka qədər hər şeyi ətraflı təsvir edir.
Onlayn kitab ünvanı: kitab linki

Washington Post müxbiri Tomas Qoltsun Azərbaycan Xatirələri kitabının 127-ci səhifəsi
Tomas Qoltz Bakıda İlham Əliyevlə Xocalı Soyqırımını qınayan konfransda

Tomas Qoltsun və onun kitabının Azərbaycan medialarında ən etibarlı mənbələrdən biri olduğuna diqqət yetirmək lazımdır. [Tomas Qoltz uzun müddət Türkiyədə yaşayıb. Həyat yoldaşı Hicran Qoltz Türkiyəli, BBC-nin türk bölməsinin müxbiri idi.]

İndi sual budur ki, belə böyük yalanlar danışanlar, qalan sözləri düz ola bilərmi???

Seyidağa Mövsümovun və onun yoldaşlarının Soyqırım yerinə göndərilməsinin necəliyi:

Onlar iddia edirlər ki, fevralın 26-da saat 13:00 radələrində Əsgəran qəsəbəsinin girişində (ermənilərin nəzarəti altında olan) Ağdam şəhərinin müdafiə qüvvələrinin komandiri Allahverdi Bağırovla birgə ermənilərin Əsgərandakı komandiri ilə görüşüblər. Seyidağa Mövsümov deyir: “Mən başa düşdüm ki, Sovet İttifaqı dağılmamışdan əvvəl Stepanakert futbol komandasında erməni komandir Allahverdi Bağırovla birgə oynayırmış, erməni komandir Allahverdidən qorxur!!!”
O, sözünə davam edir: “Erməni komandiri çəkilişlə razı deyldi, rəisi ilə əlaqə saxladı, onlar da əvvəl etiraz etdilər. Amma Allahverdi ona dedi: Bunu siz etmədiniz, bu qətli Rusiyanın 366-cı zirehli briqadası edib. Erməni komandiri də hə dedi; Rus zirehli qüvvələri irəliləyir, insanları öldürürdülər, biz arxadan gəlib yaralananları öldürürdük, başlarının dərisini soyurduq və s… Bir sözlə, bu danışıqlardan sonra gedib meyitləri lentə almağa razılaşdı, amma bizimlə bir neçə erməni əsgərini göndərdi. Və dedi ki, ancaq əsgərlərin sizə icazə verdiyi şeyləri lentə almalısınız.
(Bu cümlələrin inandırıcılığını ölçmək müxatəblərin işidir!)

İddia: Seyidağa Mövsümovun lentə aldığı Soyqırım yeri; Əsgəran qəsəbəsinin girişi və Əsgəran qalasının yaxınlığında olduğu bildirilir. O deyir: “Əsgəran qəsəbəsi körpüsünün altında onlarla meyit gördük, başlarını kəsib taxta və dəmir millərə vurmuşdular, əl-ayaqlarını kəsmişdilər və… amma erməni əsgərləri onları lentə almağa icazə vermədilər. Meyitləri topladıqdan sonra Əsgəran qalasına gedib meyitləri lentə aldıq”.

Fakt: Azəri mənbələrinin iddialarına görə, Əsgəran körpüsü və Əsgəran qalası yaxınlığında heç bir Soyqırım olmayıb. Məqalənin ikinci hissəsində ölüm yerləri xəritədə ölüm əlaməti ilə qeyd olunub. Bu yerlərin çıxarılmasının mənbəyi aşağıdakı linkdə Azadlıq Radiosunun Xocalı Soyqırımı ilə bağlı analitik məqaləsidir.
Link
Bu yazıda məqalənin davamında dərc olunan videoda Soyqırım yerləri; Sağ qalanların etiraflarına əsasən, Şelli, Abdal, Gülablı kəndləri və Naxçıvanlı kəndi yaxınlığındakı donuz ferması barədə məlumat verilib.
Bundan əlavə; Qeyd olunan 1 və 2 nömrəli faylda, bir dəfə də olsun, hər hansı bir başlıq altında; Əsgəran körpüsü və Əsgəran qalasının adı çəkilməyib.

Video Azadlıq radiosunun Xocalı Soyqırımı ilə bağlı analitik məqaləsinə əlavə olaraq dərc olunub
(Soyqırım yerlərini müəyyən etmək üçün)

İki dəfə öldürülən qız!!!

Seyidağa Mövsümovun dərc etdiyi görüntülərdə fevralın 26-da Əsgəran qəsəbəsinin girişində balaca qızın cəsədi (dəqiq tarix və yer orijinal videonun alt yazısında yazılıb) görünür. O, ağlayaraq əsgərə deyir: “Apar onu.” Əsgər də uşağı meyitləri daşıyan yük maşınına aparır. Təəccüblüdür ki, fevralın 29-da eyni həmin balaca qız Çingizin kamerasının görüntülərində bir neçə kilometr aralıda, donuz ferması ətrafında görünür!!! Çingiz də ağlayır və əsgərə deyir ki, onu [vertolyota] aparın!!!
Seyidağa ilə birgə olan komanda heyəti Ağdam şəhərinə aparmaq üçün meyitləri yığmırmı? Bəs bu meyit 3 gün sonra bir neçə kilometr aralıda Çingizin kamerası qarşısına necə çıxır???!!!

İki dəfə öldürülən qız!!!
Birinci hissə: Seyidağa Mövsümovun videosu – 26 fevral – Əsgəranın giriş yolu [tarix və yer saxtadır]
İkinci hissə: Çingizin videosu, 29 fevral

Orta yaşlı qadın bədəni ilə hoqqabazlıq!!!
Bu məqalənin üçüncü hissəsində; qeyd etdik ki, martın 2-də; orta yaşlı qadının cəsədi “zorlamanı imitasiya etmək” (bədənin yuxarı hissəsinin çılpaq edilməsi və ayaqlarının bağlanması) məqsədi ilə dəyişdirilib. Əslində, fevralın 29-da birinci Çingizin hüzurunda qadının bədəninin yuxarı hissəsi örtülürdü, lakin martın 2-də qadın corabları ilə ayaqları bağlanıldıqdan əlavə, iki qat pambıq paltarı yuxarı çəkilib iki qat alt paltarı cırmaqla, bədəninin üst hissəsi qadının ölümündən əvvəl təcavüzə uğradığını görsətmək üçün edilib.
Amma!!!
Təəccüblüdür ki, Seyidağa Mövsümov tərəfindən yayımlanan videolarda eyni cəsədi fevralın 26-da Əsgəran qəsəbəsinin girişində [tarix və yer saxtadır] üst hissəsi çılpaq, ayaqları bağlanmış halda görünür, eynən 2 martdakı kimi!!!
Bu o deməkdir ki, fevralın 26-da bədənin yuxarı hissəsi çılpaqdır. Ayaqları bağlanıb Əsgəran qəsəbəsinin girəcəyindədir. Ancaq 29 fevralda Çingizin görüntülərində bədənin üst hissəsi tam geyinilib (paltarlar hamısı salamatdır), ayaqları açıqdır, bədən donuz fermasındadır və yenə martın 2-də bədənin yuxarı hissəsi lüt, ayaqları bağlanıb bədən donuz fermasındadır!!!
Belə bir şey mümkündürmü???
Aşağıdakı şəkildə bu açıq saxtakarlığa baxın.

Seyidağa Mövsümovun müsahibəsinin videosunda birbaşa olaraq qeyd olunur ki, Çingiz, Osmanqızı və digərləri soyqırımı Azərbaycan hərbçilərinə aid edirlər. (İlk dəfədir ki, belə bir iddia birbaşa Azərbaycanyönlü hökumət mediasında deyilir və araşdırılır)
Seyidağa Mövsümovun bu məsələyə cavabı aşağıdakı məqamları deyərək müşayiət olunur:
Yalandır, mən orda idim, ermənilər özləri bizə dedilər ki, 366-cı rus briqadasının zirehli texnikası qabaqda gedir, öldürür, biz isə yaralıları öldürürdük. (məzmunu)
Suriyadan [PKK və ASALA milislərindən] gələn milislər evdə saxlamaq və biz türklərin baş dərisini evdə görməkdən həzz almaq üçün meyitlərin başlarının dərisini qopardıblar!!! [Nə qədər inandırıcı olması müxatəblərin öhdəsinədir.]
Həm milli qəhrəmanımız olan, həm də bu dünyada olmayan Çingizin arxasından danışmaq mənim şənimdə deyil, amma mərhumun qardaşları Vahid və Seyfulla [ANS kanal rəhbərləri] onun adından çox sui-istifadə ediblər.
Atasını ermənilər öldürdüyünü tanıdığım Sevinc Osmanqızının (atasının azəri tərəfindən öldürüldüyünü iddia edir) azəri qanı var, amma azəri qeyrəti yoxdur.
Beynəlxalq forumlar bunu qəbul edib və hətta Soyqırım komandirlərindən biri, erməni şairi Zuri Balayan kitabında belə demişdi: “Ayaqlarım palçıq olmasın deyə, meyitlərin üstündən gəzirdim. [Dİqqət: Bu kitabın xarici görünüşü yoxdur. Yalandır. Amma çox məşhur olan bir yalandır] və Çingiz və başqalarının sözləri ancaq sübut olunmamış ehtimallardır”.

Seyidağa Mövsümovun iddialarına qarşı hər zaman qaldırılan sual budur ki, əgər həqiqətən də fevralın 26-da bu görüntülər onda idisə, niyə bir il təxir ilə yayımlanıb? (Video 1993-cü ildə, yəni Soyqırımdan bir il sonra yayımlanıb, Çingiz isə videoları dərhal parlamentdə nümayiş etdirilib) Digər tərəfdən, Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı kimi o, bu sənədləri parlamentin istintaq komissiyasına təhvil verməli idi. Ama təhvil verməyib!!! Müxbir ondan soruşmadan bu şübhələrə belə cavab verir!!!
İllər öncə ANS-də bir televiziya proqramında Mirşahinə (ANS-in rejissorlarından biri) dedim: Bəy, biz idmançı deyilik ki, deyək birinci mən çəkiliş etmişəm. Bəyəm oyundur?
2016-cı ildə Leyla Əliyeva xanımla (İlham Əliyevin qızı) görüşdüyüm vaxt, o, xarici şirkətlə “Sonsuz Dəhliz” (Endless Corridor) adlı sənədli film çəkməklə məşğul idi. Mənim videolarımı görəndə dedi: Nə üçün indiyədək bunları verməmisən? Cavabında dedim: “Videoları məndən istəyən hər kəsə təqdim etmişəm”. (Ümumiyyətlə demək istəyir ki, mən şöhrət, ad dalınca olmamışam və bunu yalnız Azərbaycan üçün etmişəm, tarixə yazılmaq və s. .)

Xocalı Jurnalistlər Qəssabxanası
1992-ci il iyunun 15-də Xocalı Soyqırımından 3 ay sonra Çingiz Mustafayev Soyqırım yeri olan Naxçıvanlı kəndi yaxınlığında şübhəli şəkildə şəhid olur. (Çingizin şəhadətindən az sonra Ağdam şəhərinin hərbi komandirləri bir-bir öldürülür; komandirlərin öldürülmə tarixini və necəliyini bu məqalələr toplusunun dördüncü hissəsində oxuyun.)

Sübutlar göstərir ki, onun hamısı jurnalist olan qardaşları (Rafail, Vahid və Seyfulla) Xocalı məsələsindən amanda qalmayıblar.
2009-cu il avqustun 31-də Vahid Mustafayev ANS kanalının üç əməkdaşı, o cümlədən Mais Məmmədovla birgə Çingizin doğum gününü qeyd etməkdən qayıdarkən Bakıda baş vermiş dəhşətli qəzada ağır xəsarət alırlar. (1992-ci il martın 2-də Çingizi Soyqırım yerinə ikinci səfərində müşayiət edən jurnalistlərdən biri də Mais Məmmədov olub.)
Azərbaycan Trend xəbər agentliyindəki xəbər: Link

Çingizin digər qardaşı, Rusiyanın məşhur “Kommersant” və “Novıye İvesiya” qəzetlərinin müxbiri olmuş Rafail Mustafayev 2010-cu il noyabrın 14-də Bakıda dəhşətli avtomobil qəzasında həlak olub!
(bir il fasilə ilə iki qardaş üçün iki dəhşətli qəza və onlardan birinin ölümü)

Ermənilərin Xocalını tərk etmələri üçün guya təhlükəsiz dəhlizin mövcudluğunu təsdiqlədikdən və Soyqırımda azəri qüvvələrinin rolunu etiraf etdikdən sonra Eynulla Fətullayev problemlərlə üzləşib. O cümlədən, həbsxanada narkotik daşımaq ittihamı ilə həbs cəzasının artırılması, küçədə vəhşicəsinə döyülmə, atasının oğurlanması və ölümlə hədələnməsi.
2011-ci ildə Avropa Şurası İnsan Haqları Məhkəməsinin qərarı ilə siyasi məhbus kimi tanınıb və həbsdən azad edilib, azadlığa çıxandan dərhal sonra Azərbaycanı Soyqırıma görə bilavasitə məsuliyyət daşıdığını elan edib, lakin 2014-cü ildə sözünü dəyişib və Xocalıya ədalət kampaniyasına qoşuldu.
Elmar Hüseynov; O, rusdilli həftəlik analitik Monitorun baş redaktoru, cəsarətli jurnalist və Azərbaycanın Trend Xəbər Agentliyinin yaradıcısı olub.
Bu silsilə yazıların dördüncü hissəsində Fəhmin Hacıyevin Rusiyanın Monitor həftəlik nəşrinə müsahibəsini xatırlatdıq. Bu müsahibə öz dövründə çox söz-söhbətlərə səbəb olan sayılırdı, çünki Fəhmin Hacıyev; Xocalı qətliamında Heydər Əliyevin günahkar olduğunu bildirirdi. Bu müsahibə 19 fevral 2005-ci ildə baş tutmuşdur və iki həftədən də az müddətdə, yəni 2 mart 2005-ci ildə, bu müsahibəni redaktoru olduğu Monitor jurnalının 86-cı sayında dərc etdirən Elmar Hüseynov Bakıda evinin qarşısında səsboğucu ilə təchiz edilmiş tapançadan 6 güllə ilə öldürülüb. (Onun qatilləri heç vaxt tapılmadı.)

Avropa Şurasının İnsan Hüquqları Məhkəməsində Eynulla Fətullayevin məhkəməsi zamanı o, Elmar Hüseynov kimi öldürüləcəyi ilə bağlı dəfələrlə hədələndiyini iddia edib.
Elmar Hüseynovun ölümündən sonra “Monitor” həftəlik nəşri dərc olunmadı.
Sevinc Osmanqızı Mirzəyeva da dəfələrlə ölümlə hədələnib və Azərbaycan hökuməti dəfələrlə onu məhkəmədə ittiham etməyə cəhd edib. Son cəhddə Azərbaycan hökuməti 2015-ci ildə ona qarşı casusluq və dövlətə xəyanət ittihamı ilə iddia qaldırdı, lakin o, Amerika vətəndaşı olduğuna və insan haqları dairələrinin tam dəstəyinə malik olduğuna görə Azərbaycan hökuməti heç bir iş görə bilmədi. Aşağıdakı videoda Osmanqızının Şəhid Çingiz Mustafayevlə bağlı CNN-dəki reportajını görə bilərsiniz.

CNN-in Osmanqızı Mirzəyevanın təqdimatı ilə Şəhid Çingiz Mustafayevin həyatı ilə bağlı reportajı

Son söz:
Sovet İttifaqının dağılması hay-küyünün fonunda Çingiz öz cəngavərliyi ilə elə bir səhnəyə qədəm qoydu ki, o səhnənin öndə gedənləri müharibəni davam etdirərək öz şəhid əsgərlərinin sümükləri hesabına ayaqda qalmaq istəyirdilər. Qarabağ savaşında qulaqları güllə kimi çox zingildədən güllə səsi yox “satmaq” xəbərinin eşidilməsi idi. Satılmışdı, bəli, bir İslam ölkəsinin torpaqları satılmışdı. Amma Çingizin aşiqanə pərvazından 25 il ötməsinə baxmayaraq, hələ də onun fəryadı, bu şəhidin hesabına insanlar cərghəsində qərarlaşan və divar üzərində bitən tikan misalı olan bu şəxsiyyətsizlərin kar qulaqlarını deşməkdədir.
Çingizin son fəryadı bu oldu: “Ah öldüm!”
Xeyr əziz qardaşım, sən dirisən və öz rəbbinin yanında nemətlər içərisindəsən! Ölü olan əslində bizlərik ki, dəyərsiz “millətçilik” kin-küdurətimiz bizə aman vermir ki, o qaranlıq və soyuq gecədə ulaşan “boz qurdlar”ın çirkin caynaqları ilə İmam Hüseynin (ə) şiə balalarını parçalandıqlarını və bununla da olmayan şərəflərini satdıqlarını etiraf edək!

2 mart 1992-ci il, cənazələrin köçürülməsi və basdırılmasından sonrakı görüntülər. Ağdam şəhəri məscidi; Əhali və əza sahibləri tərəfindən təşkil olunmuş İmam Hüseynə (ə) əzadarlıq məclisi: “Şah Hüseyn, vay Hüseyn!”
Operator: Şəhid Çingiz Mustafayev

Son

30.11.2017

Daha çox oxuyun:
Xocalı Soyqırımı Şəhid Çingizin kamerasından – Birinci Hissə
Xocalı Soyqırımı Şəhid Çingizin kamerasından – İkinci Hissə
Xocalı Soyqırımı Şəhid Çingizin kamerasından – Üçüncü Hissə
Xocalı Soyqırımı Şəhid Çingizin kamerasından – Dördüncü Hissə

P.s: Yazar iranlıdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir