Xocalı Soyqırımı Şəhid Çingizin kamerasından – Üçüncü Hissə

Yılmaz
Yazar:Yılmaz
Bazar 26 Fevral 2023 - 23:33
https://az.iswnews.com/?p=19374

Oxuyacağınız məqalədə azərbaycanlı jurnalist, şəhid Çingiz Mustafayevin bənzərsiz şəxsiyyətindən bəhs edilir. Bir neçə hissədən ibarət olan bu məqalə, Qarabağ müharibəsi hadisələrini işıqlandırarkən, Xocalı soyqırımının həqiqi təfərrüatlarını açıqlayır.

Azərbaycanın Xocalı Soyqırımındakı rolu Çingiz Mustafayevin kamerasından / Öz işini görməyən jurnalist!

Video №1 baxın:

Video № 1
Çingizin Xocalı hadisəsi ilə bağlı Azərbaycan Parlamentinin İstintaq Komissiyasında açıqlamaları və Azərbaycan qüvvələrinin rolunu etiraf etməsi

– Komissiya katibi: 211, Çingiz bəy, zəhmət olmasa buyurun.

– Çingiz: Cənab Tamerlan (Tamerlan Qarayev) fevralın 28-də Ağdam şəhərinə gəlib hadisənin təfərrüatını lentə almaq üçün icazə istəyəndə mənə dedilər: “Ölənlərin hamısı Xocalıdadır, erməni tərəfi ilə cəsədləri təhvil almaq üçün danışıqlar aparırıq”.

Amma Xocalı əhalisi [sağ qalan və özünü Ağdama çatdıran] mənə dedi ki: “Bir neçə nəfər sağ-salamat donuz fermasına (Naxçıvanlı kəndi yaxınlığında) piyada gəlib gizləniblər”.
Bunu eşidəndən sonra yenə xahiş etdim ki, həmin yerə vertolyotla, maşınla və ya piyada çatdırsınlar, oradan çəkiliş aparım.

“Hər kəs” [rəsmilər] mənə ciddi şəkildə dedi: yox, yox, yox… heç bir şəkildə…
Ermənilər o yeri atəşə tutur və ora getmək mümkün deyil.
Bunu kimi sözlər.

Fevralın 29-da Umudlu kəndindən hərbi vertolyotlarla Ağdama qayıdarkən həmin istiqamətdən [donuz fermasından] uçmağı xahiş etdim, bunu öz gözlərimlə gördüm və lentə aldım ki, Xocalıdan təxminən 10 kilometr və Ordumuzun qərargahından 700 metr məsafədə olan bir yerdə 50-dən çox Xocalı sakininin cəsədi var idi və məni dəhşətə salan və bu günə kimi mənim üçün anlaşılmaz olan odur ki, mən uçarkən gördüm ki, bizim vətəndaşlardan 10 nəfər meyitlərin arasında gəzirlər!!!
[Təkidlə və daha uca səslə deyir:] Bizim vətəndaşlar hərbi geyimlə meyitlərin arasında gəzirdilər. (Video №6-da Çingizin bu müşahidəsini izləyə bilərsiniz.)
O günə qədər hamı mənə deyirdi ki, birincisi, orada meyit yoxdur və bütün meyitlər Xocalıdadır. İkincisi, heç kim ora gedə bilmir, çünki ermənilər [həmin yeri atəşə tutur]. Vertolyotlar bizi orada qoyub getdilər və həmin on nəfər də piyada gəldikləri kimi piyada da getdilər.
Tamerlan Qarayev (komissiya rəhbəri): Haraya getdilər?
Çingiz: Helikopterlər yenidən Ağdama qayıtdılar.
Tamerlan Qarayev: Camaat (həmin 10 nəfər) hara getdi?
Çingiz: Onlar da Ağdama getdilər, Şelli kəndinə piyada getdilər, oradan da maşınla Ağdama getdilər.
Çingiz: Ondan sonra 6 nəfər həmin yerdə qaldıq, 45 dəqiqə meyitlər arasında olduq, çəkiliş apardıq, Naxçıvanlı-Əsgəran avtomobil yolundan 25 metrə çatanda oradan 2 maşın dolu erməni əsgəri keçdi, gördülər. Bizə bir dənə də güllə belə atmadılar və biz piyada olaraq Ağdama şəhərinə getdik.

Bu günə kimi mən başa düşə bilmirəm ki, bizim qüvvələrin qərargahından 600-700 metr aralıda 10 nəfər vətəndaşımız [hərbi geyimdə] meyitlərin arasında piyada gəzirlər, amma meyitləri özləri ilə gətirmirlər, hakimiyyət rəsmiləri isə ermənilərlə Xocalıdan meyitlərin təhvil alınmasını müzakirə aparmaq istəyir!!! Ermənilərin mənim getmək istədiyim yerə (donuz ferması) atəş açdıqlarını və insanları tələ kimi toruna saldıqlarını əsas gətirərək getməyimə mane oldular. Məndə bu faktlar var və onları lentə almışam və komissiya üzvlərindən xahiş edirəm ki, bunun üzərində işləsinlər, amma qorxuram ki, bu komissiya 20 Yanvar [azərilərin 20 yanvar 1990-ci il tarixində Sovet Ordusu tərəfindən qətliamı] faciəsinin istintaq komissiyası və vertolyot faciəsi [Tamerlan Qarayevin iştirakında şübhəli bilinən beynəlxalq Qarabağ sülh danışıqları qrupunun 20 noyabr 1991-ci ildə baş verən faciə və biz bunu gələcəkdə müzakirə edəcəyik] komissiyası kimi 5, 6 il iclasdan sonra nəticəsiz ola.

Tamerlan bəy, indiyədək xalqın başına gələn faciələrin heç birinə aydınlıq gətirilməyib və hələ də ört-basdır edilir.
Tamerlan Qarayev: [gözləmə ilə] Buna aydınlıq gətiriləcəyini düşünmürəm. [Tamerlan Qarayevin özü də sonradan parlament tərəfindən qırğını törədənlərdən biri kimi tanındı! Ancaq o, hələ də mövcud hökumətin sütunlarından biridir].

Bu cümlələri bir erməni demir, hər üç rəqib prezidentin (Mütəllibov, Əliyev və Elçibəy) təriflədiyi “Azərbaycanın Milli Qəhrəmanı” deyir!
Xocalının Soyqırımından və Mütəllibovun istefasından sonra parlament o vaxtkı birinci müavin, Ağdam şəhərinin parlamentdəki nümayəndəsi (Azərbaycanın indiki Sinqapurdakı səfiri) Tamerlan Qarayevin rəhbərlik etdiyi Soyqırıma görə məsuliyyət daşıyanların müəyyən edilməsi üçün komissiya yaradıldı. Bu video , bu komissiyanın bir neçə nadir dərc edilmiş sənədlərindən biridir.
Bu görüşdə Çingizin verdiyi məlumatlara görə, Xocalı qətliamının məşhur hekayəsində təqdim olunanların çoxu sual altına alındı.
Azərbaycan Respublikası bu qırğınların ermənilərin nəzarətində olan torpaqlarda baş verdiyini iddia edir, lakin Çingizin müşahidələri bunun tam əksidir.

Çingizin lentə aldığı cəsədlər Azərbaycan qüvvələrinin hərbi qərargahından cəmi 600-700 metr aralıda idi. Bu arada erməni qüvvələrinin ən yaxın hərbi qərargahı çəkiliş yerindən bir neçə kilometr aralıda Əsgəran və ya Naxçıvanlıda idi.

Şəkil №1
Yuxarıda: Tatul Akopyanın məqaləsində istifadə olunan erməni tərəfinin iddia etdiyi xəritə (1-ci fayl)
Aşağıda: Azəri tərəfinin iddia etdiyi xəritə

Tatul Akopyanın məqaləsinin 1 nömrəli faylı – Yüklə: The Moment of Truth – TATUL HAKOBYAN

Şəkil №1-də siz ermənilərin və azərbaycanlıların qırğın yerinin təqdim etdikləri xəritələrin iki nümunəsini görə bilərsiniz. Diqqər etsəniz tərəflər Çingizin çəkdiyi yeri qarşı tərəfin nəzarətində olan ərazi hesab edirlər. Ötən hissədə Çingizin Xocalı icra hakimi “Elman Məmmədov”la müsahibəsinin videosunu müşahidə etdiniz. Məmmədov onunla birgə olanların qətliam yerinin Ağdam şəhərindən 2-3 kilometr aralıda olduğunu bildirir. (Qeyd edək ki, qətllər bir yerdə baş verməyib. Azəri tərəfinin iddiasına əsasən, məqalənin əvvəlki hissəsinin xəritəsində qətllərin həyata keçirildiyi yerlər ölüm işarələri ilə qeyd olunub) Erməni və azəri tərəfinin bütün iddia etdiyi xəritələrində Ağadamın ətrafındakı ən azı Şelli kəndinə qədər, Ağadamdan 5-6 kilometr aralıda olan torpaqlar azərilərin əlində idi. Şübhəsiz ki, Məmmədovun dediyi qətliam azərilərin nəzarəti altında olan torpaqlarda baş tutub.
Belə ki, indiyədək Azərbaycanın Milli Qəhrəmanları olan Elman Məmmədov və Çingizin verdiyi ifadələrə görə, qətllər Azərbaycan tərəfinin nəzarəti altında olan torpaqlarda baş verib.

Çingiz deyir: Bu günə qədər mənim üçün dəhşətli və üzrsüz məsələ odur ki, meyitlər arasında hərbi geyimli 10 azərbaycanlı gəzirdi. Bizi görüb piyada olaraq Şelli kəndinə (azəri qüvvələrinin nəzarəti altında) və oradan da Ağdama (Qarabağda azəri qüvvələrinin əsas qərargahı) getdilər.

Bəs bunun nəyi dəhşətlidir?
Ötən hissədə demişdik ki, Çingizin görüntüləri Azərbaycan televiziyasında senzura ilə nümayiş etdirilir. Çingiz operativ bazanın icazəsi olmadan və uçuş heyətindən xahiş edərək fevralın 29-da hərbi vertolyotla, bir dəfə isə martın 2-də Beynəlxalq jurnalistlərlə rəsmilərin koordinasiyası ilə birlikdə dünyanın “erməni” cinayətinin şahidi olmaq üçün meyitləri iki dəfə lentə almağa nail olur. Lakin Çingiz cəsədlərdə dəyişikliklər görür. Bu dəyişikliklər o qədər qəribədir ki, Çingiz çəkiliş zamanı qışqırır (video №2-da çox ürəkağrıdan səhnələr var):

Video №2
2 mart 1992-ci il
Məkan: Əsgəran və Naxçıvanlı arası (donuz fermasının ətrafı)
(Videoda Əsgəran qəsəbəsi görünür)

Çingiz: Sırahagün bu meyiti lentə aldım, belə bir şey yox idi!!!
Əsgər: Təzədən gəlib onları güllələyiblər.
Çingiz: Yox, güllələməyiblər. Onların başlarının dərisini qopardıblar!

29 Fevral və 2 Mart tarixlərində meyitlərin arasındakı fərqlər:
(Bu bölümdəki videolarda ürəkağrıdan səhnələr var. Videoların üstündəki tarixlərə diqqət edib)

1- Orta yaşlı və qoca kişinin, başlarının dəriləri qoparılıb.

Video №3-də meyit üzərində dəyişiklik etmədən əvvəl və sonra:

2- Video №4-də ilk olaraq 29 fevralda bədəninin aşağı hissəsi parçaya bükülmüş gənc qızın cəsədi göstərilir. Çingiz ağlayarkən deyir: “Uşaqları aparın”. Balaca qızın dizlərinin sağlam olduğu, balaca qızın üzərində olan parçanın qanlı, güllə izi olmadığı aydındır.

Sonra, martın 2-də eyni cəsəd başqa bir yerdə (bir neçə metr aralıda) görünür, bədənin aşağı hissəsi tamamilə çılpaqdır və dizi güllələnərək deşilib.

Yaranın ətrafında qanaxma izləri görünmür və yaranın ətrafında heç bir deformasiya, göyərmə, qan laxtalanması və ya qan izləri yoxdur:

Video №4-də

Şəkil №2-də Ağdam şəhəri və Ağdam mərkəzi məscidinə köçürüldükdən sonra eyni qız uşağı göstərilir. Hətta burada diz bucağı dəyişsə də qanaxma və s izi yoxdur. Əminliklə demək olar ki, bu güllə cəsədin çılpaq edilməsindən və Çingizin ilk dəfə çəkilişindən sonra atılıb.

Şəkil №2
Ağdam şəhər mərkəzi məscidinə köçürülən qız uşağı.
Körpənin üzərinə qundaq parçası çəkilib. Dizdə qanaxma, laxtalanma, göyərti və ya deformasiya izi yoxdur.

4- Video №5-də orta yaşlı qadının zorlanmasını simulyasiya etmək məqsədi ilə meyitdə dəyişikliyin olunması göstərilir! Fevralın 29-da onun baş sümüyü zədələnib, paltarı bütövdür. Daha sonra, martın 2-də qadının ayaqları bağlıdır və bədəninin yuxarı hissəsinin paltarı çırılaraq çılpaqdır:

Video №5

Doğrudan da, orta yaşlı qadının ayağını bağlayıb, soyundurmağın “zorlama” simulyasiyasından başqa nə məqsədi ola bilər?!
Hətta, Çingiz parlamentin istintaq komissiyasında (Video №1) meyitlərin arasında 10 nəfər hərbi geyimli azərbaycanlının gəzdiyini gördüyünü deməsəydi belə, Qadının zorlanmasını imitasiya edən video bu işin erməniləri təxrib etmək məqsədi ilə azərbaycanlı qüvvələri tərəfindən edildiyini sübut etməyə kifayətdir. Təsəvvür etməsək ki, erməni əsgərləri başı parçalanmış üfunətli meyiti zorlamaq niyyətində idilər…

Azəri tərəfi bu cür iddialar qarşısında uzun müddət sussa da, sosial şəbəkələrin rolunun artması və Eynulla Fətullayev, Sevinc Osman qızı Mirzəyeva və … kimi tanınmış jurnalistlərin bu kimi mövzuları ictimailəşdirməsi ilə və ermənilər tərəfindən irəli sürülən bu yanaşmalar ilk olaraq Müdafiə Nazirliyi videonu saxtalaşdırmaqla cavab verməyə çalışıb. Hakimiyyət mediaları bu dəyişikliklərin ermənilər tərəfindən edildiyini, yəni qətliamdan sonra meyitlərin üzərinə gələrək onlar üzərində cinayət etdiklərini iddia edir.

Bu iddia aşağıdakı səbəblərə görə qəbul edilə bilməz:

1- Qətl fevralın 26-da baş verib və Çingiz onları lentə alan fevralın 29-na kimi cəsədlər (sözügedən 4 cəsəd) sağlam olub. Yəni Çingiz və onun yoldaşları gedəndən dərhal sonra ermənilər meyitlər üzərində cinayətlərə başlayıblarsa, cinayət üç gün təxirlə edilib. Cinayət meyitin ölümündən sonra ilk saatlarda fəth edən qüvvələri psixoloji cəhətdən boşaltmaq üçün, ölümdən əvvəl yaralılara işgəncə vermək və ya cənazənin “şəxsiyyət izlərini aradan qaldırmaq” niyyəti ilə, ən erkən fürsətdə edilir.

İstintaqımızda olan meyitlərlə bağlı isə cinayətlərin niyyəti meyitlərin “şəxsiyyət izlərini aradan qaldırmaq” olmayıb, çünki sözügedən cəsədlərin hamısının üzləri sağlamdır, əgər niyyət işgəncə idisə, gərək ölümdən əvvəl olardı. Cinayət edənin niyyətinin ruhi təxliyə və ya cəsədlərdən qisas almaq olduğu güman edilirsə, öldürüldükdən sonra 3 gün keçməsi və meyitlərin iylənməsi psixoloji boşalmaya və cinayət motivasiyasının azalmasına səbəb olmalıdır.
Necə ki, Çingiz istintaq komissiyasında video №1-də açıq-aydın deyir ki, fevralın 29-da (cəsədlər üzərində cinayətlər olmamışdan əvvəl) iki maşın dolu erməni əsgəri Çingiz və onunla birgə olan 5 yoldaşının 25 metrliyindən keçib, onlara bir güllə belə atəş açmayıb. Ermənilər özlərini ruhi cəhətdən rahatlamaq üçün zorakılığı davam etdirmək niyyətində idilərsə, Çingizi niyə güllələmədilər?

2- Qeyd edildiyi kimi (Çingiz və Xocalı icra hakimi Elman Məmmədovun ifadələri) cəsədlər azərilərin nəzarətində olan ərazilərdə olub. Hansı əsgər öz həyatını riskə atıb düşmənin mövqelərinə yaxınlaşıb baş dərilərini soyar? Tutaq ki, erməni hərbçisi şəxsi niyyəti və ya komandirin əmri ilə öldürmək, cinayət etmək və ya qadın zorlamaq niyyətindədir. Mülki əhalinin 10 km (həm Çingiz, həm də Məmmədov gördüyünüz videolarda [bu hissənin video №1-də və bundan əvvəlki hissədə olan müsahibə videosunda] Xocalıdan 10 km aralıda olduqlarını bildiriblər) dərinlikdə Erməni mövqelərində məsafə qət etmələri və sonra Azərbaycan ərazilərində onlara hücum olunması nəqədər məqsədə uyğundur? Bu 10 kilometrdə pusqu, öldürmə, cinayət etmə əməliyyatları keçirmək daha yaxşı olmazdımı?

3- Fevralın 29-da Çingizin görüntülərində tam aydın görünür ki, meyitlərin arasında 10 nəfər hərbi geyimdə gəzir (video №1-də Çingiz bunu dəhşətli adlandırdı), Çingiz azəri olduqlarını deyir və bizi bir yerdə görüb Azərbaycan mövqelərinə getdilər. (Video №6-da Azəri əsgərlərinin meyitlərin yerlərini dəyişməsi onların arasında gəzməsinin görünür.) Çox güman ki, onlar meyitlər üzərində cinayətlər ediblər və Çingiz adlı çağırılmamış qonağı görüb qaçıblar:

Video №6

4- Xocalıdan 1003 nəfəri xilas etdiyinə görə Ağdamın hərbi komandirlərindən olan Allahverdi Bağırov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bəs bu 1003 nəfəri necə xilas edə bilib?
Video №7-də Allahverdinin martın 12-də baş vermiş qətliamdan az sonra Əsgəran qəsəbəsindən (ermənilərin nəzarəti altında) Ağdama qayıtması göstərilir. O deyir ki, ermənilərlə apardığı danışıqlarda ermənilər azərbaycanlı əsirləri adları Allahverdinin əlində olan 58 erməni əsirlə dəyişməyə razılaşıblar:

Video №7
Ağdam şəhərinin müdafiə əməliyyatlarının komandanı Allahverdi Bağırov əsir mübadiləsi danışıqlarından sonra
Vaxt: 23 mart 1992-ci il
Yer: Ağdam şəhərinin girişi

İndi sual olunur ki, bu qədər əllərində əsir olan ermənilərə öz bəd niyyətlərini həyata keçirmək üçün pusquya düşmək, həyatlarını təhlükəyə atmaq lazımdırmı? Xəbər agentliklərinin kameralarından qorxmadan, problemsiz əsirlərə istədikləri şəkildə zərər verə bilməzdilərmi?

Ardı var…

13.11.2017

Daha çox oxuyun:
Xocalı Soyqırımı Şəhid Çingizin kamerasından – Birinci Hissə
Xocalı Soyqırımı Şəhid Çingizin kamerasından – İkinci Hissə

P.s: Yazar iranlıdır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir