Amerika koalisiyası İdlibin şimalına dron hücumu edib + FOTO və VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriyanın İdlib vilayətinin şimal ətrafında Amerikanın dron hücumu nəticəsində “Hərasuddin” terrorçularının cəbhə komandirlərindən biri həlak olub.
Fevralın 24-də Amerika koalisiyasının dronları İdlibin Ruhin məntəqəsindəki Qah-Məşhəd yolunda motosikleti hədəfə alıb. Bildirilir ki, bu hücum zamanı “Əbu Ubeydə Əl-İraqi” ləqəbli “Əbu Ubeydə Əl-Mühacir” adlı Hərasuddinin (Əl-Qaidənin Suriyadakı əsas qollarından biri) silahlı komandirlərindən biri başqa bir şəxslə birlikdə öldürüldü.
Hələlik heç bir qruplaşma bu hücuma görə məsuliyyəti üzərinə götürməyib. Amerika koalisiyası və Qərbi Asiyadakı Amerika ordusunun terrorçu qərargahı (CENTCOM) bununla bağlı açıqlama verməyib.
Qeyd edək ki, bu, Amerika koalisiyasının bu ölkədə baş verən son dağıdıcı zəlzələdən sonra Suriyanın şimal bölgələrinə ilk hücumudur. 2022-ci ilin sentyabrından Amerika koalisiyası terrorçulara və İŞİD-ə qarşı ən azı altı dron hücumu həyata keçirib, nəticədə beş Əl-Qaidə komandiri və bir İŞİD komandiri öldürülüb.
Daha çox oxuyun:
İdlibdə Əl-Qaidənin cəbhə komandiri ABŞ tərəfindən öldürülüb + FOTO
Rəy