Xocalı Soyqırımı Şəhid Çingizin kamerasından – İkinci Hissə
Oxuyacağınız məqalədə azərbaycanlı jurnalist, şəhid Çingiz Mustafayevin bənzərsiz şəxsiyyətindən bəhs edilir. Bir neçə hissədən ibarət olan bu məqalə, Qarabağ müharibəsi hadisələrini işıqlandırarkən, Xocalı soyqırımının həqiqi təfərrüatlarını açıqlayır.
Xocalı Soyqırımı ilə yaxından tanışlıq:
Əhalisi (1991-ci ildə) təxminən 6000-7000 nəfər olan Xocalı şəhəri erməni qüvvələrinin bir sıra koordinasiyalı əməliyyatlarından və ətrafdakı bütün kəndlərin tutulmasından sonra, Xankəndinin şərqində son iki kəndin “Quşçular” və “Malıbəyli”nin tutulması ilə 30 oktyabr 1991-ci ildə tam yerüstü əlaqəsini itirir. Azərbaycan qüvvələri ilə əlaqə yalnız Xocalı hava limanı və vaxtaşırı vertolyotların köməyi ilə mümkündür.
Erməni tərəfinin iddiasına görə, fevralın əvvəlindən radio mesajları və səsgücləndiricilər vasitəsilə Xocalı sakinləri gözlənilən hücum barədə dəfələrlə məlumatlandırılıblar. (Bir çox mənbələr, o cümlədən Tomas Duvalın yazdığı Qara bağ kitabı, səhifə 172, sonuncu bənddən öncə və azərbaycanlı jurnalist Eynulla Fətullayev. Haqqında ətraflı danışacağıq).
Erməni tərəfi mülki əhalinin şəhəri tərk etməsi üçün Qarqar çayının kənarında təhlükəsiz dəhliz olduğunu iddia edir. Səbəb isə, Xocalıdan şimalda Azərbaycan qüvvələrinin nəzarətində olan Ağdam şəhərinə doğru şəhəri tərk etmələri idi.
Hücum fevralın 25-i axşam saatlarında başlayır və fevralın 26-ı səhərə qədər davam edir. Hücumun birinci mərhələsində Keçmiş Sovet İttifaqının 23 M zirehli ordusunun 366 M alayının dəstəyi ilə qondarma Dağlıq Qarabağ Respublikasının milis qüvvələri (bu qüvvələr Sovet İttifaqının dağılmasından sonra Rusiyanın qondarma Dağlıq Qarabağdakı hərbi qoluna çevrildi və onlar Rusiyaya sadiq qaldılar və Rusiyanın komandanlığı altında oldular) Xankəndi şəhərindən (Ermənilər Stepanakart deyir – Qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtı) Xocalı şəhərinin hava limanına hücum edirlər və hücumun ilk dəqiqələrində hava limanını ələ keçirməyə nail olurlar.
Əlif Hacıyevin tabeliyində olan hava limanının müdafiə qüvvələri şəhərə geri çəkilirlər. (Hacıyevin komandanlığı altında olan qüvvələr təxminən 160 nəfər idi və onlar Omon adlanan birləşmənin bir hissəsi hesab olunurdular). Eyni zamanda qərbdə yerləşən Mehdibəyli kəndindən və şimalda yerləşən Təzəbinə kəndindən erməni silahlı birləşmələri, şəhərə hücuma keçdilər.
Azəri tərəfi iddia edir ki, erməni silahlıları şərqdən və Ağgədik kəndindən (Katuk-xəritədə sarı ox) dördüncü ox açaraq hücuma keçdilər. Bu iddia çox uzaq görsənir, çünki belə bir hücum olsaydı, mülki əhalinin şəhəri tərk etməsi mümkün olmazdı. BMP zirehli texnikası və tanklarından (bu, erməni milis qüvvələrinin tanklarla dəstəkləndiyi ilk əməliyyatlardan biridir) ağlasığmaz həcmdə atəşlə üzləşən şəhərin müdafiə qüvvələri iki saat mübarizədən (Xocalının icra hakimi Elman Məmmədovun iddiasına görə) sonra şəhəri tərk etmək məcburiyyətində qalırlar.
Xocalının icra hakimi Elman Məhəmmədovun fevralın 25-də Çingiz Mustafayevə müsahibəsindəki iddiaya görə, hücum zamanı şəhərdə ən azı 3000 nəfər var idi. (Video №1)
İnsanlar şəhəri yeganə çıxış yolu (ermənilərin iddia etdiyi dəhliz) ilə tərk edirlər. Onlar Azəri qüvvələrinin mövqelərinə çatmaq niyyəti ilə Qarqar çayını keçərək Ağdam şəhərinə doğru hərəkət edirlər.
Əslində isə qaçqınlar Ağdama doğru hərəkət etmək üçün heç bir vahid yol seçməyiblər. Azərbaycan tərəfinin iddiasına görə, onların xeyli hissəsi xəritədə qeyd olunan (ölüm əlaməti ilə işarələnmiş) ərazilərdə ermənilərin şiddətli atəşi nəticəsində öldürülür. (Bu qətliamın statistikası çox ziddiyyətlidir, lakin Azərbaycan Respublikasının qəbul etdiyi statistikaya görə maksimum 630 nəfər öldürülüb və …).
Erməni cinayətləri və bu barədə bəzi məsələlər:
1- Erməni tərəfi iddia edir ki, Xocalıya hücum Xankəndinin geniş şəkildə dağıdılmasının və dinc əhalinin öldürülməsinin qarşısını almaq üçün şəhərin Qrad raket buraxılış məntəqələrinə nəzarət etmək məqsədi daşıyırdı. Amma həqiqət budur ki, Xocalı ermənilər üçün superstrateji şəhər sayılırdı, Qarabağın yeganə hava limanı orada yerləşirdi. 1992-ci il mayın 17-də Laçın şəhəri süqut edənə qədər qondarma Dağlıq Qarabağ və Ermənistanın quru əlaqəsi Laçın ətrafındakı çox təhlükəli yerlərdən keçirdi. Faktiki olaraq Ermənistan Respublikası ilə Qondarma Qarabağ Respublikası arasında istər quru, istərsə də hava yolu ilə əlaqə ciddi şəkildə Azərbaycan qüvvələrinin nəzarəti altında idi.
Xankəndi-Əsgəran-Ağdərə marşrutu (xəritədə) və Qarabağ dəmir yolu Xocalıdan keçirdi və Xocalını ələ keçirmək Qarabağda tam nəzarəti öhdəliyə götürmək demək idi. Xocalı süqut edəndən sonra Laçın və Şuşa şəhərləri sıra ilə süqut edirlər. Xocalının süqutu İrəvanla Xankəndi arasında hava logistika xəttinin yaradılması, Laçının süqutu İrəvanla Xankəndi arasında yerüstü logistika xəttinin yaradılması, Şuşanın süqutu isə Xankəndiyə baxan yüksəkliklərin itirilməsi deməkdir.
Sözün qısası, Xocalıya hücuma haqq qazandırmaq üçün ermənilərin Xankəndidəki vətəndaşlarının müdafiəsi iddiasını qəbul etmək sadəlövhlük görünür.
2- Əməliyyat tarixinin (26 fevral) seçilməsi bu məsələdə ermənilərin bilərəkdən və ya bilməyərəkdən ən böyük səhvi və ya cinayətidir. Bu tarix bir gün fərqlə 1988-ci il fevralın 27-də (Qarabağ müharibəsindən əvvəl) Bakı yaxınlığındakı Sumqayıt sahil şəhərindəki acı hadisənin ildönümüdür. Bu zaman azərilər təşkilatlanaraq bu şəhərdə yaşayan erməniləri kütləvi şəkildə qətllər törətməyə başladılar.
Əməliyyatın ümumi komandanlığı səviyyəsində, bu tarixdə məqsədsiz seçildiyi fərz olunsa belə, əməliyyatın keçirilməsi üçün belə bir tarixin seçilməsi cəbhə qüvvələrini mülki azərbaycanlılara qarşı güclü şəkildə təhrik edə bilər. Video №1-də də Çingizə müsahibəsində Xocalının icra hakimi Elman Məmmədov da məhz bu məsələdən bəhs edir. O, deyir: “Biz bir erməni əsir götürdük və o, bizə dedi ki, Sumqayıt qətliamının ildönümündə böyük əməliyyat keçiriləcək. Sizi qıracaqlar”.
Bundan başqa, Qara Bağ (Black Garden) kitabının 171 və 172-ci səhifələrində yer alan Thomas de Waal erməni rəsmilərindən sitatlar gətirərək Sumqayıt hadisələrinə görə azərbaycanlılardan qisas almaq motivini istisna etməyib. (Qara Bağ kitabı, qırğında iştirak edən tərəflərin Birləşmiş Millətlər Təşkilatına göndərdikləri məktublarda kitabda gördüklərini öz mənafeləri üçün qeyd etdikləri azsaylı istinadlardan biridir. Əslində, hər hansı bir paraqrafı tərəflərdən biri tərəfindən təsdiqlənmiş bir kitabdır).
Thomas de Waal tərəfindən yazılmış Qara Bağ kitabının tam mətni: yükləyin
Çingiz Mustafayev təkcə fevralın 29-da, martın 2-də isə beynəlxalq xəbər agentliklərinin bir sıra müxbirləri ilə birgə helikopterlə hadisə yerinə gedir və həlak olanların meyitlərini lentə alır.
Parlamentdə bir neçə günlük mübahisələrdən sonra Çingizin çəkdiyi görüntülər martın 6-da Azərbaycan parlamentində nümayiş etdirilir. Eyni zamanda on minlərlə qəzəbli bakılı parlament binasını mühasirəyə alır. Prezident Ayaz Mütəllibov qurbanların videosunu müşahidə etdikdən sonra bir neçə qısa cümlə ilə bu qətlin məsuliyyətini öz üzərinə götürərək, bəzi dostlar və həmkarların ona kömək etmədiyini və hamımız günahkarıq deyərək istefasını elan edir və nümayəndələrdən xahiş edir ki, istefasını qəbul etsinlər. Mütəllibovun çıxışı ilə eyni vaxtda bəzi etirazçılar parlamentin foyesinə daxil olub. Onların fəryadları Mütəllibovun sözləri arasında eşidilir. (Video №2 -də Ayaz Mütəllibovun istefa verməsi və parlamentin xalq tərəfindən mühasirəyə alınmasının tarixi məqamına baxın.)
Əslində, Çingizin Xocalı qətliamını əks etdirən görüntüləri Azərbaycan tarixində kommunizmdən indiki vəziyyətə keçiddə dönüş nöqtəsi hesab olunur. Çingiz “Azərbaycanın Milli Qəhrəmanı” adını bu görüntülərin çəkilişi və lentə alınmasında göz yaşlarını və candağlayan fəryadlarını saxlaya bilməməsi üçün alıb.
Xocalı haqqında Çingizin adı çəkilməyən əsər və məqalə yoxdur. O cümlədən “Qara Bağ” kitabının 172 və 173-cü səhifələri. Əslində bütün dünya Xocalını Çingizin videoları ilə və Çingizi Xocalı ilə tanıyır.
Burada maraqlı məqam ondan ibarətdir ki, Azərbaycanda Çingizin videoları həmişə senzura ilə yayımlanır, çox vaxt videonun xam variantı göstərilmir və musiqi, effekt və müxtəlif kəsimlərlə nümayiş etdirilir. Azərbaycan hökuməti videoların Fələstində və Kosovodakı qətliamlar kimi sırımasından tutmuş, saxta videoların yaradılmasına qədər görüntüləri saxtalaşdırmaqla, Çingizin görüntülərinə daha az istinad etməyə çalışır. (İnternetdə bir az axtarış etsəniz, bu saxta görüntüləri tapa bilərsiniz).
Soyqırımın keyfiyyətinin cüzi detallarına çatmaq, tərəflərin fikir ayrılığı və ziddiyyətli məlumatlarına, jurnalistlərin tərəflərlə sövdələşməsinə, şahidlərin təzyiq altında olmalarına və hadisənin üstündən 25 ildən çox vaxt keçməsinə görə, məsələnin araşdırılması çox çətindir.
Amma nə yaxşı ki, Çingiz həm hadisə yerinin qeydə alınmasında, həm də hadisədə sağ qalanların müşahidələrinin hadisədən sonra ən qısa zamanda qeydə alınmasında çox peşəkarcasına hərəkət edib və görüntülərdəki istifadə olunmuş diqqət bir çox şübhələrə cavab verəcək.
Ardı var…
07.11.2017
Daha çox oxuyun:
Xocalı Soyqırımı Şəhid Çingizin kamerasından – Birinci Hissə
P.s:
– Soyqırımın dəqiq təfərrüatlarını növbəti hissələrdə rahat anlamaq üçün Çingiz və Elman Məmmədovun müsahibəsinin videosunu izləmək (video №1) zəruridir.
– Yazar iranlıdır.
Rəy