İmam Xamenei: “İslam Hökumətinin güclü ictimai bazası, höccəti bütün rəsmilərə və alimlərə tamamlayıb”. + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran İslam Respublikasının Rəhbərlik Üzrə Ekspertlər Məclisinin sədri və nümayəndələri bu gün səhər (cümə axşamı) İmam Xamenei ilə görüşüblər.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu gün səhər (cümə axşamı) Rəhbərlik Üzrə Ekspertlər Məclisinin üzvləri ilə görüşündə bu uca və çox mühüm məclisi “Cümhuriyyət” və “İslam”ın birləşməsinin simvolu adlandırıb və müxtəlif səhnələrdə xalqın əvəzolunmaz, həyati və davamlı varlığına işarə edərək deyib: “İslam Hökumətinin güclü ictimai bazası bir milli sərvətdir ki, Allah onunla İslam Hökuməti alimləri və bütün məsul şəxsləri əleyhinə höccəti tamamlamışdır və biz hamımız bu nəhəng sərmayəni qorumaq və artırmaq üçün yorulmadan çalışmalıyıq”.
O, müqəddəs Şəban ayının gəlişi və onun böyük və fərəhli bayramlarını təbrik edərək, Ekspertlər Məclisini dini xalq mehvərliliyin əsl simvolu hesab edərək əlavə edib: “Bu məclis xalq mehvərliliyin tam sağlam həyata keçirilməsi fonunda təşkil olunmuşdur. Əlavə olaraq, bu məclis din alimlərindən ibarət olduğu üçün İslam Hökumətinin dini mahiyyətini göstərir”.
İnqilab rəhbəri Ekspertlər Məclisinin mövqeyini, əhəmiyyətini və həssaslığını İslam Hökumətinin hər hansı bir mərkəz və qrupdan yuxarıda olduğunu bildirdi və dedi: “Bu Məclis rəhbərliyi təyin edir. Qayğısı ilə rəhbərlik şərtlərinin mövcudluğuna və davamlılığına zəmanət verir. Bu qədər böyük bir məqam, ağır vəzifələri, onun mütəxəssis üzvlərinə yönəldir. Bu vəzifələri yerinə yetirərkən heç bir səhlənkarlıq Rəbbin dərgahında qəbul edilməzdir”.
O, Ekspertlər Məclisinin “rəhbərlik şərtlərinin saxlanılması və konstitusiyada nəzərdə tutulmuş vəzifələrin və rəhbərliyin digər qəti vəzifələrinin icrası” ilə məşğul olmaq və qayğısına qalmaqda fəaliyyətinin davam etdirilməsini çox vacib adlandırıb və əlavə edib: “Rəhbərliyin ən vacib vəzifəsi ümumi gedişatı və sistemin mühüm hissələrinin inqilab istiqamətində hərəkətini izləmək və saxlamaqdır. Bir bucaq əsas yoldan sapmasın və İslam inqilabı digər inqilablar kimi yolunu azmasın”.
İnqilab Rəhbəri Ekspertlər Məclisi ilə düşmənçiliyi İslam Respublikası kökü ilə düşmənçilik adlandırıb və deyib: “İslam Respublikası ilə bəzi düşmənçiliklər siyasi məsələlər və onun Fələstin kimi məsələlərdəki mövqeləri ilə bağlıdır. Lakin bəzi düşmənçiliklər İslam Respublikasının kökü ilə bağlıdır. Ona görə ki, bu İslam Hökuməti qərbə inanan, ictimai məsələlərə dinin hər hansı müdaxiləsinə qarşı olan insanların önündə durub. O, saxta azadlıq və demokratiya bayrağının arxasında hökmranlıq etmək və dünya sərvətlərini talamaq planı cızmış liberal demokratiya liderlərinə qarşı dayanır. Xalq mehvərliliyi və azadlığı dinin yanına qoymaqla onların planını alt-üst edib”.
O, düşmənçiliklərin əsas səbəbinin xalqa açıqlanmasını zəruri saydı və əlavə etdi: “Bu əsas səbəbi izah etməklə, heç kim virtual məkanda və ya başqa bir şəkildə deməsin ki, İslam Respublikası özünə düşmən qazanır, çünki dini xalq mehvərliliyin mahiyyəti budur. Bədxahların və düşmənlərin planlarını alt-üst edir”.
O, bu il 22 Bəhmən yürüşünü İslam Hökumətinin güclü ictimai bazasının növbəti təzahürü adlandırıb və qeyd edib: “Dünyanın harasında bir siyasi məsələ üçün bu qədər böyük bir yürüş, bu qədər sayda, əhalisi və zövqləri müxtəlif olan, qocalardan tutmuş gənc yeniyetmələrə qədər, qırx neçə il ardıcıl olaraq və çox vaxt çətin hava şəraitində hər il baş tutan yürüş var? Bu İslam Hökumətinin güclü ictimai bazası və təməlidir, əlbəttə ki, biz buna öyrəşmişik və bəlkə də onun böyüklüyünü yaxşı başa düşmürük”.
İnqilab rəhbəri əlavə etdi: “Xalqın hüzuru biz rəsmilər və alimlər üzərində ilahi höccəti tamamlamışdır. Bu milli sərvətlə fəxr etmək kifayət deyil. Biz bu sərvəti daim qoruyub saxlamaq və artırmalıyıq və bu sahədə öz vəzifələrimizi yerinə yetirməliyik”.
Rəy