BƏƏ Əbd Əl-Kuri adasının sakinlərini məcburi təxliyə edib

Cümə axşamı 23 Fevral 2023 - 16:43
https://az.iswnews.com/?p=19314

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, BƏƏ Yəmənin cənub sularında Əbd Əl-Kuri adasının hərbiləşdirilməsi prosesinin davamı olaraq, son günlərdə bu ada sakinlərinin məcburi təxliyyəsini həyata keçirib və başa çatdırıb.

Əbd Əl-Kuri adasındakı yerli mənbələrin verdiyi məlumata görə, BƏƏ qüvvələri son bir neçə gündə Əbd Əl-Kuri adasının bütün sakinlərini zorla Sokotra adasına köçürüb və bu adanı onlardan boşaldıb.

Sokotra adasında qəsəbələr salmaqla BƏƏ əvvəllər Əbd Əl-Kuri adasının əhalisinə bu yaşayış məntəqələrində yaşamaq təklifi etmişdi, lakin bu ada sakinlərinin əksəriyyəti bu təklifə qarşı çıxmışdı.

Bu yerdəyişmə Əbd Əl-Kuri adasında BƏƏ, ABŞ və İsrail arasında birgə hərbi bazanın yaradılması ilə eyni vaxtda həyata keçirilib. BƏƏ, ABŞ və İsrail kimi Qərbi Asiyada qeyri-regional oyunçuların köməyi ilə Yəmənin adalarını və sahillərini hərbiləşdirmək, Ədən körfəzi və Qırmızı dənizdə dəniz tranzit yollarına nəzarət etmək üçün geniş plan həyata keçirir.

Sokotra arxipelaqına Sokotra, Əbd Əl-Kuri, Samha, Darsa adaları və bir neçə digər kiçik mərcan adaları daxildir. Bu ərazilərin ümumi sahəsi 3625 kvadrat kilometrdir. Bu adalarla Yəmən sahilləri arasındakı məsafə 340 km, Somali sahilləri arasında isə 250 km-dir. İki Samha və Darsa adası qardaş adalar (Əl-İxvan) kimi də tanınır.
Təxminən əlli mindən çox əhalisi olan Sokotra adası Ədən körfəzinə nəzarətdə mühüm rol oynayır. Keçmişdə müstəmləkəçilər (İngilis və Portuqaliya) tərəfindən dəniz və hərbi baza kimi istifadə olunurdu. Buna görə də BƏƏ bu adalara, xüsusilə Sokotra və Əbd Əl-Kuriyə hakim olmaq üçün çoxlu səy və pul xərcləyir.

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir