İran və Əfqanıstan Xaf-Hərat dəmir yolu layihəsini işə salmaq əzmindədilər + FOTO

Bazar ertəsi 20 Fevral 2023 - 16:52
https://az.iswnews.com/?p=19141

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran və Əfqanıstanın birgə nümayəndə heyəti bir neçə anlaşma memorandumu imzalayarkən, Xaf-Hərat dəmir yolu layihəsini bərpa etmək üçün layihənin müxtəlif bölgələrini ziyarət etdi.

Fevralın 19-da İran və Əfqanıstanın birgə nümayəndə heyəti Xaf-Hərat dəmir yolu layihəsinin tamamlanmasına dair ikitərəfli razılaşmaya uyğun olaraq üç mühüm memorandum imzalayarkən, Hərat vilayətinin Ğurian və Rozənək stansiyaları da daxil olmaqla, bu dəmir yolunun müxtəlif bölgələrini ziyarət etdi. Bu səfər Əfqanıstan və İran arasında əldə olunan razılığa əsasən, Xaf-Hərat dəmir yolu xəttinin yenidən işə salınması məqsədilə həyata keçirilib.

Bu layihə 2020-ci il dekabrın 10-da test üçün açılmışdır, lakin keçmiş Əfqanıstan hökuməti qüvvələri ilə Taliban silahlıları arasında toqquşmaların başlaması ilə Xaf-Hərat dəmir yolu layihəsi üzrə işlər dayandırılmışdır. Taliban hökumətinin qurulmasından bir neçə ay sonra, 2022-ci ilin iyununda Talibanı təmsil edən nümayəndə heyəti Tehrana səfər etdi və dəmir yolu layihəsinin bərpası üçün İran tərəfi ilə danışıqların aparılmasını və İran tərəfi ilə Əfqanıstan Dəmir Yolunun İnkişafı Konsorsiumu arasında dialoqun aparılmasını xahiş etdi. Bu danışıqlar və layihənin davamı İranın Əfqanıstandakı səfiri Həsən Kazemi Qominin nəzarəti altında başladı.
İran və Taliban arasında bağlanmış razılaşmaya əsasən, Əfqanıstan Dəmir Yolları Baş İdarəsi Rozənək xətti və stansiyasına dəyən ziyanın aradan qaldırılması əməliyyatına cavabdehdir və tədbirlər İran tərəfindən təsdiqlənərsə, əlavə bərpa etmə əməliyyatları 6 ay ərzində İran tərəfindən həyata keçiriləcək.

İran Dəmir Yollarının İnkişafı Konsorsiumunun baş direktoru Mustafa Rezai və Əfqanıstan Dəmiryolu Departamentinin rəsmilərinin açıqlamalarına görə, Ğurian şəhərindən 64 km uzunluğunda olan Hərat hava limanınacan Xaf-Hərat dəmir yolunun 3-cü hissəsinin tamamlanması, İran və Əfqanıstan arasında dəmir yolu nəqliyyatına dair anlaşma memorandumu və İranın investisiya yatrımı və Əfqanıstanın dəmir yolu konsorsiumunun dəmir yolu infrastrukturunu bərpa etməsinə dair üç anlaşma memorandumu imzalanıb.

Həmçinin, Əfqanıstan Dəmir Yolu İdarəsi İran Dəmir Yolunun İnkişafı Konsorsiumunu bu stansiyada texniki ofislərini aktivləşdirə və Xaf-Hərat dəmir yolu xəttinin davamını başa çatdıra bilməsi üçün Ğurian stansiyasını bütün avadanlıqları ilə birlikdə İran tərəfinə təhvil verib. Bu layihənin sərmayəsi tamamilə İran tərəfinə məxsusdur və birinci mərhələdə 150 ​​milyard tümənə, ikinci mərhələdə dördüncü hissə üçün 42 milyon dollara, üçüncü mərhələdə Hərat-Məzar-Şərif dəmir yolu xəttinə 2 milyard dollara başa gələcək. Bu fəaliyyətlərin müqabilində İran konsorsiumuna investisiya üçün iqtisadi əsaslandırılmış istismara yararlı mədənlərin verilməsi nəzərdə tutulur.

Xaf-Hərat dəmir yolu beş ölkə, İran, Əfqanıstan, Tacikistan, Qırğızıstan və Çin arasında dəmir yolu dəhlizi layihəsinin bir hissəsidir. Davamı isə Türkiyə və Avropaya çatır. Bu dəhlizdən istifadə olunarsa, Hərat şəhəri Mərkəzi Asiya ilə Avropa arasında iqtisadi körpü olacaq.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir