Yəmənin cənubundakı qarşıdurmalardan ən son xəbərlər, Murad qəbiləsi silahlıları Ədəndəki qarşıdurmalara qarışdı

Bazar 19 Fevral 2023 - 17:09
https://az.iswnews.com/?p=19107

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ədəndə Murad qəbiləsinin şeyxlərindən birinin oğlunun öldürülməsindən, eləcə də Mudiya rayonunda Əbyən qəbilələrinin fəaliyyətlərindən sonra Cənub Keçid Şurası qüvvələrinə təzyiqlər artıb.

Bu əyalətdə Cənub Keçid Şurasına qarşı hərəkətlərinin davamı olaraq, Əbyən qəbilələri Müdiya rayonunda irəliləməklərini yenidən başlayıblar. Çərşənbə günü, fevralın 15-də başlayan bu hücumlar zamanı cənublu silahlılar Vadi Umran bölgəsindəki nəzarət-buraxılış məntəqəsindən geri çəkilməyə məcbur olublar. Həmçinin, Əl-Baqira bölgəsində Cənub Keçid Şurasının silahlı konvoyunun yolunda yol kənarına qoyulmuş iki bombanın partlaması nəticəsində azı bir hərbi maşın məhv edilib, bu qrupun dörd üzvü ölüb və yaralanıb.
Luder rayonunda da cənublulara qarşı partizan hücumları artıb və fevralın 18-də son hücumda cənublu silahlıları daşıyan avtomobil Luderin qərb yolunda naməlum şəxslər tərəfindən pusquya salınıb və nəticədə cənublu silahlılar arasında itkilər olub.

Ədən şəhərində də təhlükəsizlik vəziyyəti Bədr Əbdül Lətif Əl-Qublinin cənublu silahlı qüvvələrdən biri tərəfindən Hizam Əl-Əmni qüvvələrinin (Cənub Keçid Şurasına bağlı) Xor Maskar rayonundakı nəzarət-buraxılış məntəqəsində öldürülməsindən sonra daha da gərginləşib. Bədr Əbdül Lətif Murad qəbiləsinin şeyxlərindən Şeyx Əbdül Lətif Əl-Qublinin oğlu və Əl-Əmaliqə qüvvələrinin (BƏƏ və Tariq Saleh tərəfindən dəstəklənir) cəbhə komandirlərindən briqada generalı Əbdül Hadi Əl-Qublinin qardaşıdır.
Murad qəbiləsindən Şeyx Əbdül Lətifin tərəfdarları Bədrin qatillərini cəzalandıracaqlarına və Hizam Əl-Əmni qüvvələrindən qisasını alacaqlarına söz veriblər.

Cənub Keçid Şurası silahlılarına qarşı partizan hücumlarının artması onların Yəmənin cənub əyalətlərində bir çox mövqelərdən geri çəkilməsinə səbəb olacaq, lakin bu bölgələrdə onları hansı qrupun əvəzləyəcəyi əsas məsələdir. Hazırda cənublulara qarşı İslah Partiyası, Əl-Dər Əl-Vətən və Əl-Qaidə qüvvələri ilə yanaşı, Əbyən və Həzərmut əyalətlərinin bəzi qəbilələri də döyüşür və bu məsələ Cənub Keçid Şurasının gələcəkdəki mövcudluğu üçün təhlükə yaradır.

Daha çox oxuyun:
Yəməndə baş verən son hadisələr, 16 Fevral 2023
Əbyən qəbilələrinin silahlıları Cənub Keçid Şurasının mövqelərinə qarşı hücuma keçiblər
Ədəndəki qarşıdurmalardan ən son xəbərlər; Cənublular Səudiyyə Ərəbistanına təslim olmaq istəmirlər!

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir