İsrailin Suriyaya hava zərbələri nəticəsində 5 nəfər şəhid olub + FOTO və VİDEO

Bazar 19 Fevral 2023 - 16:03
https://az.iswnews.com/?p=19084

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, sionist rejimin Dəməşq şəhəri və ətrafdakı hədəflərə raket hücumu nəticəsində azı 5 nəfər şəhid olub, 15 nəfər yaralanıb.

Suriya hərbi mənbəsindən verilən məlumata görə, “Bazar günü günü yerli vaxtla saat 00:22-də İsrail işğal olunmuş Qolan tərəfdən bir neçə raketlə Dəməşq şəhəri və onun ətrafındakı hədəflərə, o cümlədən mülki yaşayış məntəqələrinə hücum edib və hava hücumundan müdafiə sistemləri o, raketlərin çoxunu vura bilib. Bu hücum bir əsgər olmaqla 5 nəfərin şəhid olması, 15 nəfərin yaralanması və maddi ziyanın yaranması ilə nəticələnib.

Yerli mənbələrin məlumatına görə, İsrailin raket hücumu binanın və yaxınlıqdakı binaların sakinləri arasında çaxnaşma və qorxuya səbəb olub. Məlumatlara görə, bu hücum İsrailin yüksək dağıdıcılıq qabiliyyətinə malik idarə olunan raketi ilə həyata keçirilib və sözügedən binanın dörd mərtəbəsinin qismən uçmasına səbəb olub.

Bununla bağlı Dəməşqdəki Əl-Muvasat xəstəxanasının direktoru doktor İsam Əl-Əmin deyib: “İsrail ordusunun hücumu nəticəsində baş, qol və ayaqlarından yaralanan Kəfərsusa bölgəsindən bir neçə nəfər bu yerə köçürüldü. Onlara əlaqədar lazımi müalicələr hələ də davam edir”.

Qeyd edək ki, İsrail rejiminin bu təcavüzü bu ölkədə bir neçə gün əvvəl baş vermiş dağıdıcı zəlzələdən sonra ilk təcavüzdür. Bu qorxaq hücum Suriya ölkəsinin dağıdıcı zəlzələnin nəticələrindən sonra çətin humanitar şəraitlə üzləşdiyi bir vaxtda baş verir.

İslam Dünyası Xəbərlərinin sahə mənbəyinin məlumatına görə, regionun bəzi medialarının Dəməşqin Kəfərsusa bölgəsinə raket hücumu ilə bağlı yaydığı məlumat doğru deyil. Təqdim olunan məlumata görə, İsrail ordusu Suriya ordusunun Dəməşq və onun ətrafındakı 5 hərbi bazasına raket hücumu həyata keçirib və Suriyanın hava hücumundan müdafiə qüvvələrinin İsrail raketləri ilə qarşıdurması zamanı İsrail raketlərindən biri Kəfərsusa bölgəsinə düşüb. Bu ana qədər bu hücumda bir sıra iranlı və müqavimət cəbhəsinin komandirlərinin şəhadəti ilə bağlı yayılan xəbərlər təkzib edilir.

İsrail ordusunun Dəməşq və ətrafına raket hücumundan bir neçə saat sonra İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu hücumu qətiyyətlə pisləyib və beynəlxalq ictimaiyyət və Təhlükəsizlik Şurasından bu təcavüzlərə dərhal, ciddi və təsirli cavab verilməsini tələb edib.

“İslam Dünyası Xəbərləri”nin araşdırmalarına görə, bu, İsrail ordusunun 2022-ci il martın 21-dən indiyədək Suriyaya qarşı həyata keçirdiyi 24-cü hücumudur.

Xatırladaq ki, 2023-cü il yanvarın 2-də İsrailin qırıcı təyyarələri Təbəriyyə gölünün şimal tərəfindən raket zərbələri endirmiş və Dəməşq Beynəlxalq Hava Limanını hədəfə almış və bu zaman iki suriyalı əsgər şəhid olmuş, ikisi isə yaralanmışdır.

Daha çox oxuyun: İsrail rejiminin Dəməşqə hava hücumu nəticəsində iki suriyalı əsgər şəhid oldu

İsrailin davamlı hücumlarına Suriyanın və müqavimət cəbhəsinin cavab verməməsi, bu rejimin müxtəlif bəhanələrlə Suriyadakı hərbi və mülki hədəflərə hücum etməsinə səbəb olub. Təkcə 2022-ci ildə sionist rejim Suriyanın müxtəlif bölgələrində Suriya ordusunun mövqe və bazalarına qarşı 28 hücum həyata keçirmişdir.

Daha çox oxuyun: İnfoqrafik: İsrail rejiminin 2022-ci ildə Suriyaya etdiyi hava və raket hücumları

İsrail ordusunun raketlərinin Suriya ordusunun hava hücumundan müdafiəsi tərəfindən təqib olunması (1)
İsrail ordusunun raketlərinin Suriya ordusunun hava hücumundan müdafiəsi tərəfindən təqib olunması (2)
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir