Seyid Əbdül Məlik Bədruddin Əl-Husi: “Fələstin xalqı fədakarlıq və şəhidlik əməliyyatları ilə düşmənlə mübarizə aparır”.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Yəmənin Ənsarullah hərəkatının lideri Əbdül Məlik Bədruddin Əl-Husi Ənsarullah hərəkatının banisi Seyid Hüseyn Bədruddin Əl-Husinin şəhadətinin ildönümü münasibətilə çıxış edib.
Əbdül-Məlik Əl-Husi dünən cümə günü 17 fevral – 26 rəcəb tarixində qardaşı və Ənsarullah hərəkatının banisi Seyid Hüseyn Bədruddin Əl-Husinin şəhadətinin ildönümü münasibətilə çıxış edib.
Əbdül-Məlik bildirib: “Amerikalılar və müttəfiqləri ölkələrin suverenliyini pozur və onların səfirləri istənilən məsələyə müdaxilə edirlər”.
Əbdül-Məlik Əl-Husi iman və əqidənin çətinliklər və təhlükələrlə üzləşməkdə mühüm roluna toxunaraq, şəhid Hüseyn Bin Bədruddin Əl-Husinin müstəsna roluna işarə edərək əlavə etdi: “Bu şəhid liderin fəaliyyətləri Amerikanın və İsrailin süni titullarla yaratdığı hegemonluğunun təzə mərhələyə qədəm qoyduğu bir vaxta təsadüf edirdi. Bu barədə ən mühüm nüans onların öz yaratdıqları terrorizmlə mübarizə aparmasıdır”.
O, bəyan etdi: “Amerikalılar xalqlara ağır zərbələr endirmək üçün xalqların üzərinə muzdlu əsgərlər və cahillər tətbiq edirlər”.
O, təkfirçi qruplaşmaları ABŞ, İsrail rejimi və Qərb dövlətlərinin yaratdığı hesab edib və deyib: “Düşmənlər siyasi böhranlar yaratmaqla bu böhranlardan sui-istifadə edərək xalqları işğal edib onları quruculuq və tərəqqi yolundan uzaqlaşdırırlar”.
Əl-Husi deyib: “Düşmənlər bir çox İslam ölkələrində hərbi hücumlarla yüz minlərlə insanı qətlə yetiriblər”.
Əbdül-Məlik Əl-Husi çıxışının başqa bir hissəsində düşmənlərin ərəb və islam xalqlarına qarşı mədəni və dini istilasına işarə edərək, bu növ hücumları ən təhlükəli hücumlardan biri hesab edib.
O, bu nümunələr arasında dərsliklərdəki təhsil üsullarını xatırladıb və bildirib ki, təhsil üsulları bu mədəni nümunənin bir hissəsidir və düşmən Fələstin məsələsini əksər ərəb ölkələrində dərsliklərdən çıxarmağa çalışıb.
O əlavə etdi: “Düşmənlər tarixdə, xüsusən də yəhudilərin tarixində və onların cinayətlərində şübhələr yaradırlar”.
O, vurğulayıb: “Düşmənlər söz azadlığı bəhanəsi ilə dinə, ilahi tapşırıqlara və Qurani-Kərimə şübhə ilə yanaşır, söz azadlığı şüarı ilə dini simvolları təhqir edirlər. Ərəb və İslam cəmiyyətlərinin düşmənləri Quranı yandırmaqla onun müqəddəsliyini müsəlmanların qəlbində ləkələməyə çalışırlar. Düşmənlər mədəni istila istiqamətində və ya islami dəyərlərlə ziddiyyət təşkil edən qondarma Amerika liberalizminin təbliği istiqamətində hərəkət edir və bu məqsədlə qəzet və internet saytlarından istifadə edirlər”.
Əl-Husi bəyan edib: “Ərəb və İslam xalqlarının düşmənləri əxlaqi pozğunluğu və əxlaqi cinayətləri, o cümlədən zina və qondarma homoseksuallığı təbliğ edir və bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri olan bu hadisələri qəbul etmələri üçün ölkələrə təzyiq etməyə çalışırlar”.
O, davam etdi: “Düşmənlər mənəvi cinayətləri təbliğ etməklə insan cəmiyyətlərini təhqir etmək, onları şərəf və ləyaqət dəyərlərindən məhrum etmək istəyirlər”.
Əl-Husi deyib: “Amerika gərginlik yaratmaq və planlar cızmaqla xalqları maddi şantaj etmək istəyir, buna misal olaraq Liviyanı şantaj etdikləri Lokerbi dosyasını göstərmək olar”.
O, əlavə etdi: “Ərəb və İslam xalqlarına qarşı dini və dünyəvi hücum qarşısında susmaq bir növ düşmənlərə təslim olmağa bərabərdir. Düşmənlər öz muzdlularını ərəb və İslam ölkələrinə məsul vəzifələrdə və iqtisadiyyatla bağlı nazirlik və qurumlarda gətiriblər və muzdluları vasitəsilə bu ölkələrin daxilində təxribat törətmək niyyətindədirlər. Amerikalılar iqtisadi blokada, xəstəliklərin yayılması və xalqları aclıqdan öldürməklə xalqları məhv etdilər. Silah istehsal edən şirkətlərinin qazanc əldə etməsi üçün bir çox müharibələrin, fitnələrin və cinayətlərin səbəbi oldular. Amerikalılar və onların muzdluları millətlərin azadlıq və müstəqillik hüquqlarını pozdular. Bunun ən bariz nümunəsi Fələstindir”.
O, sözlərinə belə davam etdi: “Amerikalılar və Qərb ölkələri ərəb və İslam cəmiyyətlərində narkotikləri yaymağa çalışırlar ki, bu cür maddələr istifadəçilər üçün əlçatan olsun və nəticədə gəncləri korlasınlar”.
O, amerikalıların yerli və kənd təsərrüfatı istehsalına zərər vurmaq, ölkələrin özünü təmin etməsinə mane olmaq cəhdlərinə də işarə edərək dedi: “Onlar bizim ölkələrin onların məhsul və mallarının istehsalçısı olmasını istəyirlər”.
Əl-Husi həmçinin Fələstin xalqının azadlıq, müstəqillik və ləyaqətli həyat sürmək və düşmənlə fədakarlıq, müqavimət və sabitlik ilə qarşı-qarşıya gəlmək, şəhadət əməliyyatları həyata keçirmək hüququna işarə edərək deyib: “Amma Amerika və İsrail bu hüquqların reallaşmasına mane olur. Amerikalılar öz həbsxanalarında insan şərafətlərini pozurlar, buna misal olaraq Əbu-Qreyb və Quantanamo həbsxanalarını göstərmək olar. Amerikalılar, sionistlər və onların muzdluları insanlarla insan haqları haqqında elə bir halda danışırlar ki, özləri ən ağır insan haqlarını pozurlar. Amerikalılar qadınların ən böyük qatilləridilər, onlar qadın haqlarından danışan zaman, Fələstində qadınların “İsrail” tərəfindən öldürülməsi davam edir və fələstinli qadınlar hər gün sionistlərin təcavüzkar hərəkətlərindən əziyyət çəkirlər, lakin heç bir tərəf bu qadınların haqlarından danışmır”.
O, deyib: “Amerikalılar İraq, Yəmən və digər region ölkələrdə qadağan olunmuş və qeyri-sağlam texnologiyalara sahib olan silahlara arxalanırlar, o cümlədən zənginləşdirilmiş urana”.
O, davam etdi: “Amerika Yaponiyada nüvə silahından istifadə etdi və Xirosima və Naqasakinin bütün əhalisini öldürdü. Hegemon dövlətlər Fələstində, İraqda və Yəməndə qadağan olunmuş, öldürücü silahlardan istifadə edərək soyqırımlar törədiblər”.
O, əlavə edib: “Biz yalnız millətlərə qarşı təcavüz xəbərlərini eşitdiyimiz dövr keçdi, indi biz millətlərin məsuliyyətini öz üzərimizə götürmək və onlara qarşı təhlükələrlə üzləşmək mərhələsinə qədəm qoymuşuq. Xaoslar gənclərimizin bir çoxunun düşmənlərin azdırıcı prosesinin qurbanı olmasına səbəb olub”.
O, həmçinin Qurani-Kərimi düşmənlərlə mübarizədə ən yüksək elm və bəsirət mənbəyi adlandıraraq dedi”: Qurani-Kərim bizim dəyər və prinsiplərimizin bünövrəsi və əsas sütunudur”.
Əbdül-Məlik Əl-Husi ərəb və İslam icmaları arasında daxili ixtilafların təhlükəsi barədə xəbərdarlıq edərək bildirib ki, düşmənlərin bizə qarşı hiylələrinin 90%-i bu daxili ixtilaflardan istifadə etməkdir.
O əlavə etdi: “Millətlərimizin əziyyət çəkdiyi ən böyük problem Amerikaya itaət edən insanlardır”.
Əl-Husi media döyüş sahəsində düşmənlərlə üz-üzə gəlmək üçün agahlıq silahı, əməl etmək və məsuliyyət qəbul etmək ruhu ilə təchiz olunmasının vacibliyini vurğulayaraq dedi: “Quranın buyurduqları ilə hərəkət etsək, qalib gələcəyik, çünki Quran Allahın heç vaxt sönməyən nurudur”.
Yəmən Ənsarullahının lideri Omanın Yəmənlə bağlı vasitəçiliyi barədə deyib: “Biz atəşkəs mərhələsində deyilik, lakin Omanın vasitəçiliyi sayəsində gərginliyin azaldılması mərhələsindəyik”.
O, bütün danışıqlarda humanitar məsələlərə sadiq qaldığını vurğulayaraq dedi: “Biz Omana öz tələblərimizi reallaşdırmaq şansı verəcəyik. Amma təcavüzkar ölkələr humanitar və dolanışıq məsələlərində ciddi və əməli anlaşma üçün hərəkət etməsələr, bizim səbrimiz tükənəcək”.
O, həmçinin çıxışının sonunda dinin əsaslarından biri kimi azadlığı qeyd edərək dedi: “Əgər düşmənlər sülh istəyirlərsə, yol, təcavüz, mühasirə və işğala son qoymaqdır”.
Rəy