Qərbə xəbərdarlıq – Nəsrullah: “Livanda hərc-mərclik olarsa, əlimiz sizin gəlininiz “İsrail”ə uzanacaq”.
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah şəhid komandirlərin xatirəsinə həsr olunmuş günün ildönümü münasibəti ilə çıxış edib.
Seyid Həsən Nəsrullah dünən 16 fevral tarixində günortadan sonra çıxışı zamanı bildirib: “İslam Respublikasının süqutuna mərc edənlərin hamısına deyirik ki, sizin hesablamalarınız və nəticələriniz yanlışdır”.
Hizbullahın baş katibi Seyid Həsən Nəsrəullah şəhid komandirlərin ildönümü ilə bağlı çıxışında Rağib Hərb, Abbas Əl Musəvi və İmad Muğniyə başda olmaqla Hizbullahın şəhid komandirlərinin ailələrinə başsağlığı verib.
Nəsrullah həmçinin İran xalqını və İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xameneini, İmam Xomeyninin əli ilə İslam İnqilabının qələbəsinin ildönümü münasibətilə təbrik edib.
Livan Hizbullahının baş katibi əlavə edib: “İran inqilabının ildönümü ilə bağlı son milyonluq yürüşlərin görüntüləri əksər qərb və bəzi ərəb ölkələri medialarında əks etdirilmədi”.
O dedi: “Bir zamanlar bütün diqqətini İrana qarşı qızışdırmaq üçün bəzi qiyamlara yönəlmiş Qərb dünyası İranda milyonlarla yürüşləri işıqlandırmaqdan imtina etdi və buna məhəl qoymadı”.
Livan Hizbullahının baş katibi aydınlıq gətirib ki, biz İslam Respublikasının süqutuna mərc edənlərin hamısına deyirik ki, sizin hesablamalarınız və nəticələriniz yanlışdır.
Seyid Nəsrullah bu adamlara dedi ki, sizin mərcləriniz illüziyadır və ona məhəl qoymaq olmaz, çünki hesabladığınız nəticələr uğursuzluğa düçar olub.
O əlavə edib: “İran İslam İnqilabının qələbəsinin ildönümündə keçirilən nümayişlər İranın süqutundan danışanlara ən sərt cavabdır”.
Livan Hizbullahının baş katibi daha sonra deyib: “Biz hər il anım mərasimində şəhid liderlərimizin xatirəsini ehtiramla yad edirik. Bu mərasimdə biz şəhidlərin xatirəsini indiki nəsillərə yadigar kimi təqdim edirik”.
O əlavə etdi: “Şəhidlərin rəhbərlərindən danışırıq ki, onlardan ibrət götürək və onlara şagird olaq, indiki və gələcək çətinliklərlə üzləşmək üçün onların xatirələrindən və dərslərindən ibrət götürək”.
Livan Hizbullahının baş katibi deyib: “Livanın azadlığı da daxil olmaqla şəhidlərimizin qanından böyük nailiyyətlər əldə olunub. Həmçinin İsrail kimi düşmənin zəiflədilməsi və bu rejimin layihələri şəhid liderlərimizin qanı sayəsində əldə edilən nailiyyətlərdir, ona görə də şəhid liderlərin qanı ilə əldə edilən nailiyyətləri qorumaq hər kəsin borcudur”.
O, həmçinin əlavə edib: “Livanın bir daha hegemonluq [Amerika və Qərb] qucağına qaytarılması və sionist düşmənin şərtlərinin bu ölkə üzərinə qoyulması üçün çoxlu cəhdlər edildi, lakin bu baş vermədi”.
Livan Hizbullahının baş katibi deyib: “Obama Amerika ordusunun başqa ölkələrə göndərilməsinin çox baha başa gələcəyini bildirərək, bizə yalnız saxta mesajlar və yalan şayiələrlə digər ölkələrin ictimai rəyinə təsir etmək və korlamaq lazım olduğunu bildirib”.
Livan Hizbullahının baş katibi daha sonra əlavə edib: “Biz öz hərəkətlərimizə görə məsuliyyət daşımalı, təşəbbüs göstərməli və xaos, hegemonluq və xalqımızın şüurunda manipulyasiya layihələri ilə üzləşməli və onları məhv etməliyik”.
Seyid Həsən Nəsrullah daha sonra Türkiyə və Suriya hökumətlərinə və xalqlarına zəlzələ ilə bağlı başsağlığı verib və əlavə edib: “Biz böyük bir insanlıq faciəsi ilə üz-üzəyik və baş verənlər hamımız üçün bir sınaqdır. Prioritet yaralıların müalicəsi və onların dağıntılar altından çıxarılmasıdır”.
Qəlbi bu fəlakətdən təsirlənməyən insanın vicdanına təzədən bir baxış keçirməli olduğunu bildirən O, Suriyada zəlzələdən səkkiz və ya doqquz gün sonra Amerika hökumətinin Sezar Qanununun (Suriya Sanksiya Aktı) Suriyaya yardım göndərmək üçün təsir etmədiyini açıqladığını söylədi və bildirdi: “Bir halda ki, Suriya və Türkiyədə xilasetmə imkanlarının olmaması səbəbiylə çox sayda insan həyatını itirdi”.
Livan Hizbullahının baş katibi bəyan edib ki, bu humanitar sınaqda biz Suriya və Türkiyədə zəlzələ qurbanları ilə münasibətdə ayrı-seçkilik və ikilik gördük. Hər kəsdən xahiş edirik ki, zəlzələdən zərərçəkənlərin normal həyatlarına qayıtmasına kömək etsinlər.
O, həmçinin deyib: “Dünyanın hər yerində müqavimət döyüşçüləri amerikalılar tərəfindən terrorçu hesab edilir”.
Seyid Həsən Nəsrullah əlavə etdi: “Zəlzələnin yaratdığı dəhşət və hamımızın hiss etdiyimiz zəlzələ ilə yanaşı, zəifliyimizi də dərk etdik”.
Hizbullahın baş katibi sözünə davam edib: “Bizim hər birimiz çox yaxşı hiss edirdik ki, təkan bir az da güclü olsa, insanla ölüm arasında bir an fasilə qalır. İndi bizə yeni şans və yeni həyat verilib, onu nəyə sərf etməliyik”?
Livanda zəlzələ ehtimalının olduğunu bildirərək, bütün hökumətlərin müvəqqəti hökumət olsa belə, zəlzələdən xilasetmə planı hazırlamağa çalışdığına aydınlıq gətirib. Hər bir ölkə insan tələfatını azaltmaq üçün zəlzələ planı hazırlaya bilər. Livandakı çatlamış binalarla bağlı hökumət və bələdiyyələr təşəbbüs göstərməlidir.
Seyid Həsən Nəsrullah deyib: “Mütəxəssislərin proqnozlarına görə, Livan zəlzələlər sahəsində yeni problemlə üz-üzədir. Məhdud imkanlarına baxmayaraq, Livan zəlzələ ehtimalı ilə mübarizə aparmaq üçün hərtərəfli və qabaqlayıcı planlar tərtib edə bilər. Hökumətin düşünməli olduğu ilk tədbirlər sırasında çatlamış binaların yenidən qurulmasıdır”.
Livanın şimalındakı Tripoli şəhərinin binalarının ağlıma ilk gələn binalar olduğunu deyən Nəsrullah bildirdi: “Mən tez bir zamanda kömək etməyə hazır olduğumu bildirdim”.
Livan Hizbullahının baş katibi əlavə edib: “Livanın Suriya zəlzələsindən zərərçəkənlərə kömək etmək istiqamətində atdığı rəsmi addımlar əla idi və Hizbullahın hökumətə təzyiqləri ilə bağlı xəbərlər “boş söhbətdir”. Hizbullah hökumətə təzyiq etmədi və hamı məsuliyyətlə hərəkət etdi. Suriya blokadasını yarmaq üçün ərəblərin səylərinin bir hissəsi olmaq naminə Livanın Suriya istiqamətində səylərini davam etdirməsi lazımdır”.
O dedi: “(Amerikanın) Suriyaya qarşı tətbiq etdiyi blokada qırılmalıdır və bundan ilk faydalanan Livan olacaq”.
Livan Hizbullahının baş katibi daha sonra qeyd edib ki, işğalçı İsrail kabineti vətəndaş müharibəsi, qan tökülməsi və gözlənilən partlayışdan danışır və mühacirət etmək üçün müxalifətə təzyiq edir. İşğalçı rejimin başçısı deyir ki, gözlənilən bu partlayışa görə hamımız bu rejimdən narahatıq.
Seyid Həsən Nəsrullah deyib: “İşğalçı rejim hazırda bizim “mövcud təhlükə” adlandırdığımız bir vəziyyəti yaşayır. Allah qoysa, bu işğalçı rejim 80 illik yubileyini görməyəcək”.
O, həmçinin Livanda hökumətin qurulması və prezidentlik dövründəki boşluqdan bəhs edərək vurğuladı: “Biz hələ də deyirik ki, prezidentlik işi haqdır və daxili məsələdir, Livanda yeni prezidentin təyin edilməsi səyləri davam etməlidir”.
Hizbullahın baş katibi deyib: “Livanın pul vahidi 95% dəyərini itirib və bütün dəyərini itirə bilər, amerikalılar bu problemin həllində maraqlı deyillər. Amerikalıları gözləsək, ölkə dağılacaq”.
Seyid Həsən Nəsrullah əlavə edib: “Çinin Livana sərmayə qoymağa hazır olduğunu və Rusiyanın da Livanda layihəni işə salmağa hazır olduğunu elan etdik. Biz neft və qaz və onların Livan sularından çıxarılması məsələsini də həll etməliyik. Livanda neft hasilatı məsələsində gecikmə olarsa, israillilərin Kariş yatağından onu çıxarmağa ixtiyarı yoxdur”.
O dedi: “Əgər Livan Çin, Rusiya və İranı köməyə dəvət etsə, o zaman amerikalılar işə qarışacaqlar”.
Livan Hizbullahının baş katibi Livanda xaosun ağrılı olduğunu, lakin ona arxalananların xəyalpərəst olduğunu bildirib və qeyd edib ki, xaos yaratmaqla Livana təzyiq etsəniz, siz uduzacaqsınız, əlimiz də sizin gəlininiz “İsrail”ə uzanacaq.
Seyid Həsən Nəsrullah söhbətinin sonunda qeyd etdi: “Kim Livanı xaosla süquta doğru aparmaq istəyirsə, bilsin ki, bizim tərəfimizdən heç düşünməyəcəyi tədbirlərlə qarşılaşacaq”.
Sitatın sonu
Rəy