Səudiyyənin xarici işlər naziri Suriyaya səfər edəcək

Cümə 17 Fevral 2023 - 15:41
https://az.iswnews.com/?p=19036

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Sputnik İnformasiya Agentliyi Səudiyyə Ərəbistanı xarici işlər nazirinin yaxın günlərdə Suriyaya səfər edəcəyini açıqlayıb.

Sputnik xəbər agentliyi naməlum mənbələrə istinadən Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Aali-Səudun Suriya rəsmiləri ilə görüşmək üçün yaxın günlərdə Dəməşqə səfər edəcəyini iddia edib.

Suriya böhranının başlanğıcında Səudiyyə Ərəbistanı Suriyanın mərkəzi hökumətinə qarşı terrorçu və silahlı qrupların maliyyələşdirilməsində və silahlanmasında əsas rol oynayıb. Lakin sonrakı illərdə beynəlxalq təzyiqlərdən sonra Səudiyyə krallığı Suriyaya qarşı mövqeyini dəyişib.

2022-ci ilin yanvarında Səudiyyə Ərəbistanının xarici işlər naziri Bloomberg mediasına müsahibəsində deyib ki, Qərbi Asiya ölkələri Suriyada müharibəyə son qoymaq üçün siyasi həll yolu tapmaq üçün birlikdə çalışmalıdırlar. Bu müsahibədən sonra Suriyanın “Əl-Vətən” qəzeti Birləşmiş Ərəb Əmirliklərinin Səudiyyə-Suriya münasibətlərini tam bərpa etmək üçün səy və tədbirlər gördüyünü açıqlamışdır.

Qeyd edək ki, bu, Səudiyyə Ərəbistanının yüksək rütbəli rəsmisinin 2011-ci ildən bəri Suriyaya ilk səfəri olacaq. Bu səfər Səudiyyə Ərəbistanının son günlərdə Suriyada zəlzələdən zərərçəkənlərə 100 tondan çox ərzaq və tibbi yardımdan ibarət üç yardım paketi göndərdiyi bir vaxtda baş tutacaq.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir