Bağdadın şimalında 3 iraqlı hərbçi şəhid olub
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Bağdadın şimalında İŞİD terror qruplaşmasının kamikadze ünsürlərindən birinin partlayıcı kəmərinin partlaması nəticəsində 3 iraqlı hərbçi şəhid olub, 4 nəfər yaralanıb.
Dünən fevralın 16-da İraq təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşmasının hərəkətləri barədə ətraflı məlumat aldıqdan sonra Bağdadın şimalında yerləşən Tarimiyyə bölgəsində İmam Kazım (ə) zəvvarlarının təhlükəsizliyini təmin etmək məqsədilə əməliyyata başlayıb. Bu əməliyyat zamanı biri kamikadze olmaqla İŞİD terrorçularından 3-ü öldürülüb.
İraq Müdafiə Nazirliyinin açıqlamasına görə, kamikadzenin partlayıcı kəmərinin partlaması nəticəsində 3 İraq təhlükəsizlik qüvvəsi şəhid olub, 4 nəfər yaralanıb.
Qeyd edək ki, Bağdadın şimalında yerləşən Tarimiyyə bölgəsində vaxtaşırı İŞİD ünsürləri ilə İraq hərbçiləri arasında toqquşmalar olur. İraqın hərbi və təhlükəsizlik qurumlarının bu bölgədəki əməliyyatlarına baxmayaraq, İŞİD terror qruplaşmasının ünsürləri Tarimiyyə bölgəsində fəal iştirak edir.
Rəy