Konqonun şimal-şərqində baş verən son hadisələr; İŞİD tərəfindən xristianların öldürülməsi davam edir + FOTO

Cümə axşamı 16 Fevral 2023 - 20:17
https://az.iswnews.com/?p=19001

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Asiya qitəsinin müxtəlif bölgələrində İŞİD terror qruplaşmasının əməliyyatlarının azalmasının əksinə, bu qruplaşmanın Afrika qitəsindəki fəaliyyətləri artıb.

İŞİD qruplaşmasının Afrika qitəsindəki fəaliyyətləri ilə yanaşı, Konqonun şimal-şərqində yerləşən Bini və İturi bölgələrində də bu qrupun hərəkətləri fərqli şəkildə təqib olunur. İŞİD ötən həftələrdə kilsələrdə xristian məclislərində keçirdiyi iki əməliyyatı Konqonun şərqində hərəkatlarının formalaşmasında inkişaf kimi qiymətləndirir. Bu əməliyyatları “meşələrin və yolların mərkəzindən şəhər ərazilərinə iğtişaşların çəkilməsi” adlandırıb. Amma İŞİD-in bu cür əməliyyatları həyata keçirməkdə gücü o qədər də yüksək deyildi və son iki-üç həftə ərzində əməliyyatlarını yenidən kəndlərə köçürdü. Hətta Bini-Kasindi marşrutu kimi bölgənin əsas yollarında İŞİD əməliyyatları azalıb. Təbii ki, İŞİD-in bu həftəki əməliyyatların birində yol kənarına yerləşdirilmiş bombadan istifadə etməsi bu terror qruplaşmasının Konqodakı əməliyyatlarının növünün dəyişdirilməsidir.

Aşağıda son üç həftədə İŞİD-in əməliyyatlarının təfərrüatlarını qeyd edirik:

1- Yanvarın 29-u bazar günü İŞİD terrorçuları İturi bölgəsinin Ofai kəndində Konqo ordusunun postuna hücum edərək bir zabit və iki Konqo ordusu əsgərini qətlə yetirib.

2- Fevralın 1-i çərşənbə günü bu ünsürlər Konqo yerli qüvvələrinin İturi bölgəsinin İdoho kəndindəki postuna hücum edərək yerli qüvvələrdən birini öldürüb.

3- Fevralın 1-i çərşənbə günü İŞİD terrorçuları İturi bölgəsində Kumanda və İrangiti arasında səyahət edənlərə hücum edərək ən azı bir xristianı öldürüb və bir motosikleti yandırıb.

4- Fevralın 3-ü cümə günü İŞİD terrorçuları İturinin Maşonqani kəndinin xristianlarına hücum edərək bu kəndin 5 nəfərini qətlə yetirib və bəzi evləri yandırıb.

5- Fevralın 8-i çərşənbə günü İŞİD terrorçuları Bini bölgəsinin Ovişa şəhəri yaxınlığındakı Kunji kəndinə hücum edərək 12 xristianı qətlə yetirib. Bu əməliyyat Papa Fransiskin Konqonun paytaxtı Kinşazaya səfəri ilə eyni vaxtda baş tutub.

6- Fevralın 8-i çərşənbə günü İŞİD terrorçuları İturi bölgəsindəki Malibunqo kəndində Konqo ordu qüvvələrinə hücum edib və üç nəfəri öldürüb.

7- Fevralın 9-u cümə axşamı günü İŞİD Bininin Mavalika bölgəsindəki Karuhamba yolunda Uqanda ordusunun patruluna iki yol kənarına yerləşdirilmiş bomba ilə hücum edib və onlardan bir neçəsini öldürüb və yaralayıb.

8- Fevralın 10-u cümə günü İŞİD terrorçuları İturi bölgəsinin Mahala kəndi yaxınlığındakı Luna-Kumanda yolunda bu kəndin xristianlarına hücum edərək üç nəfəri qətlə yetirib.

9- Fevralın 10-u cümə günü İŞİD ünsürləri Bini-Kasindi əsas yolunda ticarət yük maşınına hücum edərək yük maşınındakı xristianların qaçmasından sonra onu yandırıb.

10- Fevralın 10-u cümə günü İŞİD terrorçuları İturinin Nadaliya kəndi yaxınlığında xristianlara hücum edərək onlardan 4 nəfəri öldürüb, iki motosikleti yandırıb.

Qeyd edək ki, Konqonun şərq bölgələri son illərdə həmişə gərgin bir bölgə olub. 90-cı illərdə Ruandada baş vermiş məşhur və qanlı Hutu-Tutsi qarşıdurmasının nəticələri bu bölgələrə çox təsir edib. Belə bir vəziyyətin olması, bu bölgədə 100-dən çox üsyançı və terror qruplaşmasının fəallaşmasına səbəb olub. Üç ölkə Uqanda, Burundi və Ruandanın hər biri Konqonun şərqindəki terror qruplaşmalarına dəstək verir və bu mövzu Konqonun şərqindəki vəziyyəti daha da çətinləşdirir.
İraq və Suriyadakı məğlubiyyətdən sonra İŞİD-ə qara qitə olan Afrikada böyümə və fəaliyyət üçün uyğun ərazi lazım idi. 2019-cu ildən Şərqi Konqonun “Müttəfiq Demokratik Qüvvələr” adlı üsyançı qruplaşmalarından birini də özü üçün “Mərkəzi Afrika Əyaləti” kimi birləşdirib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir