Ukrayna ordusunun kamikadze dronu İranın Arəş dronuna çox oxşayır + VİDEO və FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Ukrayna ordusunun qüvvələri İranın “Arəş” dronuna bənzər görünüşə malik kamikadze dronu uğurla sınaqdan keçirib və bu məsələ Rusiya ordusu üçün bir xəbərdarlıq sayıla bilər.
Ukrayna mətbuatı bu yaxınlarda kamikadze dronu sınağının qısa videosunu dərc edib. Bu videonun maraqlı məqamı İran istehsalı olan “Arəş-2” kamikadze dronuna tamamilə bənzəyən bu dronun görünüşü, ölçüləri və necə işə salınmasıdır.
Bu videonun yayımlanmasından sonra bəzi qərbli analitiklər iddia edirdilər ki, Tehran Moskvaya dron satdıqdan sonra balansı qorumaq və Kiyevlə münasibətlərdə gərginliyin artmasının qarşısını almaq üçün gizli şəkildə Ukraynaya öz dronlarını satmağa razılaşıb. Lakin bu iddia həqiqətdən uzaqdır. Mövcud oxşarlıqlara baxmayaraq, bu dronun yalnız Arəş-2 kamikadze dronun surətinin və dizaynının uğurlu kopyasının nəticəsi olduğunu söyləmək olar.
Bu dronun texniki xüsusiyyətləri barədə məlumat açıqlanmayıb, lakin görünür, bu dron Ukraynanın “Ramsay” şirkətinin istehsalı olan RZ-60 dronu əsasında hazırlanıb və istehsal edilib.
Ukrayna ordusunun yeni dronu GPS naviqasiya sistemindən istifadə edərsə, bu dron əvvəlcədən müəyyən edilmiş koordinatlarla sabit hədəfləri vura bilər, lakin əgər Starlink peyk rabitə sistemindən istifadə edərsə, əməliyyat mənzili məsafəsi azalacaq. Bu mövzu Rusiya Ordusunu ciddi problemlə üzləşdirəcək.
Həmçinin, qərb ölkələrinin Ukraynanın dron sənayesinə verdiyi dəstək sayəsində bu ölkə ordusunun fəaliyyətinin yaxın aylarda bu sahədə irəliləyişlə müşayiət olunacağı güman edilir. Ukraynalılar tərəfindən dron fəaliyyətinin artması və yeni dronların istehsalını nəzərə almaqla, Rusiya ordusunun Ukrayna dronlarının itkilərini minimuma endirmək üçün bu təhlükə qarşısında öz ərazisində və Ukraynadakı əməliyyat bölgələrində erkən xəbərdarlıq və hava hücumundan müdafiə şəbəkəsini gücləndirməsi gözlənilir.
Rəy