Əymən Əz-Zəvahirinin ölüm xəbərindən 6 ay sonra: “Fələstinə necə dəstək olaq?” + VİDEO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, “Əl-Qaidə” terror qruplaşmasının lideri Əymən Əz-Zəvahirinin yeni videosunun yayılması, onun ABŞ-ın dron hücumu səbəbindən ölümünün rədd edilməsi ilə bağlı fərziyyələri gücləndirib.
Əl-Qaidənin rəsmi informasiya agentliyi olan Əl-Səhab müəssisəsi ABŞ-ın ölümünü elan etməsindən 6 ay sonra bu qruplaşmanın lideri Əymən Əz-Zəvahirinin yeni videosunu dərc edib.
Əz-Zəvahiri “Fələstinə necə dəstək olaq?” adlı videoda, beş dəqiqədən çox Fələstin məsələsindən bəhs edir və fələstinliləri sionist rejimə qarşı döyüşməyə təşviq edir.
Bu videoda Əz-Zəvahiri deyir ki, Fələstin məsələsinə əsl kömək müsəlmanların Fələstinə zülm edənlərə istənilən yerdə zərbə vurmasıdır. Onun sözlərinə görə, bu, Fələstin xalqına təzyiqləri azaltmağın yeganə yoludur.
Əz-Zəvahiri sözlərinə belə davam edib: “Müsəlman gənclər hər yerdə İsrailin və onun havadarlarının maraqlarına hücum etdikdə Fələstin azad ediləcək”.
O, həmçinin Fələstin xalqını Hacı Əmin Hüseyninin Fələstində yəhudilərə torpaq satışına embarqo qoyulması ilə bağlı tarixi fətvasına əməl etməyə çağırıb və videonun sonunda torpaqlarını israillilərə satanları mürtəd elan edib.
Bu videoda Əymən Əz-Zəvahiri işğal olunmuş ərazilərdə fələstinlilərin son hücumlarını qeyd etməyib və bu, bu videonun Fələstindəki son hadisələrdən əvvəl qeydə alındığını göstərir. Bu arada Əl-Qaidə hələ ki, Əymən Əz-Zəvahirinin ölümünü rəsmən təsdiqləməyib.
“Əl-Qaidə”nin müxtəlif qollarına bağlı olan rəsmi media qurumları hələ ki, liderlərinin ölümü ilə bağlı açıqlama verməyiblər və adətən ölüləri üçün işlətdikləri “Təqəbbələhu Allah” ifadəsini Əymən Əz-Zəvahiri üçün işlətməyiblər.
ABŞ prezidenti Cozef Bayden 31 iyul 2022-ci ildə ABŞ qüvvələrinin Əfqanıstanın paytaxtı Kabildə dron hücumu nəticəsində Əymən Əz-Zəvahirini öldürdüyünü açıqladı. Bu iddia Taliban rəsmilərinin Əymən Əz-Zəvahirinin ölüm xəbərini rəsmən təsdiqləmədiyi bir vaxtda oldu.
Maraqlıdır ki, Əl-Qaidə qruplaşmasının media qolu olan Əl-Sahab müəssisəsinin yayımladığı Əymən Əz-Zəvahirinin bu videodakı çıxışının sonunda “Ənə Samidun Ruğməl Cirah” müqavimət musiqisi ilə birlikdə Ərinul-Usud müqavimət dəstəsinin parad və bəzi əməliyyatlarının görüntüləri yayımlanıb.
Rəy