Türkiyədə təbii zəlzələ, Azərbaycanda siyasi zəlzələ
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, hökumət bütün xalqı Türkiyəyə kömək etmək üçün hazırlıq vəziyyətinə gətirib. Bütün bölgələrdən yardım göndərilir və hər şey, təzə-köhnə, ərzaq məhsulları, təchizatlar, paltarlar, yataq ləvazimatları, yardım ləvazimatları və dərmanlar təyyarələrlə Türkiyəyə göndərilir.
Ölkə üzrə xəstəxanalar Türkiyədə zəlzələdən zərərçəkənləri qəbul etmək üçün hazır vəziyyətə gətirilib. Fövqəladə Hallar Nazirliyi 725 xilasedici ilə zəlzələdən zərər çəkmiş ərazilərdə xilasetmə qruplarının siyahısında birinci yerdədir. Ordu texnika anbarlarını boşaldıb Türkiyəyə göndərib. İkinci Qarabağ müharibəsində belə belə hal müşahidə olunmamışdır. Hətta ölkə üzrə soyuqda köməyə ehtiyacı olan əhali, kasıblar belə unudulub. Media və sosial şəbəkələr Türkiyə zəlzələsini əsas mövzuya çevirib. İnsanları maddi yardım göndərməyə həvəsləndirirlər. Prezident Əliyev isə, özünü, Türkiyənin vilayətlərindən birinin qubernatoru kimi aparır!
Talış həmvətənimiz, analitik, Moskvada yaşayan, Rusiya Federasiyası Prezidentinin Millətlər Şurasının müşaviri İsmayıl Şabanov zəlzələ hadisəsi haqqında belə deyir: “Bu fəlakət çox dəhşətlidir. Allah zəlzələdən zərər çəkən Türkiyə və Suriya xalqına kömək etməlidir ki, bu vəziyyətdən xilas ola bilsinlər”.
Bu zəlzələnin siyasi nəticələrinə gəlincə, Şabanov belə hesab edir: “Mərkəzi Türkiyə olan Böyük Turan və panturanizm ideyası bu təbii fəlakətlə böyük problem qarşısındadır. Bu qədər itki və dağıntı ilə Türkiyənin yenidən bərpa olması asan deyil. Medialar həqiqətlərin çoxunu demir. Azərbaycan Türkiyə və İsrailin təhriki və dəstəyi ilə İran və Ermənistan üçün özünü göstərirdi. İndi Əliyev ölkənin bütün gücünü Türkiyəyə göndərməyə çalışır ki, bir çox daxili problemlər üzündən Ərdoğanın dəstəyini itirməsin. Türkiyənin zəifləməsindən sonra Bakı hökuməti İsrailə daha çox istək nümayiş etdirir ki, onun Qafqazda və Orta Dəhlizdə mövqeləri zəifləməsin, lakin Təl-Əviv o qədər də axmaq deyil və ehtiyatlı davranır”.
Şabanovun açıqlamalarını İran və Ermənistanın Azərbaycana mümkün hərbi hücumu xəbərini dərc etməklə tamamlamaq olar! Hökumət medialarının təbliğatına görə, iki cənub və qərb qonşu ölkə Ermənistanın Sünik vilayəti hüdudlarından Qubadlı, Zəngilan və Laçın rayonlarına hücuma hazırlaşır.
Ermənistan Müdafiə Nazirliyi və İran İslam Respublikasının Xarici İşlər Nazirliyi bu iddiaları təkzib etsə də, hökumət Türkiyəyə yardımla bərabər, əhalini qonşularına qarşı qızışdırmağa üstünlük verir.
Əliyev indi özünü tək hiss edir. Sanki Türkiyənin cənubundakı təbii zəlzələdən sonra Bakıda siyasi zəlzələ baş verib. Əliyevin İran və Gürcüstanın azəri rayonlarını və Ermənistanın cənubunu ələ keçirmək arzusunda olduğu yarımçıq qalmış sarayı onun başına uçub. İndi Əliyev ikinci Qarabağ müharibəsindən sonra hücum etdiyi qonşularından daha çox qorxur.
Rəy