İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 13 Fevral 2023

Bazar ertəsi 13 Fevral 2023 - 21:38
https://az.iswnews.com/?p=18911

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail hərbçilərinin İordan çayının qərb sahilində yerləşən Cenin düşərgəsinə hücumu nəticəsində bir fələstinli şəhid olub, ikisi isə yaralanıb.

Sionist rejim hərbçiləri fevralın 12-də məhbus Zəkəriyya Əl-Zubeydinin qardaşı Cibril Əl-Zubeydini həbs etmək məqsədi ilə Cenin düşərgəsinin Cabrat məntəqəsinə basqın edib və nəticədə onlarla Fələstin müqavimət qüvvələri arasında şiddətli silahlı toqquşma baş verib. Bu münaqişə zamanı fələstinli yeniyetmə Qusey Rizvan Vakid şəhid olub, daha iki nəfər yaralanıb.

Tərəflər arasında atışma zamanı müqavimət qüvvələri Cenin düşərgəsində sionist rejimin bir dronunu vurmağa nail olub. Bu dronun missiyası və növü haqqında daha ətraflı məlumat verilməyib.

Münaqişədən bir neçə dəqiqə sonra sionist qüvvələr əsir Zəkəriyya Əl-Zubeydinin evini mühasirəyə alaraq qardaşını əsir götürərək bu ərazidən geri çəkiliblər.

Dünən İsrail ordusunun Cenin düşərgəsinə hücumu zamanı fələstinli müqavimət döyüşçüləri bir anlıq olaraq sionist əsgərləri müəyyən etmək və onlara nəzarət etmək üçün bir drondan istifadə edib və bu, İsrail təhlükəsizlik qurumlarının narahatlığına səbəb olub. Sionist rəsmilər qorxurlar ki, müqavimət dəstələri kəşfiyyat dronlarını kamikadze dronlarına çevirə və onları İsrail əsgərləri arasında partladalar.

Qeyd edək ki, İsrail əsgərləri fevralın 6-da Erihada Əqbə Cəbr düşərgəsinə hücum etmiş və bu düşərgəyə daxil olduqdan sonra Fələstin müqavimət qüvvələri ilə onlarla şiddətli silahlı qarşıdurma başlayıb. Bir neçə saat sonra İsrail mediası İsrail hərbçilərinin bu əraziyə hücumundan sonra beş Fələstin müqavimət qüvvəsinin şəhid olması barədə məlumat yaymışdır.

Daha çox oxuyun:
İordan çayının qərb sahilində müqavimət qüvvələrinin beş üzvü şəhid edildi
İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 26 Yanvar 2023

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir