Ədəndəki qarşıdurmalardan son xəbərlər; BƏƏ səfiri cənublulara kömək etməyə tələsdi + FOTO

Bazar ertəsi 13 Fevral 2023 - 15:54
https://az.iswnews.com/?p=18883

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Səudiyyə koalisiya komandanlığının Cənub Keçid Şurası qüvvələrinin Ədən hərbi bazalarından çıxarılması əmrindən sonra cənublularla Səudiyyə Ərəbistanı qüvvələri arasında gərginlik artıb.

Ədəndə Əl-Dər Əl-Vətən qüvvələri ilə Cənub Keçid Şurası silahlıları arasında baş verən qarşıdurmalardan sonra Səudiyyə koalisiyasının komandanlığı Cənub Keçid Şurasının silahlı qüvvələri tərəfindən Əl-Nəsr və Əl-Sulban bazalarının boşaldılması və bu bazaların Əl-Dər Əl-Vətən qüvvələrinə təhvil verilməsi barədə göstəriş verib.

Bu gərginliyin artmasının ardınca BƏƏ-nin Yəməndəki yeni səfiri Məhəmməd Həməd Əl-Zoabi Ədənə səfər edərək problemi həll etmək üçün Cənub Keçid Şurasının rəsmiləri və Ədəndəki Səudiyyə koalisiyasının komandanı ilə davamlı görüşlər və danışıqlar aparıb. BƏƏ-nin qarşıdurmaların qarşısını almasına baxmayaraq, yerli media Əl-Dər Əl-Vətənə aid əlavə qüvvələrin Həzərmut əyalətindən Ədənin şərq cəbhələrinə göndərildiyini bildirib.

Ədəndəki yerli mənbələrin verdiyi məlumata əsasən, Əl-Dər Əl-Vətən qüvvələri hazırda Əl-Məaşiq sarayı, Ədən beynəlxalq hava limanı, Bədr bazası və Səudiyyə koalisiya qüvvələrinin Əl-Bəriqə rayonundakı bazası yaxınlığında yerləşdirilib.
Cənub Keçid Şurasının rəhbəri İdrus Əl-Zubeydinin əmrinə əsasən cənublular hələ də Əl-Sulban və Əl-Nəsr bazalarını təhvil verməkdən imtina ediblər və Əl-Dər Əl-Vətən qüvvələrini yatırmaq üçün qüvvə və texnika toplayırlar.

Əl-Dər Əl-Vətən qüvvələri ilə Cənub Keçid Şurası arasında qarşıdurma rəsmi olaraq Əl-Anad bazasının dekabrın 25-də boşaldılması ilə başlayıb, fevralın 4-də isə Cənub Keçid Şurasının qərargahı olan Ədənə çatıb. Əl-Dər Əl-Vətən qüvvələrinin əsas struktrunu Əli Abdullah Salehin qardaşı oğlu Tariq Salehin qüvvələri və Həzərmut əyalətinin şimal bölgələrindəki tayfalarının silahlıları təşkil edir, lakin onların nisbi üstünlüyünə səbəb isə, Cənub Keçid Şurası qüvvələrinin gücünü azaltmaq məqsədi daşıyan Səudiyyə Ərəbistanının dəstəyidir.

Daha çox oxuyun: Yəmənin Ədən vilayətində Əl-Dər Əl-Vətən qüvvələri ilə Cənub Keçid Şurası qüvvələri arasında qarşıdurma başlayıb + XƏRİTƏ

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir