CNN: İran dronları dağıdıcılığı artırmaq məqsədi ilə çoxməqsədli döyüş başlıqları daşıyır + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Amerika KİV-i Rusiya ordusunun Ukrayna hərbi bazalarına qarşı hücumlarının dağıdıcılığını artırmaq məqsədi ilə İran istehsalı olan dronlarında düzəliş əməliyyatlarının aparılması barədə məlumat yayıb.
CNN son araşdırma hesabatında iddia edib ki, İran Rusiyanın Ukraynadakı müharibədə istifadə etdiyi dronlarda partlayıcı başlıqların Ukraynanın infrastruktur hədəflərinə daha çox ziyan vura bilməsi üçün islahatlar aparır.
İrana məxsus yüzlərlə dronların Ukraynaya qarşı müharibədə istifadə edilmək üçün Rusiyaya təhvil verildiyinə diqqət çəkən bu xəbər kanalı, Rusiya raketlərinin atəşi ilə birlikdə bu dronların hücumlarının bütün ölkədə Ukrayna vətəndaşlarının istiliksiz, işıqsız və susuz qalaraq soyuq qış gecələrinə çətinliklə dözə bilməsinə səbəb olduğunu yazıb.
CNN İngiltərə təşkilatı və Ukrayna ordusunun 2022-ci il oktyabr ayında Rusiyanın Odessa bölgəsinə hücumunda döyüş başlığı işə düşməyən İranın Şahid-131 dronlarından birinin “dağıdıcılıq miqdarının artması” ilə bağlı sənədlərini və araşdırma nəticələrini yayımlayıb.
Araşdırmalarının nəticələrini bu Amerika mediasına təqdim edən tədqiqatçılar hesab edirlər ki, uzunluğu cəmi iki futdan (60 sm) az olan bu döyüş başlıqlarına, onlarla metal parça quraşdırılıb. Bu isə döyüş başlığındakı maddələrin daha geniş radiusda səpilməsinə səbəb olur. Bundan əlavə, döyüş başlığının ətrafında 18 kiçik partlayıcı maddə quraşdırılıb ki, o, partlayanda zirehləri deşib 360 dərəcə partlayıcı effekt yarada bilsin.
Deyilənlər, döyüş başlığının elektrik stansiyaları, paylayıcı şəbəkələr, ötürmə xətləri və böyük, yüksək güclü transformatorlar kimi yerlərdə daha güclü partlama qabiliyyətini artırır və bu hücumlar zamanı zədələnmiş şəhər infrastrukturunun təmirini çətinləşdirir.
Son aylarda Qərb hərbi və kəşfiyyat rəsmiləri Rusiya ordusunun Ukraynada şəhər infrastrukturuna qarşı hücumlarda İran istehsalı olan 400-dən çox hücum dronundan istifadə etdiyini açıqlasa da, digər tərəfdən İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu ittihamlara cavab olaraq bildirib: “Biz dəfələrlə Ukrayna hakimiyyətinin Rusiyaya dronların göndərilməsi ilə bağlı əsassız ittihamlarına cavab vermişik və bir daha vurğulanır ki, İran İslam Respublikası heç bir hərbi təchizat, Ukrayna müharibəsində istifadə olunmaq üçün, heç bir tərəfə ixrac etməyib”.
Bundan əvvəl Ukrayna prezidentinin müşaviri Mixail Podoliak da Rusiyanın Ukrayna ilə müharibədə istifadə etdiyi dronların, İran tərəfindən verildiyini bəyan edərək, İranda dronlar istehsal edən şirkətlərə hücumla bağlı çağırış etmişdir!
Daha çox oxuyun: Zelenskinin müşaviri İranda dron istehsalçılarına hücuma çağırış edib!
Rəy