22 Bəhmən yürüşündə 20 milyondan çox iranlı iştirak edib + FOTO

Bazar 12 Fevral 2023 - 21:03
https://az.iswnews.com/?p=18835

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İslam İnqilabının 44-cü ildönümü İranda 1400 şəhər və 38 min kənddə 20 milyondan çox insanın iştirakı ilə keçirilib.

İranın müxtəlif bölgələrinin əhalisi 22 Bəhmən yürüşünə qatılaraq İmam Xomeyni, Şəhidlər və Ali Rəhbərin yoluna sədaqətlərini bildirdilər.

Müvafiq qurumların ilkin hesablamalarına görə, bu ilki 22 Bəhmən yürüşündə iştirak edənlərin sayı kiçik şəhər və kəndlər də daxil olmaqla, təxminən 21 milyon nəfərə çatıb. Bu statistika 3 il bundan öncə ilə müqayisədə təxminən 30% artıb.

Tehranda 22 Bəhmən yürüşünün yolunda “Siccil” və “İmad” ballistik raketləri, “Şahid-136” dronu, qayıq əleyhinə qanadlı raket, “Tufan” taktiki personal daşıyıcısı, “Rəəd” taktiki personal daşıyıcısı və maşını, “Mühacir-6” dronu nümayiş etdirilib.

Mərasimin başlaması ilə eyni vaxtda jurnalistlər və Sputnik Xəbər Agentliyi, Al-Mayadeen Network, AFP, I24 News, Al-Masirah Network, Russia Ilyum Network, Shafaq News, Al-Nashrah, Associated Press, Reuters Xəbər Agentliyi və SANA Xəbər Agentliyi kimi beynəlxalq medialar İran xalqının bu mərasimdə coşğulu iştirakını işıqlandırıb.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir