İsrail Ordusu Baş Qərargah rəisinin Bəhreynə gizli səfəri ifşa olundu + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Bəhreyn mediası İsrail Ordusu Baş Qərargah rəisinin Manamada təhlükəsizlik toplantısında iştirakının şəkillərini yayımlayıb.
Son günlər İsrail rejimi ordusunun Baş Qərargah rəisi Herzi Halevinin Manamanın ev sahibliyi etdiyi “Regional Təhlükəsizlik” başlıqlı təhlükəsizlik toplantısında iştirakının görüntüləri yayımlanıb. Bu görüntülərdə Amerika terrorçularının Qərbi Asiyadakı qərargahının (CENTCOM) komandiri general Maykl Korilla da görünür.
Bəhreynin rəsmi mediası İsrail Ordusunun Baş Qərargah rəisinin hüzurundan bəhs etməyərək bəyan edib ki, Bəhreynin vəliəhdi Salman Bin Həməd Aali-Xəlifə çərşənbə günü (fevralın 8-də) Bəhreynin ev sahibliyi etdiyi “Regional Təhlükəsizlik” konfransında iştirak edən bir sıra yüksək səviyyəli rəsmiləri qarşılayıb.
Bununla bağlı israilli jurnalist Barak Ravid bildirib ki, bu səfərin şəkillərinin dərci təhlükəsizlik səbəbi ilə qadağan edilməsinə baxmayaraq, Halevinin Bəhreyn Vəliəhdi ilə görüşünün şəkilləri bu ölkənin mətbuatında yayımlanıb!
2022-ci ilin dekabr ayının əvvəllərində İsrail rejiminin prezidenti İshaq Herzoq Bəhreynin xarici işlər naziri Əbdül Lətif bin Raşid Əl-Ziyani tərəfindən qarşılanmış və bu ölkənin paytaxtı Manamaya daxil olmuşdur və Bəhreyn kralı Həməd Bin İsa Aali-Xəlifə ilə görüşüb söhbət etmişdir.
Qeyd edək ki, Bəhreyn və sionist rejim 2020-ci ilin sentyabrında ABŞ-ın o zamankı prezidenti Donald Trampın vasitəçiliyi ilə rəsmi olaraq bir-biri ilə münasibətlərin normallaşdırılmasına dair saziş imzalamışdılar.
Rəy