İşğal altındakı Qüdsdə anti-İsrail əməliyyatı baş tutub + VİDEO və FOTO

Cümə 10 Fevral 2023 - 19:00
https://az.iswnews.com/?p=18811

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, işğal altındakı Qüdsdə yerləşən Ramot məhəlləsində bir fələstinlinin əməliyyatı nəticəsində iki sionist həlak olub, bir neçə nəfər isə yaralanıb.

İşğal altında olan Qüdsün Ramot məhəlləsinin avtovağzalında “Hüseyn Qəraqe” adlı (30 yaşlı) fələstinli avtomobillə bir qrup sionistin üzərindən keçib. Bu əməliyyat zamanı iki sionist həlak olub, yeddi nəfər isə ağır yaralanıb. Yaralıların bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir. Əməliyyatın icraçısı isə hadisə yerində silahlı sionistlər tərəfindən şəhid edilib.

İşğal olunmuş Qüdsdə anti-İsrail əməliyyatının icraçısı Hüseyn Qəraqe

Hadisədən bir neçə dəqiqə sonra İsrail mediası sionist rejimin baş naziri Benyamin Netanyahunun işğal altındakı Qüdsdə bugünkü əməliyyatın icraçısı Hüseyn Qəraqenin evinin dərhal sökülməsinə göstəriş verdiyini elan edib.

Sionist rejimin siyasi və təhlükəsizlik orqanlarının işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə qorxularına səbəb olan, İsrail kəşfiyyatının davamlı və gündəlik əməliyyat və tədbirlərinə baxmayaraq, anti-İsrail əməliyyatlarının və müqavimət dəstələrinə aid hücumların artmasıdır. İsrail rejiminin hərbi qurumlarının bu tip hücumlarla mübarizə apara bilməməsi, İsrailin Daxili Təhlükəsizlik Naziri İtmar Ben Qafirin İordan çayının qərb sahilindəki sionistlərin şəxsi silahların daşınması üçün verilən icazələrin ayda 2000-dən 10.000-ə qədər artırılması fərmanının verməsinə səbəb olmuşdur.

Qeyd edək ki, yanvarın 28-də işğal olunmuş Qüdsdə yerləşən Selvan məntəqəsində 13 yaşlı silahlı fələstinli yeniyetmə bir neçə sionistə atəş açmışdır. İlkin məlumata görə, bu əməliyyat zamanı iki sionist yaralanmışdır.

Silahlı sionistlərin əməliyyatın icraçısına atəş açmaları
Hadisə yerindən video
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir