Barselona Tel-Əvivlə əlaqələrini kəsdi!

Cümə 10 Fevral 2023 - 14:30
https://az.iswnews.com/?p=18808

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İspaniyanın Barselona şəhərinin meri Fələstin xalqına dəstək və İsrail rejiminin cinayətlərini pisləyərək Tel-Əvivlə əlaqələrini kəsib.

Barselonanın meri Ada Kolao İsrail rejimi ilə bütün köklü əlaqələri, o cümlədən Tel-Əvivlə bacılıq müqaviləsini növbəti bildirişə qədər dayandırıb və bu əlaqələrin bərpasını Fələstinin insan haqlarına riayət olunması şərti ilə edib.

Barselona meri İsrail rejiminin baş naziri Benyamin Netanyahuya göndərdiyi mesajda elan edib ki, əgər işğal olunmuş ərazilərdə insan haqlarının vəziyyəti dəyişməsə və bu rejim Fələstin xalqına qarşı təcavüzü dayandırmasa, iki ölkə arasındakı münasibətlər əvvəlki hala qayıtmayacaq.

Kolao vurğulayıb ki, beynəlxalq ictimaiyyət sionist rejimi devirmək və təcrid etməklə cinayətlərinin əvəzini ödəməyə məcbur etməlidir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir