Amerika Tacikistanda mülki qanunlardakı dəyişikliklərə dəstək verdi

Cümə 10 Fevral 2023 - 13:51
https://az.iswnews.com/?p=18804

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Amerikanın Tacikistandakı səfirliyi bəyanat dərc edərək, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Tacikistan Parlamentinin yeni mülki qanununa dəstəyini açıqlayıb.

Amerikanın Tacikistandakı səfirliyinin hesabatına görə, USAİD və Tacikistan Parlamenti torpaqların idarə edilməsi sahəsində yeni qanunlar hazırlayıb və parlament tərəfindən 24 dekabr 2022-ci ildə təsdiqlənib. Bu qanunlar aidiyyəti dövlət orqanlarına və cəmiyyət təşkilatlarına çatdırılıb və 2023-cü il iyulun 1-dən qüvvəyə minəcək.
Buna görə də, USAID torpaq idarəçiliyi xidmətlərinə tələb və təklif yaratmaq və siyasətlərdə düzəliş etmək, qanunların nəzərdən keçirilməsi və həyata keçirilməsinə dövlət və özəl sektorun iştirakçılarını cəlb etməklə, torpaq mülkiyyətinin təhlükəsizliyini yaxşılaşdırmaq və inklüziv kənd təsərrüfatı siyasəti islahatlarını təşviq etmək üçün Tacikistan hökumətini dəstəkləməyə davam edəcək. Bu qaydalar Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin standartlarına və maraqlarına uyğun tərtib edilmişdir.

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) 1961-ci ildə beynəlxalq nüfuz inkişafında iştirak edən digər Amerika qurumları birləşdirilməsi yolu ilə yaradılmışdır və hazırda İordaniya, Azərbaycan, İraq və Əfqanıstan da daxil olmaqla (Taliban hakimiyyəti ələ keçirməzdən əvvəl) 100-dən çox ölkədə fəal olub və indi də fəaliyyət göstərir. İraq rəsmilərinin sözlərinə görə, bu agentlik 2019-cu ildə İraqda iğtişaşların artmasında mühüm rol oynayıb.

Bu agentlik uzun illərdir Tacikistanda fəaliyyət göstərsə də, onun bu ölkədə siyasət quruculuğu vəzifəsinə daxil olması Amerikanın Tacikistanda nüfuzundan və səmərəliliyini inkişaf etdirmək səyindən xəbər verir. Çünki bu qurumun vəzifəsi bütün dünyada ABŞ hökumətinin birbaşa siyasi-təhlükəsizlik və iqtisadi maraqlarını təmin etməkdir.
Buna görə də, bu agentliyin Mərkəzi Asiyanın mühüm ölkələrindən biri kimi Tacikistandakı gedişatları və sivil inkişafları dəstəkləməsi və fəaliyyət göstərməsi tacik cəmiyyətinin təbəqələrini ABŞ-ın maraqlarına uyğun dəyişmək səyini göstərir. Bu fəaliyyətlər, ABŞ-ın bu regiondakı digər rəqibləri üçün xəbərdarlıq ola bilər.

Daha çox oxuyun: Tacikistan və Amerika ordularının birgə hərbi təlimləri keçirilir + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir