İnfoqrafik: Əfqanıstanda Taliban mövqeləri əleyhinə olan hava hücumları

Cümə axşamı 9 Fevral 2023 - 15:43
https://az.iswnews.com/?p=18795

Əfqanıstanda Taliban hakimiyyətə gəldikdən sonra bu ölkənin müxtəlif ərazilərində 11 naməlum hava hücumu həyata keçirilib. Bunun da Pakistan ordusunun qırıcıları və ya Pakistan və ya Tacikistandan Amerika dronları tərəfindən həyata keçirildiyi ehtimal edilir.

Amerika və NATO-nun Əfqanıstandan çıxması bu ölkədə yeni xaosa səbəb oldu ki, bu da Əşrəf Qəni hökumətinin dağılması və Talibanın hökuməti ələ gətirməsi ilə yanaşı, İŞİD-in Əfqanıstanda fəaliyyətinin güclənməsinə və artmasına səbəb oldu. Amerika və NATO Əfqanıstanı zahirən tərk etsələr də, onların əvvəlki və indiki fəaliyyətləri hələ də bu regionu rahat buraxmır və onlara aid dronların arabir hücumları və uçuşları bu ölkə xalqının ürəyini hələ də titrədir.
Bu hücumlar və uçuşlar 2022-ci il martın 21-dən başlayıb və Əfqanıstanın müxtəlif bölgələrində müxtəlif hədəflərə və insanlara qarşı 11 dəfə həyata keçirilib. Bu hücumların dəqiq səbəbi və təfərrüatları ümumiyyətlə Taliban və ABŞ tərəfindən mediaya açıqlanmasa da, mövcud məlumatlara və agentliyimizin araşdırmalarına əsasən, bu əməliyyatların təfərrüatları belədir:

1- Helmənd əyalətindəki Şurabek bazasına (Bastion düşərgəsi) dron hücumu, 30 mart 2022-ci il

Bu hücum bu bazanın silah anbarında bir neçə partlayışa səbəb olub və 30 Taliban üzvünü öldürüb və yaralayıb. (Çox ehtimal ki, Amerika tərəfindən həyata keçirilib). (Daha ətraflı)

2- Xost vilayətinin Sepəri rayonuna və Paktika vilayətinin sərhəd bölgələrinə naməlum qırıcı hücumları, 16 aprel 2022-ci il

Bu hücumlar Şimali Vəziristan bölgəsindən olan pakistanlı qaçqınların Xost vilayətinin Sepəri rayonunda yerləşən Mir Səfər və Kurai kəndlərindəki iqamətgahlarına, həmçinin həmin rayonda yerləşən isə Məndətə, Əmir Sepər, Pəxi Mili və Şəkuni məntəqələrinə Təhrik-e-Taliban Pakistan (TTP) silahlılarının mövqelərinə qarşı həyata keçirilib. Nəticədə bu qruplaşmanın 40 üzvü ölüb və yaralanmışdır. Paktika əyalətinin sərhəd bölgələrinə hava hücumu nəticəsində tələfat və dağıntılar barədə ətraflı məlumat yoxdur. (Çox ehtimal ki, Pakistan Ordusu tərəfindən həyata keçirilib). (Daha ətraflı)

3- Qəzni əyalətindəki Tohidabad və Heydərabad bazalarına dron hücumu, 6 may 2022-ci il

Tohidabad bazası əvvəlki hökumət dövründə “PRT and US troops” bazası adlanırdı və NATO qüvvələrinin nəzarəti altında idi. Bu hücum çox güman ki, xarici qüvvələrin tərk etdiyi sursat və hərbi texnika anbarını məhv etmək üçün edilib.
Heydərabad bazası da Taliban ehtiyat qüvvələrinin qərargahıdır və bu hücum Taliban ehtiyat bölməsinin 15 silahlı üzvünün ölümü və yaralanması ilə nəticələnib. (Çox ehtimal ki, Amerika və ya Pakistan ordusu tərəfindən həyata keçirilib). (Daha ətraflı)

4- Əl-Qaidə lideri Əymən Əz-Zəvahirinin yerləşdiyi yer, Kabilin ikinci rayonunda Vəzir Əkbər Xan məhəlləsinə dron hücumu, 31 iyul 2022-ci il

Amerikanın iddiasına və yerli mənbələrin xəbərinə görə, bu hücum Əymən Əz-Zəvahirinin öldürülməsi üçün həyata keçirildi. Nəticədə o, həyatını itirdi və Taliban Daxili İşlər Nazirliyinin iki rəsmisi yaralandı. (Amerika bu əməliyyatı icra etdi). (Daha ətraflı)

5- Qəzni əyalətinin Əndər rayonunda Çahardivar kəndində Taliban qubernatorluğuna dron hücumu, 6 avqust 2022-ci il

Əvvəlki hökumət dövründə bu yer xarici qoşunlarla əfqan ordusu əsgərlərinin ortaq bazası olub. Taliban dövründə isə Əndər rayonunun qubernatorluğuna çevrildi. Bu hücumun itkiləri və ziyanları məlum deyil. (Çox ehtimal ki, Amerika tərəfindən həyata keçirildi). (Daha ətraflı)

6- Kunar əyalətinin Vətəpur rayonunda Dohuz kəndinə dron hücumu, 10 avqust 2022-ci il

Yerli mənbələrin məlumatına görə və ABŞ-ın bu ərazilərə əvvəlki hücumlarını nəzərə alsaq, bu kənd “Əl-Qaidə” qruplaşması və ya Təhrik-e-Taliban Pakistan üzvlərinin fəaliyyət göstərdiyi və gizləndiyi yerdir. (Çox ehtimal ki, Amerika və ya Pakistan ordusu tərəfindən həyata keçirilib). (Daha ətraflı)

7- Kabil şəhərinin üçüncü rayonunda Həbibiyyə məktəbinin döngəsində Talibanın 10-cu kəşfiyyat idarəsinin rəisi “Moləvi Hacı Əhməd”i daşıyan avtomobilə dron hücumu, 2 sentyabr 2022-ci il

Bu hücum Talibanın 10-cu kəşfiyyat idarəsinin rəhbəri “Moləvi Hacı Əhməd” də daxil olmaqla beş Taliban silahlısının və Əl-Qaidə terror qruplaşmasının tanınmış misirli üzvü “Əbu Həsən Əl-Mücahid” ləqəbli “Moləvi Hənzələ” da daxil olmaqla bu qruplaşmanın beş üzvünün ölümünə səbəb oldu. Bu hücumda “Əbu Həsən Əl-Mücahid”i müşayiət edən digər dörd Əl-Qaidə üzvü, yəni Seyid Məhəmməd Mübariz, Cihadullah Fərahi, Hicrət Qureyşi və Əbu Ömər Luqəri də öldürülüb. (Çox ehtimal ki, Amerika tərəfindən həyata keçirildi). (Daha ətraflı)

8- Təxar vilayətindəki Dorqəd və Xace Bahauddin rayonlarına dron hücumu, 2 sentyabr 2022-ci il

Bu hücumlar Əhməd Məsud qüvvələrinə dəstək məqsədilə həyata keçirilib və bir neçə Taliban silahlısının ölümü və yaralanması ilə nəticələndi. (Çox ehtimal ki, Amerika və ya Tacikistan tərəfindən həyata keçirilib). (Daha ətraflı)

9- Helmənd əyalətinin Qerşək məntəqəsində 215-ci Əzəm ordusunun qərargahına dron hücumu, 8 sentyabr 2022-ci il

Bu hücum bir neçə Taliban silahlısının, o cümlədən qərargah komandirinin ölümünə səbəb oldu. (Çox ehtimal ki, Amerika və ya Pakistan ordusu tərəfindən həyata keçirilib).

10- Mənsuri-203 bazası, Paktia əyalətinin mərkəzi olan Qordiz şəhərinin ətrafına dron hücumu, 8 sentyabr 2022-ci il

Bu hücum bu bazanın silah anbarında partlayışa səbəb olub və 10 Taliban silahlısı öldürüb və ya yaralayıb. (Çox ehtimal ki, Amerika və ya Pakistan ordusu tərəfindən həyata keçirilib).

11- Nənqərhar əyalətindəki Quştə rayonuna dron hücumu, 5 yanvar 2023-cü il

Bu hücum Nənqərhar əyalətinin Quştə rayonunda yerləşən Selala kəndində Təhrik-e-Taliban Pakistanın sığınacaqlarına qarşı həyata keçirilib. Bu hücumun itkiləri və ziyanları barədə məlumat yoxdur. (Bu əməliyyatın icraçısı Pakistan Ordusu olub). (Daha ətraflı)

Daha çox oxuyun: İnfoqrafiya: Əfqanıstanda Talibana müxalif qruplar

Tam ölçüdə baxmaq üçün klikləyin
Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir