İran Hərbi Hava Qüvvələri Oqab 44 yeraltı bazasını nümayiş etdirdi + VİDEO və FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İran İslam Respublikasının Hərbi Hava Qüvvələri ilk dəfə olaraq “yeraltı” Oqab 44 aviabazasını nümayiş etdirdi.
İran İslam Respublikası Hərbi Hava Qüvvələri İran İslam İnqilabının qələbəsinin ildönümü ərəfəsində İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmmədhüseyn Baqiri və əmir general-mayor Seyid Əbdül Rəhim Musəvi İran Ordusunun baş komandanının iştirakı ilə “yeraltı” Oqab 44 aviabazasının açılışını edib.
Bu böyük yeraltı bazada xəbərdarlıq, komandanlıq qərargahı, qırıcılara texniki xidmət anqarları, təyyarələrə texniki xidmət mərkəzləri, naviqasiya və hava limanı avadanlıqları, yanacaq çənləri və s. kimi yerlər və hər cür İran Hərbi Hava Qüvvələrinə aid qırıcı, bombardmançı təyyarələri və hər cür dronu qəbul edib idarə etmək imkanına malikdir. İran Ordusunun ictimaiyyətlə əlaqələr bölməsinin hesabatına görə, bu baza həm də yeni Suxoy-35 qırıcılarını qəbul edə biləcək.
Daha çox oxuyun: İran Rusiyadan Kamov helikopterləri alır? + VİDEO
Bu bazada yerləşdirilən qırıcılar elektron döyüş sistemləri, bombalar və uzaq mənzilli raketlər, o cümlədən Yasin, Qaim və Asif raketləri ilə təchiz olunub ki, bu da uzaq məsafəli əməliyyatlara şərait yaradır və uzaq hədəflər üçün mənzili artırır.
“Oqab 44” bazası son illər ərzində İranın müxtəlif bölgələrində qeyri-aktiv müdafiə prinsipləri nəzərə alınmaqla inşa edilən İran Hərbi Hava Qüvvələrinin bir neçə yeraltı taktiki aviabazalarından biridir. Bu bazaların dağlar altında qurulması, düşmənin qəfil hücumları zamanı hərbi texnikanın ziyan görmə ehtimalını xeyli azaldacaq. Həmçinin düşmən üçün, İranın sürpriz və qəfil hava əməliyyatlarına hazırlıq yerini və vaxtını ələ gətirməsi, alınmaz və çətin olacaq.
Açılış mərasimində İranın Ordu Baş Komandanının müavini Əmir Briqada Generalı Məhəmməd Hüseyn Dadres, İranın Silahlı Qüvvələrin Baş Komandanının müşaviri Əmir Briqada Generalı Əmir Hatəmi və İranın Hərbi Hava Qüvvələrinin komandanı Əmir briqada generalı Həmid Vahedi də iştirak edib.
İslam İnqilabı Keşikçiləri Korpusunun raket şəhərləri və İran Ordusunun PUA 313 bazası və Oqab 44 aviabazası kimi hərbi yeraltı şəhərlərin tikintisi, İran Silahlı Qüvvələri üçün son bir neçə onillikdə, gücünün inkişafı və hərbi texnikasının qorunması üçün ən əsas planlardan biri olub.
Bu cür bazaların qurulması bir neçə cəhətdən vacibdir, biz bunları qısaca qeyd edirik:
1- Qeyri-aktiv müdafiə prinsiplərinə əsasən qurulmalıdır.
2- Hərbi texnikanın, xüsusilə qırıcı və bombardmançı təyyarələrin qorunması üçün bu cür bazalara ehtiyac var.
3- Düşmənin, hava bazalarına mümkün hücumlarının qarşısının alınması və zərərin azaldılması üçün bu cür bazaların tikilməsi vacibdir. Belə ki, müdafiə sistemləri və müdafiə vasitələri nə qədər də inkişaf etmiş olsalar da, düşmənin hava hücumlarına tam tab gətirə bilmirlər və bu, son döyüşlərdə, xüsusilə ukrayna müharibəsində sübuta yetirilmişdir.
4- Hava bazalarında və digər həssas yerlərdə müdafiə sistemlərinin alınması, yerləşdirilməsi və qüvvələrə onlardan istifadə etmək üçün təlimlərə xərclənən məvaciblərin azaldılması naminə, bu cür bazaların tikilməsi vacibdir.
5- Düşmən peyklərindən qırıcıların sayı və növü, dronlar və müdafiə sistemləri kimi hava qüvvələri vasitələrinin məlumatlarının qorunması üçün bu cür bazalara ehtiyac var.
Və onlarla başqa texniki və təhlükəsizlik səbəblər…
Regional hadisələrin cərəyan etdiyi indiki vaxtda İranın Hərbi Hava Qüvvələrinin yeraltı aviabazasının tikintisi ilə bağlı mətbuatda işıqlandırılması, şübhəsiz ki, ABŞ, İsrail, eləcə də onların Azərbaycan Respublikasındakı müttəfiqləri və Fars körfəzi ölkələri üçün mesaj daşıyır. İranın bölgədənkənar düşmənləri və regional rəqibləri böyük xərclər hesabına ən qabaqcıl hava və raket avadanlığı əldə etməyə can atırlar ki, İranla qarşıdurma yaranarsa, SEPAH və ordunun hərbi obyektlərinə hücum edə bilsinlər. Buna görə də, düşmənin bu taktikasını zərərsizləşdirmək və qiymətli silahları, xüsusən də Tomcat və Phantom-dan Suxoy-35 və MiG-29-a qədər ordu qırıcılarını qorumaq üçün ən yaxşı yol, mümkün qədər çox yeraltı bazalar qurmaq və inkişaf etdirməkdir.
Rəy