SDQ qüvvələri tərəfindən Raqqada İŞİD-in inzibati məsulu həbs edilib

Çərşənbə 8 Fevral 2023 - 18:48
https://az.iswnews.com/?p=18767

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Suriya Demokratik Qüvvələri (SDQ) Raqqada İŞİD terror qruplaşmasının yüksək rütbəli komandirlərindən birini həbs edib.

Suriya Demokratik Qüvvələri (SDQ) fevralın 6-da Raqqa şəhərində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı İŞİD terror qruplaşmasının cəbhə komandirlərindən birinin həbs edildiyini açıqlayıb.

Suriya Demokratik Qüvvələrinin media mərkəzinin məlumatına görə, İŞİD terror qruplaşmasının Raqqadakı yüksək rütbəli komandirlərindən biri və inzibati məsulu, “Əbu Ubeydə Əl-Şami” ləqəbli “Xələf Abdullah” Suriya Demokratik Qüvvələri tərəfindən Raqqa şəhərinin Ramila məhəlləsində bir evdə keçirilən təhlükəsizlik əməliyyatı zamanı həbs edilib. O, həbs olunduqdan sonra İŞİD qruplaşmasındakı rolunu və məsuliyyətini etiraf edib.

Qeyd edək ki, Suriya Demokratik Qüvvələri (SDQ) Amerika koalisiya qüvvələrinin dəstəyi ilə yanvarın 25-də “Raqqa şəhidlərinin intiqamı” adlı əməliyyata başlamış və bu əməliyyat nəticəsində “Əta Əhməd Əl-Misan” adlı İŞİD-in Raqqa vilayətindəki valisi də daxil olmaqla 127 İŞİD terrorçusu həbs edilmişdir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir