Hizbullah, Suriya və Türkiyə xalqları ilə həmdərd olduğunu bəyan etdi

Çərşənbə axşamı 7 Fevral 2023 - 13:09
https://az.iswnews.com/?p=18683

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Hizbullah İslam Müqaviməti iki qardaş ölkədə minlərlə insan tələfatı və yaralanması ilə nəticələnən zəlzələ nəticəsində baş verən böyük fəlakətdə Suriya və Türkiyə xalqlarının yanında və onların qəminə şərik olduğunu ifadə edib.

Livan Hizbullahı yaydığı bəyanatda bütün ölkələri, hökumətləri, beynəlxalq və humanitar təşkilatları dərhal təşəbbüs göstərərək dağıntılar altında qalanların xilas edilməsi, evsizlərə sığınacaq verilməsi, yaralılara və zərərçəkənlərə kömək etmək üçün yardım əlini uzatmağa və bütün mümkün sahələrdə yardım etməyə çağırıb.

Hizbullah bəyanatının sonunda Uca Allahdan qurbanlara rəhmət, yaralılara şəfa və bu iki xalqı Allahın öz pənahında saxlamasını diləyib.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir