İran İR Türkiyəyə yardım və Tibbi qrupları göndərir

Çərşənbə axşamı 7 Fevral 2023 - 01:30
https://az.iswnews.com/?p=18668

İran İslam Cümhuriyyətinə məxsus Qızıl Aypara Cəmiyyətinin beynəlxalq və humanitar hüquqlar üzrə müavini Türkiyəyə ilk mərhələdə 6 xilasetmə və təcili tibbi yardım qrupunun göndərildiyini açıqlayıb.

“İslam Dünyası Xəbərləri” informasiya agentliyinin Qızıl Aypara Cəmiyyətinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə; Behnam Səidi Türkiyədə baş verən 7,8 Rixter zəlzələyə toxunaraq dedi: “Türkiyədə baş verən 7,8 Rixter zəlzələsindən sonra ölkəmizin Qızıl Aypara Cəmiyyətinin rəhbəri başsağlığı və yardım təklifi mesajı göndərərək İslam Cümhuriyyətinin Qızıl Aypara Cəmiyyətinin hər növ yardıma hazır olduğunu elan etdi”.

O, əlavə etdi: “Türkiyədə zəlzələdən zərər çəkənlərə kömək etmək üçün axtarış, xilasetmə, təcili tibbi yardım və əməliyyat koordinasiya idarəetmə qrupları şəklində ilk mərhələdə 6 qrup bu ölkəyə göndərilib”.

Səidinin sözlərinə görə, Xarici İşlər Nazirliyi ilə birlikdə zəlzələdən zərər çəkmiş ərazilərə ən qısa müddətdə İranın yardım və tibbi qruplarının göndərilməsinin koordinasiya işləri aparılır.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir