Yəmənin Ədən vilayətində Əl-Dər Əl-Vətən qüvvələri ilə Cənub Keçid Şurası qüvvələri arasında qarşıdurma başlayıb + XƏRİTƏ
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Əl-Dər Əl-Vətən qüvvələri Cənub Keçid Şurasının Ədəndəki qərargahları və silahlı bazalarına nəzarəti əldə etmək üçün əməliyyata başlayıb.
Cənub Keçid Şurası öz qüvvələrinin bir hissəsini Ədəndən Ləhic əyalətinə göndərdikdən sonra Əl-Dər Əl-Vətən (Vətən Müdafiəçisi) qüvvələri bu fürsətdən istifadə edib və Səudiyyə koalisiyasının komandanlığının əmri ilə dünən fevralın 4-dən etibarən bu Şuranın silahlı qüvvələrinin mövqelərinə və bazalarına nəzarət etmək üçün Ədən şəhərində hərəkətə keçib.
Bu hərəkatlardan sonra Əl-Dər Əl-Vətən qüvvələri Ədəndəki Cənub Keçid Şurasının hərbi bazalarına doğru irəliləyib və Xormaksar rayonunda yerləşən Əl-Nəsr bazasında və bir sıra başqa yerlərdə bu qüvvələrlə Cənub Keçid Şurasının silahlıları arasında silahlı qarşıdurma baş verib. Bu ana qədər Cənub Keçid Şurasına aid silahlı qüvvələr Əl-Dər Əl-Vətən qüvvələrinin bu bazaya daxil olmasına və onların irəliləməsinə mane olub.
Həmçinin, Hizam Əl-Əmni (Cənub Keçid Şurasına bağlı) qüvvələri Şeyx Osman rayonuna Əl-Dər Əl-Vətən qüvvələrinin mümkün hücumunu dəf etmək üçün qüvvələr toplayır.
Son bir neçə gün ərzində Ədən şəhərində Səudiyyə koalisiyasına aid qruplar arasında görünməmiş gərginliklər müşahidə edilir. Səudiyyə Ərəbistanı Əl-Dər Əl-Vətən Qüvvələri adlı yeni qruplaşma formalaşdırmaqla Cənub Keçid Şurasının gücünü azaltmağa çalışır və cənublular da Yəmənin cənubunda əsas cəbhə xəttlərini müdafiə etməklə məşğuldurlar.
Rəy