İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 5 Fevral 2023
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilində yerləşən Əqbə-Cəbr düşərgəsinə hücumu nəticəsində 13 fələstinli yaralanıb.
Fevralın 4-də sionist rejim əsgərləri İsrail əleyhinə əməliyyatın icraçısını həbs etmək məqsədi ilə Eriha şəhərində Əqbə-Cəbr düşərgəsinə basqın ediblər. Fələstin Qızıl Aypara Cəmiyyətinin verdiyi açıqlamaya görə, İsrail ordusunun açdığı atəş nəticəsində ən azı 13 fələstinli yaralanıb.
Bu hücum zamanı sionist rejim əsgərləri 10 fələstinlini həbs edib, həmçinin fələstinli qadın və uşaqları sorğu-sual ediblər.
Münaqişələrin şiddətlənməsi ilə İsrail ordusu Əqbə-Cəbr düşərgəsinin girişini bağlayıb və bu əraziyə daha çox yardımçı qüvvələr göndərsə də, ötən həftə Eriha yaxınlığındakı sionistlərə aid restoranda baş verən atışma əməliyyatının icraçısını həbs edə bilməyib.
İsrail hərbçilərinin bu bölgədən çıxarılmasından bir neçə saat sonra HƏMAS hərəkatının hərbi qolu olan Kətaib Şühəda İzzədin Əl-Qəssam müqavimət dəstəsinə bağlı yeni yaradılmış “Kətaib Əqbə-Cəbr” dəstəsi hücum zamanı İsrail işğalçı qüvvələri ilə Eriha şəhərindəki Əqbə-Cəbr düşərgəsində qarşı-qarşıya qalacağını açıqlayıb.
Dəstənin bəyanatında deyilir:
“Biz Kətaib Əl-Qəssamda (Kətaib Əqbə-Cəbr) bu sahədə cihad fəaliyyətimizin başladığını elan edərək Allahımıza söz veririk ki, şəhidlərin qanlarını yerdə qoymayacağıq. Bu düşərgədə cihad və müqavimət yolunu davam etdirəcəyik. Kətaib Əl-Qəssam hər an düşmən pusqusunda olacaq”.
Qeyd edək ki, Fələstin müqavimət qüvvələri dünən Erihada Əqbə-Cəbr düşərgəsinin prospektlərində ilk dəfə olaraq İsrail əsgərləri ilə açıq şəkildə münaqişədə olublar.
Daha çox oxuyun: İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 26 Yanvar 2023
Rəy