Siyasi analitik Tehrandakı Azərbaycan səfirliyində baş verən atışma ilə bağlı nə dedi? + VIDEO
“Hüseyniyyun Azərbaycan İslam Müqaviməti” nəzdində olan Azərbaycan Araşdırma Mərkəzinin sədri Azərbaycan Respublikasında İranı əsassız ittiham edənlərə xitabən dedi: “Unutmayın ki, Bakıdan olan terrorçular tərəfindən idarə olunan Şahçerağ ziyarətgahına edilən hücum faciəsində də İran Azərbaycan Respublikasını ittiham etmədi”.
Ruhani və siyasi analitik Şeyx Orxan Məmmədov son vaxtlar iki ölkə Azərbaycan və İran münasibətlərində yaranmış gərginliklə bağlı bildirib: “Bu yaxınlarda Şahçerağda terror hadisəsi baş verdi. Haradan planlaşdırılmışdır? Haradan idarə olunurdu? Bakıda!!! Bəs niyə bu insanlar susurdular? Bu Ziyafət kimi ünsürlər hay-küy etməklə nəyin üstünü örtmək istəyirdilər? Ama heçvaxt İran İslam Respublikası ittiham barmağını Azərbaycana tərəf uzatmadı? Ama gün kimi aydın idi ki, bunu Azərbaycandan idarə edirdilər. Bu terrorçu çıxdı, özü danışdı, bakılı idi, azərbaycanlı idi. Mərkəz Bakıda idi. Bakıdan idarə olunurdu. Şagçerağda günahsız insanları, bir ibadət yerində, güllələyəndə harada idiniz? Bəs niyə susurdunuz? Bəs niyə bu insanlar boğazlarını cırmırdılar? Statuslar yazmırdılar? İttiham barmağını Azərbaycan hakimiyyətinə və İsrailə tərəf uzatmırdılar? Harada idiniz? Təkrar deyirəm, özünüzə hörmət qoyun, bu işləri yığışdırın. Bu oyunbazlıqları yığışdırın. Sizin hədəfiniz NATO-nu Azərbaycana gətirmək, azərbaycanlıları qurban etməkdir. Buna görə insanların hisslərinlə oynayırlar”.
O, Azərbaycan daxilində Şahçerağ terror əməliyyatı ilə bağlı Azərbaycan vətəndaşının həbs olunmasına reaksiyalara aydınlıq gətirib, səfirlikdə bir nəfərin güllələnməsi hadisəsi ilə bağlı İran İslam Respublikasını haqsız yerə ittiham edən KİV və bu ölkənin rəsmilərinə deyib: “Xatırlayın ki, hətta Şirazda yerləşən Şahçerağ ziyarətgahında terror aktı törədilən faciədə belə, hücumun Bakıdan olan terrorçular tərəfindən törədildiyi təsdiqlənəndə İran İslam Respublikası heç vaxt Azərbaycan Respublikasına qarşı ittiham irəli sürmədi. İlham Əliyev hakimiyyətinə yaxın olan tanınmış şəxslər hamısı bu məsələyə susdu və bu hadisənin hüquqi nəticələri barədə heç nə yazmadılar, heç nə demədilər. Onlar həqiqəti ört-basdır etmək istəyirdilər, Azərbaycan və İsrail hökumətini ittiham etmirdilər. Heç bir sənəd və dəlil olmadan, hətta ağlabatan və məntiqi təhlil olmadan belə, necə ittiham barmağınızı İrana yönəldirsiniz?”
Daha çox oxuyun: İran İslam Respublikasındakı səfirliyimizə silahlı hücum olunub + FOTO və VİDEO
Siyasi analitik O.Məmmədov Azərbaycan hökumətinin Tehrandakı səfirliyinə terror aktı ilə bağlı tanınmış şəxslərin İran əleyhinə bəyanatlarının arxasında duran məqsədlərə toxunaraq vurğulayıb: “Bu anti-İran hay-küyünün məqsədi tamamilə aydındır. Onlar son aylarda İsraildə səfirliyin açılmasına zəmin yaratmaq üçün İranla əlaqələri bilərəkdən pozdular. İndi də Azərbaycan səfirliyinə şəxsi zəmində hücum etdiyini israr edən şəxsin hücumunda haqsız və tamamilə əsassız olaraq İranı günahlandırırlar. Onlar NATO-nun Azərbaycana gəlməsi üçün zəmin hazırlamaq naminə təbliğat işlərinə başlayıblar”.
Orxan Məmmədov Azərbaycanda mətbuatın İran İslam Respublikası əleyhinə xəbərləri işıqlandırmaq səyləri barədə də deyib: “Niyə əlliyə yaxın qazi (özünü) yandıranda, Azərbyacan televiziyası və Azərbyacan mətbuatı bir qazinin ailəsinə gedib bu cür müsahibə almadınız? Bunlar azərbaycanlı deyildi? Yoxsa onlardan siyasi bəhrə apara bilmirdiniz? Yoxsa İsrailin maraqlarını Azərbaycanda yeridə bilmirdiniz? Ona görə susmuşdunuz. Ona görə bu işləri görmürdünüz. İndi isə Azərbaycanda İsrailin maraqlarını gücləndirmək lazımdır. İki müsəlman və qardaş xalqı, təkrar deyirəm, iki müsəlman və qardaş xalqı, üz-üzə qoymaq lazımdır. Ona görə dərhal yadlarına düşüb ki, bəli bir nəfər var, gedib ailəsindən müsabiə alaq. Ailəsini İran İslam Respublikasına qarşı qızışdıraq və təşviq edək. Yəni həya doğurdan yaxşı şeydir”.
Daha çox oxuyun:
QMİ İrana qarşı sərt bəyanat yaydı
Hüseyniyyun Azərbaycan İslam Müqaviməti Tehrandakı hadisə ilə əlaqədar bəyanat yaydı
Azərbaycan Araşdırma Mərkəzinin Sədri Tehrandakı hadisəyə reaksiya verdi + VİDEO
Rəy