Niyə Britaniya və İsrail səfirləri Hikmət Hacıyevlə təcili şəkildə görüşdülər?

İslam Dünyası Xəbərləri
Yazar:İslam Dünyası Xəbərləri
Cümə 27 Yanvar 2023 - 23:00
https://az.iswnews.com/?p=18450

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, bu gün Tehranda Azərbaycan səfirliyinə olan silahlı hücumdan dərhal sonra ölkəmizdəki Britaniya və İsrail səfirləri prezidentin köməkçisi Hikmət Hacıyev ilə təcili surətdə görüşüb öz təəssüratlarını paylaşdılar.

Əvvəla işğalçı İsrailin ölkəmizdəki səfiri olan Corc Dik və sonra isə Britaniyanın səfiri Fergus Auld paylaşım etdi.
Paylaşımları sizə təqdim edirik:

Corc Dik öz tvitter səhifəsində qeyd edir: “Bu gün prezidentin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyev ilə vacib bir görüşdən.
Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı başsağlığı verdim və Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bir daha bildirdim”.

Fergus Auld öz tvitter səhifəsində belə deyir: “Prezidentin köməkçisi Hikmət Hacıyevlə mühüm görüşüm oldu. Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəisinin qətlə yetirilməsi ilə əlaqədar Britaniya hökumətinin başsağlığını çatdırdım. Biz mühüm regional təhlükəsizlik və humanitar məsələləri də müzakirə etdik”.

Ama məsələ nədən ibarətdir?

Bildiyiniz kimi bu gün 27 yanvar tarixində Azərbaycanın Tehrandakı səfirliyinə İranın, əhalisi azəri olan Mərənd şəhərindən bir iranlı azəri öz şəxsi və ailəvi problemlərini həll etmək üçün yeganə düz bildiyi yolu icra edərək silahlı hücum etdi.

Dərhal bəzi dövlət rəsmiləri və mediaları İrana qarşı hücum çəkməyə başladılar. İranı bu hadisədə bilərəkdən dəstəkləməsindən tutmuş, caninin SEPAH-a bağlı olması və ya hadisənin İran tərəfindən törədilən siyasi terror aktınacan.

Belə bir vəziyyətdə Britaniya və işğalçı İsrail rejiminin ölkəmizdəki səfirləri dərhal özlərini Hikmət Hacıyevə çatdırdılar. Başsağlığı verərək ölkəmizin yanında olmalarını təkrarladılar. Onlar bu görüş oxu ilə bir neçə hədəfi vurmağa çalışdılar:

1- Öz ölkələrində yerləşən və bunları ölkəmizə göndərənlərə öz vəzifələrini lazımınca icra etdiklərini çatdırdılar. Biz öz vəzifələrimizi yüksək səviyyədə icra edirik kimi mesajları ötürdülər.

2- Ölkəmiz “rəsmilərinə” hər bir şəraitdə sizinləyik mesajını verdilər. Lakin bunların tarixdəki keçmişlərinə nəzər salsaq, heçvaxt dost saydıqları şəxslərə vəfalı olmayıblar. Nə İsrail və nə Britaniya. İsrail özü işğalçıdır və müqavimət cəbhəsi önündə cılız və acizdir. Britaniya da əzəldən tanınmış Qoca Tülkü ləqəbi ilə İxtilaf sal və hökmranlıq et qanunları ilə yaşayan bir ölkədir. Sətiraltı guya Azərbaycana hər hansı bir vəziyyətdə olursa olsun, istər müharibə və istərsə də qeyri müharibə vəziyyətində kömək olacaqlarını çatdırmaq istədilər. Ama həqiqət və real da bu iki ölkə o cür, deyillər.

3- Qərb necə Ukraynanı Rusiyanın önündə qurban verdi, eyni planıda Azərbaycan üzərindən icra etmək niyyətindədir. Azərbaycanı İran önundə xərcləmək istəyir. Qurban vermək istəyir. Azərbaycan və İran arasında müharibənin tərəfdarıdır. Bir cür İranı müharibə planına çəkmək istəyir. Bu iki şəxs də öz təcili görüşləri ilə həmin planın bir pazelni icra etdilər. Azərbaycan get qabağa, biz səninləyik, heç nədən qorxma, lazımi addımları at və biz səninləyik kimi sətiraltı mesajlar ötürmək, bu iki şəxsin əsas hədəflərindən idi. Azərbaycan da bu küyə getməsi ilə İrandan lazımınca imtiyaz alsın. Görüşün əsas hədəflərindən biri də, bu idi.

4- Ermənistan və Azərbaycan arasında baş verən 44 günlük müharibənin əsas məqsədi Zəngəzur dəhlizinin yaradılması idi. Ermənistanın ABŞ tərəfindən dəstəklənməsi və Azərbaycanın İsrail və Türkiyə tərəfindən dəstəklənməsi bir insanın iki əli vasitəsi ilə fiqurları dəyişdirməsinə bənzəyir. Hər iki tərəfdən məqsəd NATO-nun regiona gəlməsidir. NATO və qərb uğrunda regionun fəda olmasıdır. Təcili surətdə bu iki nəfərin Hacıyev ilə görüşü hazırda yağlı tikənin Azərbaycan tərəfində olmasının və topun Azərbaycan meydançasında olmasını aşılamaq idi.

Sitatın sonu.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir