İordan çayının qərb sahilindəki hərbi münaqişələrdən ən son xəbərlər, 26 Yanvar 2023

Cümə axşamı 26 Yanvar 2023 - 22:51
https://az.iswnews.com/?p=18352

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İsrailin İordan çayının qərb sahilində yerləşən Cenin düşərgəsinə hücumu nəticəsində 9 fələstinli şəhid olub, 20-dən çox fələstinli yaralanıb.

Bu gün səhər 26 yanvar tarixində Sionist rejim ordusu xüsusi təyinatlı qüvvələri süd məhsulları daşıyan yük maşını ilə İordan çayının qərb sahilinin şimalındakı Cenin düşərgəsinə daxil oldular. Sionist qüvvələrin Fələstin müqavimət qüvvələri tərəfindən tanınmasından sonra şiddətli qarşıdurma başladı.

Cenində sionist hərbçilərin süd məhsulları daşıyan maşınla hərəkəti

Qarşıdurmaların başlamasından sonra İsrail hərbçiləri yaralı fələstinlilərə kömək etmək üçün tibb işçilərinin Ceninə girməsinə mane olduqları bəs deyilmiş kimi, bu düşərgəyə yardımçı hərbi qüvvələr də çağırıblar.

İsrail ordusunun yardımçı qüvvələrinin düşərgəyə daxil olmaları ilə, sionist əsgərlər Cenin düşərgəsində elektrik enerjisini kəsib və bu bölgədəki bəzi evlərin damına snayperlər yerləşdirərək fələstinlilərə atəş açıblar. Bu hərəkətə cavab olaraq Fələstin müqavimət qüvvələri bir neçə İsrail snayperinin olduğu yerləri atəşə tutub. Həmçinin Cenin düşərgəsi üzərində Fələstin müqavimət qüvvələri tərəfindən İsrail ordusuna məxsus kvadrokopter vurulub.

İsrail ordusunun kvadrokopterinin Fələstin müqavimət qüvvələri tərəfindən vurulduğu an (1)
İsrail ordusunun kvadrokopterinin Fələstin müqavimət qüvvələri tərəfindən vurulduğu an (2)
Cenində Fələstin müqavimət qüvvələri ilə İsrail əsgərləri arasında baş verən qarşıdurmalardan

Sionist rejim ordusu düşərgədə etdiyi bütün cinayətlərə kifasyətlənməyərək, Cenin dövlət xəstəxanasına soxulub və qözyaşardıcı qazlardan istifadə edib. Hadisə nəticəsində qadınlar və körpə uşaqlar zərər çəkdilər.

Cenin dövlət xəstəxanasındakı vəziyyət
Sionistlərin törətdiyi cinayətlərdən
Bu gün şəhid olan fələstinlilərdən biri
Sionistlərin törətdiyi cinayətlər səbəbindən yaralılardan birinin təcili tibbi yardım maşını ilə daşınması
Sionist qüvvələrin törətdiyi cinayətlərdən
Ceninde bu gün şəhid olanlar
Cenində şəhidlərin dəfninə hazırlıq mərasimindən
İsrail əsgərlərinin Cenin düşərgəsində hərəkətləri
Cenindən sionist hərbçilərin süd məhsulları daşıyan maşınla çıxmaları

Fələstin Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, İsrail əsgərləri tərəfindən 9 fələstinli şəhid olub, 20-dən çoxu isə ağır yaralanıb. Toqquşmaların intensivliyi səbəbindən şəhid və yaralıların sayının artma ehtimalı var.

Qeyd edək ki, sionist ordusunun Ceninə ağır hücumundan sonra Qəzzada Fələstin müqavimət dəstələri fövqəladə toplantı keçirməyi planlaşdırdılar. Bununla əlaqədar olaraq, İsrail mediası sionist ordusunun Qəzzədəki Fələstin müqavimət dəstələrinin bugünkü Cenin hadisələrinə ehtimal olunan cavabından ehtiyat edərək, hazır vəziyyətə gətirildiyini və cənub sərhədlərində Dəmir Qübbə HHM sistemlərini işə saldığını elan edib.

Sionistlərin Ceninə hücumunun başlamasından bir neçə saat sonra İsrail ordusu bir bəyanat yayaraq bildirib:

“Xüsusi polis bölməsi, Şabak və İsrail ordusunun birgə əməliyyatı nəticəsində Cenin düşərgəsinin mərkəzində İslami Cihad hərəkatının hərbi qolunun 3 komandiri öldürülüb”.

İsrail mediasının məlumatına görə, İsrail ordusu Fələstin müqavimət dəstələrinin cavab hücumlarından qorxaraq işğal olunmuş Fələstinin cənub bölgələrində Dəmir Qübbə sistemlərinin sayını artırmaq planını nəzərdən keçirir.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir