Suriyanın Deyr əz-Zor vilayətində üç SDQ üzvü öldürülüb + FOTO
“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, İŞİD terror qruplaşmasının Əl-Həvayic kəndində Suriya Demokratik Qüvvələrinin nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində üç SDQ üzvü həlak olub.
Dünən yanvarın 25-də səhər saatlarında naməlum silahlı şəxslər Deyr əz-Zorun şərqində yerləşən Əl-Həvayic kəndində Suriya Demokratik Qüvvələrinə (SDQ) məxsus “Əl-Kaziyyə” nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Nəticədə üç SDQ üzvü həyatını itirib.
Bu qarşıdurmadan sonra Suriya Demokratik Qüvvələri Amerika koalisiya qüvvələrinin dəstəyi ilə dərhal hadisə yerinə bir qrup göndərib. SDQ qüvvələri bu kənddə giriş-çıxışları bağlamaqla baş vermiş hadisə ilə əlaqədar axtarış əməliyyatlarına başlayıblar.
Qeyd edək ki, son aylarda Deyr əz-Zor vilayətində Suriya Demokratik Qüvvələrinin nəzarəti altında olan ərazilərdə müxtəlif hücumlar və sui-qəsdlər, xüsusilə də İŞİD ünsürlərinin SDQ qüvvələrinə qarşı hərəkətləri müşahidə edilir.
Axtarış əməliyyatından sonra İŞİD terror qruplaşması bəyanat yayaraq Deyr-əz-Zorun ətrafında yerləşən Əl-Həvayic kəndində Suriya Demokratik Qüvvələrinə (SDQ) məxsus “Əl-Kaziyyə” nəzarət-buraxılış məntəqəsinə hücumun məsuliyyətini öz üzərinə götürüb.
Rəy