İran və Azərbaycan xarici işlər nazirlərinin görüşü; İlham Əliyev hansı dəhlizi seçir? + FOTO

Cümə axşamı 26 Yanvar 2023 - 16:49
https://az.iswnews.com/?p=18327

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi xəbər verir ki, Hüseyn Əmir Abdullahian Özbəkistanın paytaxtı Daşkənddə İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşüb.

Çərşənbə axşamı, yanvarın 24-ü günortadan sonra İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Özbəkistanda İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşüb.

İran və Azərbaycan xarici işlər nazirlərinin bəyanatlarına görə, bu görüş Qafqaz regionunda baş verən son hadisələrdən sonra iki ölkə arasında əlaqələrin inkişaf yollarını araşdırmaq üçün keçirilib.

Əmir Abdullahian çıxışında Azərbaycan Respublikasının mövqeyini İran İslam Respublikasının qonşuluq və xarici siyasətində prioritet hesab edərək, xüsusilə Qarabağ bölgəsində iqtisadi və ticarət əlaqələrinin artırılmasını müzakirə etməyə hazır olduğunu bildirib. O, iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi üçün mövcud imkanları vurğulayaraq, Qafqazda sülh və sabitliyin bərqərar olmasını “Şimal-Cənub Dəhlizi”nin gücləndirilməsi və regionda ticarətin inkişafı üçün fürsət hesab edib.

Bu görüşdə Ceyhun Bayramov iki ölkə arasında əlaqələrin yüksək əhəmiyyətini vurğulayaraq, görüşü səmərəli hesab edərək əlavə edib: “İran, Rusiya və Azərbaycan Respublikasının üçtərəfli nəqliyyatı regional əməkdaşlıq əlaqələrin inkişafı üçün yaxşı plandır”.

Söhbətin sonunda tərəflər iki ölkənin yüksək vəzifəli şəxslərinin və birgə iqtisadi əməkdaşlıq komissiyası rəhbərlərinin görüş və səfərlərinin davam etdirilməsi barədə razılığa gəliblər və 3+3 planı əsasında regional danışıqlara dair fikir mübadiləsi aparıblar.

Bu görüşdə müzakirə olunan məsələlərə əsasən, demək olar ki, İran rəsmiləri “Orta Dəhliz”in (Türkiyənin Çinlə əlaqə qurmaq planı) əhəmiyyətini və onun İranın regiondakı iqtisadi əlaqələrindəki rolunu dərk ediblər. Onların Azərbaycanı cəlb etmək təklifi “Şimal-Cənub Dəhlizi”nin faydalarından yararlanmaqdan əlavə, Qarabağ bölgəsində iqtisadi layihələr çərçivəsində özlərinin rolunu artırmaq məqsədi daşıyır. Bayramovun bu təklifi qəbul etməsinə baxmayaraq, bu məsləhətləşmənin çox uğurlu faydası görsənmir, çünki sionist və türk lobbiləri Orta Dəhliz layihəsini həyata keçirmək üçün müxtəlif həll yolları hazırlayıb həyata keçirməkdədirlər.

Daha çox oxuyun: Sionist rejimin ölkəmizdə olan rəsmi heyətinin səfəri başa çatıb + FOTO

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir