Səudiyyəli yüksək vəzifəli hərbi heyət ölkəmizdə rəsmi səfərdə olub + FOTO

Cümə axşamı 26 Yanvar 2023 - 10:42
https://az.iswnews.com/?p=18317

“İslam Dünyası Xəbərləri” informasiya agentliyi Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Mühafizəsi Baş Direktoratlığının rəhbəri general-mayor Məhəmməd Abdullah Həmdan Əl Şehrinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olub.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin qarşılaması ilə Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Mühafizəsi Baş Direktoratlığının rəhbəri general-mayor Məhəmməd Abdullah Həmdan Əl Şehrinin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 21-də ölkəmizə rəsmi səfər edib.

Dövlət Sərhəd Xidmətinin Aparatında yüksək vəzifəli hərbi qonağın rəsmi qarşılanma mərasimi keçirilib. General-mayor Məhəmməd Abdullah Həmdan Əl Şehri fəxri qarovul dəstəsinin önündən keçmiş, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra “Fəxri qonaqlar kitabı”na ürək sözlərini yazmışdır.

Geniş tərkibdə nümayəndə heyətləri arasında keçirilmiş görüşdə 44 günlük müharibə, naqis azad edilmiş ərazilərdə dövlət sərhədlərinin müdafiəsi və mühafizəsi üzrə fəaliyyətlərin təşkili, zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barəsində ətraflı məlumat verilib.

Müzakirələr zamanı hər iki ölkənin dövlət sərhədlərinin etibarlı mühafizəsinin əhəmiyyəti qeyd olunmuş, qaçaqmalçılıq və narkotik maddələrin qanunsuz dövriyəsi, qeyri-leqal miqrasiya, eləcə də transsərhəd cinayətkarlığın digər təzahürləri ilə mübarizə sahəsində görülmüş işlərə dair fikir mübadiləsi aparılmış, quru və dəniz sərhədlərinin təhlükəsizliyi üzrə qarşılıqlı maraq kəsb edən məsələlərdə əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinin həyata keçirilməsinə hazırlıq ifadə olunmuşdur.

Qeyd edək ki, son zamanlar ölkəmizin idarəçiliyini qəsb etmiş YAP rejiminin Orta Asiya və ərəb ölkələri ilə əlaqələri artmışdır. O cümlədən, prezidentin Əlcəzairə səfəri, barəsində xəbər verdiyimiz bu səfər, gələcəkdə Misir prezidentinin ölkəmizə səfəri, ərəb turistlərin son illər ölkəmizə səfərlərinin artması, 44 günlük müharibədə ərəbdilli terrorçuların cənub sərhədlərə gətirilməsi və… . Bunlar hamısı rejimin son yarım əsrdə güclənmiş müqavimət cəbhəsindən özünü qorumaq üçün öz xülyasında ata biləcəyi addımlardır. Təbii ki, bu addımların hegemon dövlətlər tərəfindən diktə edildiyi açıq aydındır. Həmçinin, günəş kimi həqiqəti əks olunan məsələlərdən biri də müqavimət cəbhəsinin zülm, hegemonluq, əcnəbi dövlətlər tərəfindən istismar olunmaq, həmçinin onlar tərəfindən milli sərvətlərin oğurlanması və… ilə mübarizə aparır. Rejimin müqavimət cəbhəsindən olan qorxusu isə öz şəxsi maddi maraqlarının təmin olunmaması ilə əlaqədardır. Bu qədər sadə.

Paylaş:
Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir